Səxavət Sahil - Qoyun-quzu ədəbiyyatı
27.04.15

Məşhur bir deyim var: Oxucuların yazıçıya çevrilməsi olduqca təhlükəlidir. Lakin ədəbiyyatımızda baş verən proseslər göstərir ki, bu ifadə yeni yaranan tendensiyanın yanında həqiqətən də təqdimata getməlidir. Oxucu olanların yazıçıya çevrilməsini hardasa həvəs kimi qəbul edib, başa düşmək olar. Lakin ən azından oxucu olmayanların, yazıçıya “çevrilməsi” nəinki, təhlükəli, həm də artıq faciənin özü deməkdir.

Bir-iki məşhur yazıçıların adını öyrənib, ən yaxşı halda, vikipediya məlumatlarını, kitabların ön sözlərini tələsik oxuyub ƏDƏBİYYATDAN “çəh-çəh” vuranlar görməsə də belə, itinin qurd dayısından eşitdiyi əhvalatları yazıb ədəbiyyat adına bizə soxuşdurmaqla məşğuldurlar.
Kimsə deyə bilər ki, niyə ad çəkmirəm? Ad da çəkərəm, üstəlik o yana da keçərəm, niyə çəkmirəm ki?! Lakin mən həmişə etik qaydaları “qəhrəmanlıqdan” üstün tuturam. Üstümə gəlib dirənsəniz ad çəkə bilərəm. Deyim siz də bilin. Məsələn, əgər bu yazını oxuyub qıcıqlanırsansa, narazı qalırsansa deməli sən də nəsə var...

Keçək əsas məsələyə. Bu gün Azərbaycanda “iri addımlarla” qoyun-quzu ədəbiyyatı yaranmaqdadır. Babasının qoyun otarmasını, nənəsinin bu qoyunları sağıb yağlı pendir tutmasını yazıb bəh-bəhlə tərifləyənlər, ədəbiyyatın məhz bu olduğunu bir-birinə deyib təsəlli tapırlar. Hələ utanıb-qızarmadan, həyasızcasına Nobelli yazıçı Markesi də babasından yazdığını özlərinə təstiq sübutu kimi misal çəkirlər. Lakin Markesin magik realizmdən necə bəhrələndiyini, Freydizmin romanına necə tətbiq etdiyini dərk etmək iqtidarında deyillər. Üstəlik şüuraltı prosseslərin insan həyatını necə yönləndirdiyindən də bixəbərdilər. Və təbii ki, bunu ağıllarına gələn kimi, sadə süjet kimi qavramaq məcburiyyətindədirlər.

Bunların sayı artıqca ədəbi nöqtələri işğal edib, ərazilərini genişləndirirlər. Nəticədə ciddi ədəbiyyat “küncə qısqanır”. Bu da məlumunuzdur ki, azlıq çoxluğa tabe olur.

Heç kim, heç kimə necə yaz deyə bilməz. Əslində yazmaq qəbahət deyil və hər kəs öz istədiyi kimi yazır, çün ki, yazmaq fərdi və şəxsi məsələdir. Lakin yazdığının fərqində olmayıb, nəinki, özündən əvvəl yazılanlardan xəbərsiz, hətta öz dövründə yazanlardan bixəbər olmaq, məqsədsiz, ideyasız, təkcə sujetə arxalanıb necə gəldi yazmaq nə qədər ciddi və ağlabatan görünür?!

Ədəbiyyat budurmu? Budursa...

Başına gələnləri, görüb-görmədiklərini yazmaq reportajdan başqa bir şey deyil. Hələ mən oçerki demirəm.

Tutaq ki, bir adam, belə bir mətn yazır: “Nəvə kənddə yaşayan babsına qonaq gedir. Baba təzə doğan inəyin kətəməzindən nənəsinə yedirdir (Nəvə ölənə qədər onun dadını ağzında hiss edir). Bir gün sonra təzə doğan inək nobatdan qayıtmır, ağzı qara canavar, inəyi parçalayıb yeyir. Yetim qalan buzov bütün günü mələyib anasını axtarır. Nəvə bu mələrtidə buzovun gənc Verter kimi ağır iztirablarını hiss edir, onun anasızlıq fəryadının dözülməz olduğunun əyani şahidi olub, göz yaşlarını saxlaya bilmir. Yetim buzova, qonşudakı Alagöz inəyin südünü verib ovudurlar. Lakin nəvə hər dəfə ağzında kətəməzin dadını hiss edəndə buzova şərik olduğunu xatırlayıb dərindən təəsüf hissi keçirərək, xəcalət təri axıdır”. Mətn, nə üçün qoyulduğu bilinməyən üç nöqtəinin köməyi ilə bitir.

5-ci sinif səviyyəsində yazılan bu cür inşa ədəbiyyatı hazırda qızıl dövrünü yaşamaqdadır.

Vallah, qoyun-quzudan, çobandan da yazmaq olar. Di gəl ki, yazanda elə yazasan ki, mətn mətn səviyyəsində, yazı yazı səviyyəsində ola, yəni çoban da, qoyun da mətndə çoban və qoyun yerində qala, mətn çobanlaşmaya, qoyunlaşmaya. Sadəcə, nə yazdığını, niyə yazdığını bilməlisən. Əgər bilmirsənsə qoyun və quzuların köməyindən istifadə edə bilərsən.

Artpress.az


Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.