Con Qolsuorsi - Həyat sevinci
09.04.15

Artpress.az Həmid Piriyevin tərcüməsində ingilis yazıçı və dramaturq Con Qolsuorsinin "Həyat sevinci" hekayəsini təqdim edir.


Bu, Berkli-skverin yaxınlığında olub. Mən tər içində, necə deyərlər “daşınan əmlak”la dopdolu halda isti qonaq otağından çıxdım. Giriş qapısı bağlandı, qərb küləyi üzümə çırpıldı və mən az qala balaca qızı tapdalayacaqdım.
Yəqin ki, beş yaşı olardı. Əynində dizlərini örtən qırmızı ətək vardı,  trotuarda oturmuşdu. O, əlindəki üstündə iki-üç qəhvəyi yarpaq olan quru budağı səkinin qırağına vura-vura ritmlə mahnı oxuyurdu. Tünd qəhvəyi çalarlı buruq saçları yumru sifətinə düşmüşdü; yanında şlyapa qalıqları vardı, gözlərindən isə çılğın qara bəbəklər boylanırdı.
O elə valehedici idi və həmin bu “daşınan əmlak”a o qədər oxşamırdı ki, adam ondan aralana bilmirdi.
Və mən küçədə yanakı, xərçəng kimi hərəkət edirdim.
O, bilirdi ki, mən yanakı gedirəm; o bilirdi ki, növbətçi “bobbi” tinin harasında dayanıb, o ətrafdakı hər şeyi bilirdi. Uzaqlaşdığımı görəndə mənimlə oynamağa başladı. Peçenye istəyən it kimi başını çiyninə tərəf əyib üzünə tökülən saçlarının arasından mənə baxdı. O gülümsədi, tini dönə-dönə mən də gülümsədim. Ayaqqabı səsi eşidildi, o da tindən göründü. Trotuarda oturanda da yaraşıqlı görünən qız ayaq üstdə daha cəzbedici görünürdü. Əslində böyük qız üçün olan şlyapasından ancaq xatirələr qalmışdı. Başına qoyduğu bu baş geyimi peysərinə düşmüşdü. Qırmızı ətəyi deşik-deşik idi, gündə qaralmış yalın ayaqlarına qadın ayaqqabıları geyinmişdi. Budağı yellədə-yellədə dalımca gəlirdi. Mənimlə bərabərləşəndə aşağıdan silindrimə baxıb yenə dala qalırdı.
Yoldan keçənlər ona diqqətlə baxırdılar, o isə fikir vermirdi.
Oksford-stritdə dayanıb söhbət etdik. Söhbət bircə frazadan ibarət idi:
- Konfet istəyirsən?
Mən getdim, o budağı vitrinin şüşəsinə vura-vura və iri qara gözləriylə dalımca baxa-baxa qaldı.
Növbəti dəfə dala baxanda o, başqa uşaqlarla oynayırdı, onun qırmızı ətəyi isə adamla dolu küçədə fırlanırdı.


"Avanqard" ədəbiyyat və mədəniyyət jurnalı

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.