Fərid Hüseyn - Unutmağa yer də yoxdur şəkildə
09.04.15

Artpress.az gənc şair Fərid Hüseynin şeirlərini təqdim edir.












25 yaşın şeiri


Bizi gətirib dünyaya atdılar tarixin üstünə
Tarixlə nə işimiz, əgər hər şey taledirsə
İndi daha ömrümü quş yuxusu bilirəm –
Uça-uça yatıram, yata-yata uçuram.
Nə vecimə göy mənim başım üstdən asılıb
Nə vecimə yer özü sərilib ayağıma.

“Yalan dünya” deyib də doğru yaşamaq olmur.
İçimdəki adamın dərdini dinləyirəm ¬– özgə dərdləri kimi.
Güzgüdəki adamın suallarından qaçıb
təpilirəm keçmişlə gələcək arasına.
Bircə onu bilirəm sonda taledir hər şey.

Qələm Allah işidir, pozan şeytan əməli.
Sonda silinmir onsuz  yazılan hər nə varsa.
Həşələnmiş qızılgül – fərəzən gün yoxdursa,
bu taqətsiz ayaqla necə çatmaq olar ki, köhlən tozanağına.

Axirətsə gözəldi – orda unudulanlar yada salınar bir də,
bir də bəlli olar ki, unudulmurmuş heç nə.
Bir əsrlik almanın dörddə birini yedim, ¬
Adəm halal eləsin bu günah ortaqlığın,
Allahsa bağışlasın... ...sonda hər şey taledir...


Şəklin arxasına yazılan sözlər

Dayanmısan şəkildə – o uzaq keçmişimdə,
qoşa şəkillərdə mən əvvəllər özümə baxardım,
indi sənin doğurdan da yanımda durub-durmadığına.
Elə bil şəkillərdən də qaçaraqdır ayağın,
bir gün alboma baxıb görəcəm ta sən yoxsan.
Unutmağa yer də yoxdur şəkildə,
dayanmısan – ayağını altında da foto çəkilən tarix.
Şəkilini yandırmaqla xilas ola bilmərəm
onda da yandırdığım gün qalacaq yadımda


Bağışlamaq

Tanrıya sevgi tövbəni pozmamaqdı,
bəndəyə sevgi hər dəfə bağışlamaqdı.
Üstünə gələn adamın gözlərinə qarşılamaq,
tutub onun əllərindən günahına ağlamaq
“Niyə belə olur, Allah, niyə, mən, niyə mən axı?”
sualını sakit sularda boğmalı.
Kürəkdəki dost yarasın unudub,
yar bıçağın çıxardıb,
uşaqlara, dostlara meyvə doğramaq gərək
Göydəki ulduzlar günəşlərdi, günəş tək deyil
Həvva yaradılanacan Adəm tənhalığıdı -
Səni aldadanın da, səni ağladanın da taleyidir günahı.
Ürəyini açmalı, əlini uzatmalı,
özgənin günahına öz suçuntək ağlamaq -
Bağışlamaq hamını, hər dəfə bağışlamaq...



"Avanqard" ədəbiyyat və mədəniyyət jurnalı

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.