Afaq Məsud TÜRKSOY-un medalına layiq görüldü
21.04.15

Bu gün “JV Marriott Absheron” ötelində 23 aprel – Ümumdünya Kitab və Müəlliflər Hüququ Gününə həsr olunmuş “Müəllif və riyakarlıq, kitab və yalan” (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda konfrans keçirildi. Konfransı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri cənab Kamran İmanov açdı. O öz çıxışında erməni mifomaniyası haqda danışaraq, bədnam qonşularımızın beynəlxalq rəyi çaşdırmaq niyyətindən söz açdı. “Bu gün erməni siyasəti tarixi saxtakarlaşdırmağa cəhd edir, diasporları bu yöndə fəaliyyət göstərirlər. Qondarma “erməni soyqırımı” iddiasının geniş vüsət almasının, tarixi saxtalaşdırılması cəhdlərinin qarşısının alınması bu gün hər birimizin strateji missiyası olmalıdır”.

Daha sonra YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva müəlliflik hüquqları sahəsində YUNESKO-nun gördüyü əhəmiyyətli işlərdən söz açdı.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bu gün bir sıra dünya ölkələrinin heç bir tarixi araşdırma aparılmadan, tarixşünaslıq elminin mənbələrinə söykənmədən, qondarma “erməni soyqırımı”nı dəstəkləməsindən söz açaraq, bu bədnam siyasətlə mübarizənin vacibliyini vurğuladı.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəri, general-mayor Fərhad Vahabov da çıxış edərək, ölkəmizin, Qarabağ həqiqətlərinin təbliğatı istiqamətində hər kəsi daha sıx birləşməyə, daha əsaslı işlər görməyə səslədilər. Konfransda TÜRKSOY-un katibi Düsen Kaseinov türkdilli ölkələrin münasibətləri, Azərbaycan Respublikası və Qarabağ həqiqətləri haqqında geniş çıxış edərək, türkdilli ölkələrarası əlaqələrin möhkəmlənməsi istiqamətində görülən işlərdən danışdı.

Tədbirin sonunda ölkələr arasında ədəbi-mədəni əlaqələrin qurulması istiqamətində xidmətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Fikrət Qoca TÜRKSOY-un medalı ilə təltif edildilər.

Tədbir iştirakçılarına “Tərcümə Mərkəzinin kitabları” seriyasından nəşr edilən Oljas Süleymenovun “Az-Ya” kitabı hədiyyə edildi.

Qeyd edək ki, ölkəmizdə “23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” 1995-ci ildən, “26 Aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü” isə 2001-ci ildən etibarən hər il qeyd olunur.

Artpress.az

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.