Həmid Piriyev - “Kor qatil” haqda
27.04.15

Artpress.az gənc yazar Həmid Piriyevin Margaret Atvood`un (Marqarit Atvud) “Kor qatil” romanı haqda məqaləsini təqdim edir.


Margaret Atvood`un (Marqarit Atvud) bu romanı 2000-ci ildə Booker mükafatına layiq görülüb.

Çox istəyirəm ki, bu roman haqda yazım. Çünki yazmamaq mümkün deyil. Həm də yaza bilmirəm. Görəsən bu kiçik məqaləm o romana layiq olacaqmı?

“Kor qatili” oxumağa başlayırsan? Tələsmə. Səbrli ol və zamanla süjetin labirintində addımla. Roman tapmacalarla doludur. Atvud romanı xırda hissələrə bölüb və qarışdırıb. Əgər kiçicik bir hissəni nəzərdən qaçırtsan, onda çaşıb qalacaqsan.

Ilk başda çətin gələ bilər. Çünki bir-birinə yad romanlar görürsən və romanların hissələri gözlənilmədən bir-birini əvəz edir.

Roman Lauranın ölüm xəbəriylə başlayır. O öz maşınıyla körpüdən uçur. Qəza sayıla bilər. Amma iki şahid var və iddia edirlər ki, Laura bilə-bilə sükanı çevirib. Çünki onun ağ əlcəkli əllərinin hərəkətini aydın görüblər. Amma bunun intihar olmağına sübut yoxdur...

Roman Lauranın bacısı, İris Çeysin xatirələri və təəssüratları ilə davam edir. Böyük bacı İris cəmiyyət tərəfindən passiv bir hala gətirilmiş bir qadındır, öz istəklərinin ardınca gedə bilmir, həyatının başqalarının istəyinə görə qurur. Onun üçün də planlanmış şəkildə ərə gedir. Bacısının dəlixanaya göndərilməsinə göz yumur... İris artıq qocalıb və bacısının ölümündən xeyli vaxt keçib...

İris ilk baxışdan ailəsində baş vermiş bu ölüm hadisəsinə soyuqqanlı görünür. Lakin hadisələr inkişaf etdikcə oxucu ailədaxili münasibətlərin nə qədər mürəkkəb olduğunu anlayır.

Bir də Aleks var, bir-birindən xəbərsiz hər iki bacının sevgilisi Aleks...

Romanda ikinci bir roman var, Lauranın yazdığı roman. Axı Laura yazıçı idi və vaxtikən bu romanı təzə çap olunanda xeyli tənqidlərə məruz qalmışdı. Amma indi yerli kollecdə Laura Çeysin adına hekayə müsabiqəsi təşkil olunub və İris Çeys də fəxri qonaq kimi dəvətlidir...

İris və Laura yerli fabrikant Benjamin Çeysin nəvələridir. Babaları burada düymə fabrikinin əsasını qoymuşdu. Roman boyu bu fabrik, fabrikin yaradılması, hətta işlənilən xammal hər xırdalığına qədər xatırlanır. Baba sonralar işi genişlədərək böyük sənayeçi olmağı bacarmışdı.

Amma bütün roman boyu oxucunu bir şey düşündürür: Laura həqiqətən intihar edib, yoxsa bu bədbəxt hadisə idi? Roman boyu ara-sıra xatırlanan detallar birləşir və nəhayət əsil ölüm səbəbi meydana çıxır...

Roman içində roman isə əsərə xüsusi gözəllik verir. Bu romanlar bir-biriylə birbaşa əlaqəli olmasa da xeylu uyğunluqlar var. Amma bu uyğunluqları tutmaq çox vaxt çətin olur.

Atvudun çox gözəl dili var. O heç bir xırdalığı gözdən qaçırmır, hər şeyi ətraflı və dəqiq danışır. Hətta incə təsvirlər bəzən Bekketin üslubunu xatırladır (plagiatlıq kimi başa düşülməsin).

Bundan əlavə romanda şeiri xatırladan pasajlar çoxdur.  Az qala hər fəsildə Atvudun şair olduğu hiss olunur.

Roman uzundur, amma darıxdırıcı deyil. Oxuduqca oxumaq istəyirsən.

Atvud realistdir və həqiqətpərəstdir. Onun romanında ideal heç nə yoxdur. Amma romanın özü idealdır. Bir insan necə bu cür yaza bilər?

Möhtəşəm əsərdir. Əbəs yerə yeni milleniumun ən yaxşı ingilisdilli romanı sayılmır.

Elə kitablar var ki, vaxt keçirtmək üçün oxuyursan. Elə kitablar var ki, oxuyub bəyənirsən. elə kitablar da var ki, oxuyub heyran olursan və dəfələrlə oxumaq istəyirsən. “Kor qatil” üçüncülərdəndir.

Xüsusən gənc yazarların bu romandan öyrənəcəyi çox şey var...

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.