Tərcümə Mərkəzi Səudiyyə Ərəbistanı Krallığı səfirliyi ilə əməkdaşlığın təməlini qoydu
10.06.15

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Musaid bin İbrahim bin Abdullah əs-Səlim Tərcümə Mərkəzində oldu. Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun fəaliyyətindən, qısa müddət ərzində görülən işlər, beynəlxalq aləmdə genişləndirilən əlaqələr, həmçinin, ərəb ədəbiyyatından edilmiş tərcümələr, ərəb dünyasına, ədəbiyyatına və mədəniyyətinə olan böyük maraqdan danışaraq, səfiri Mərkəzin nəşrləri ilə tanış etdi.

    Cənab səfir Səudiyyə Ərəbistanı-Azərbaycan əlaqələrinin hər sahədə möhkəmlənməsindən danışaraq, bu münasibətlərdə ədəbiyyatın, tərcümə sənətinin xüsusi rolunu qeyd etdi:
“Əminik ki, ay yarım bundan öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına səfəri mədəniyyət və ədəbiyyat sahəsində də əlaqələrin yenidən dirçəlməsinə kömək edəcək. Bildiyimə görə, Azərbaycan dilində 5 mindən çox ərəb sözü var. Həmçinin, ərəb dilinin Quran dili olması, bu dili şərəfləndirən bir məqamdır. Azərbaycan müsəlman ölkəsi olduğundan, bu dil sizin ölkə üçün də mühüm əhəmiyyətə malikdir”.

Daha sonra səfir Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Tərcümə İdarəsi ilə əməkdaşlığa dair Memorandumu Mərkəzin direktoruna təqdim edərək, həm Səudiyyə Ərəbistanı, həm də Azərbaycan nümayəndələrindən ibarət müştərək Komissiya yaradılması təklifini irəli sürdü:
“Bu Komissiya hər iki ölkənin ədəbiyyatından dəyərli nümunələri seçib, Azərbaycan dilindən ərəbcəyə, həmçinin, ərəb dilindən Azərbaycan dilinə tərcüməsinin həyata keçirilməsini təşkil edə və bununla da, müştərək layihələrimizə köməklik göstərə bilər. Tərcümə çox həssas prosesdir. Hər iki tərəfdən nəzarət güclü olmalıdır. Xüsusilə də, bədii ədəbiyyatların tərcüməsində. Səudiyyə Ərəbistanının bu sahədə böyük təcrübəsi var. Ən təcrübəli dil mütəxəssisləri ilə əməkdaşlıq edirik. Buna baxmayaraq, onların da fəaliyyətinə müvafiq qurumlar nəzarət edir”.

Görüşün sonunda qonağa Mərkəzin ərəb dilində hazırlanmış nəşrlər kataloqu təqdim edildi.

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.