Kənan Hacı - Postmodernizm inkar yox, təsdiq edir

08.05.15

Mətn yaratma birbaşa istedad amiliylə sıx bağlıdır. İstedad olmadığı təqdirdə insanın içindəki söz eləcə xammal olaraq qalacaq. İstedaddan doğru-düzgün yararlanmayan adamlar da bir növ, əldə olan mayanı batıran səriştəsiz, bacarıqsız adamlar kimidirlər. Bizim ədəbiyyatımızda da “mayanı batıran”lar çox oldu. Bu, tamamilə başqa bir söhbətin mövzusudur. Sözümün mabədi ayrıdır.

Müstəqillik dövrü ədəbiyyatına nəzər salarkən 2000-ci illərin əvvəllərindəki xaos dövrü və bu xaosun nəticəsi kimi gələn güclü axın və seyrəlmələr diqqəti çəkir. Məsələn, postmodernizm adlı termini tamamilə yanlış anlayan adamlar şövqlə epataj janrında qələm çalmağa, klaviatura döyəcləməyə başladılar. Təbii, bu biməzmun mətnlər çox qısa müddətdə sıradan çıxdı. Özlərini postmodernizm cərəyanına mənsub hesab edən bu yazanlar dəstəsi postmodern mətnlərdən, bu cərəyanın nümayəndələrindən tamamilə xəbərsiz idilər. Postmodernizm onlar üçün sığınacaq yerinə çevrildi. Onlar İtalo Kalvinonun, Umberto Ekonun, Rolan Bartın, əsərləri bir yana, heç adlarını belə eşitməmişdilər. Epataj isə əsla və əsla postmodern mətn sayıla bilməz. Çağdaş postmodern fikrin öncüllərindən olan Eko yazır ki, postmodernizm heç də keçmişdən imtina etmək deyil, keçmişə söykənir, ondan qaynaqlanır, ondan qidalanır. Fransız alimi J. Jannetin “İkinci dərəcəli ədəbiyyat” əsəri var, həmin əsərdə belə bir fikir səslənir: “Mətndə özündən əvvəlki mətnin izahı və çox vaxt ona tənqidi münasibət”. Bu tənqidi münasibət dekonsturksiya üzərində də qurula bilər, intertekstuallıq (mətn içində mətn) üzərində də, metatekstuallıq (mətndə özündən əvvəlki mətnin izahı) üzərində də.

Bu günlərdə gənc yazarlarımızdan birinin postmodernizmlə bağlı yazısını oxudum. Gənc dostumuz bu cərəyanı Yafəs Türksəsin arşınıyla ölçmək istəyib. Yafəs Türksəs birmənalı olaraq istedadlı adamdır və kifayət qədər də faciəli tale yaşayıb. Amma postmodernizm heç də Yafəs Türksəsin düşündüyü anlamı ehtiva etmir. Çox təəssüf ki, böyük əksəriyyət belə düşünür. Hansı ki, o adamlar postmodernizmin tərifini kökündən yanlış anlayan adamlardır. Bu cərəyanın dünyada D. Delillo, J.Dölöz, U.Gibson,C.Barns kimi nəhəng nümayəndələri var. Postmodernizmin parlaq nümayəndələrindən olan Con Bartın fikrincə, postmodernizm- keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir. Viktor Pelevin postmodern yazıçıdır. Onun "Üst dünyanın qavalı", “Alt dünyanın qavalı”, "Ziqmund kafedə" hekayələri ezoterik motivlərlə, dünya mifologiyasından alıntılarla, dzen-buddizmdən qaynaqlanan detallarla zəngindir. Pelevinlə birlikdə rus nəsrində Dmitri Priqov, Viktor Yerofeyev, Vladimir Sorokin, Eduard Limonov kimi tanınmış nümayəndələri var. Pelevinin “Qulyabanının müqəddəs kitabı” və Yerofeyevin “Məhşər” romanları postmodern təfəkkürün məhsuludur, bu əsərlərin hər biri çoxqatlı mətnlərdir. Bu əsərlər tamamilə yeni nəsr nümunələridir. Hər iki roman bütün Avropa dillərinə tərcümə olunub. Çox təəssüf ki, yeni nəsil hələ də bu əsərləri bizim dildə oxumaq imkanından məhrumdur.

Bizdə oxucu yeni nəsrlə qarşılaşanda sanki yadplanetlilərlə üzləşibmiş kimi donuxub qalır. Bunun üçün də dünyada yaranan yeni nəsr bizim dilə tərcümə olunmalıdır. Belə olsa, gənclər postmodernizm deyəndə Yafəs Türksəsi nümunə gətirməz. Bu, əsla və əsla şairi aşağılamaq anlamına gəlməsin. Təkrar edirəm, Yafəs Türksəs olduqca maraqlı adamdır və kifayət qədər maraqlı şeirləri var. Yaşına rəğmən həmişə gənc nəsli təqdir etməsi təqdirəlayiqdir. Amma söhbət postmodern mətnə münasibətdən gedirsə, bir az geniş masştabda düşünmək lazım gəlir.

Dəyərli yazıçımız Kamal Abdullanın dünyanın müxtəlif dillərinə tərcümə olunmuş “Yarımçıq əlyazma” romanı da postmodern estetika üzərində yazılıb. “Yarımçıq əlyazma” metatekstual mətndir. Amma təəssüf ki, Azərbaycan ədəbiyyatında bu tipli mətnlər yaranmadı. Bəzi əsərlərdə buna zəif cəhdlər oldusa da, bu estetika Azərbaycan nəsrində, poeziyasında öz ifadəsini tapa bilmədi. Gənclər arasında uğurlu postmodern mətn yaradanlardan üç müəllifin əsərinin adını çəkə bilərəm. Qan Turalının “Füzulinin qayıdışı” pyesi” (əsər “Yazı jurnalında dərc olunub), Mirmehdi Ağaoğlunun “Küləyi dişləyən”, Səxavət Sahilin “İsanın qadını” romanları.

Yenə qayıdıram sözümün əvvəlinə. Mayanı batırmayın, uşaqlar! /manera.az/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.