Markesin kitabı Kolumbiyanın müvəqqəti işlər vəkilinə təqdim edildi
17.06.15

Kolumbiya Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Assad Xose Xater Penya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun iyirmi beş il ərzində dünya ədəbiyyatı tərcüməsi üzrə gördüyü işlərdən, ölkə başçısı cənab İlham Əliyevin 16 may 2014-cü il Sərəncamıyla yeni status qazanılandan sonra bu işlərin imkan dairəsinin daha da genişləndiyindən, dil və tərcümə sahəsi üzrə aparılan islahatlardan, qarşıda duran vəzifələrdən danışıb.

Mərkəzin nəşrlərinin siyahısı yer alan kataloqu və Qabriel Qarsia Markesin Azərbaycan dilində nəşr olunan kitabını cənab Assad Xoseyə təqdim edib:
“Gördüyünüz bu səhifələri saralmış nəşr 1996-cı ildə işıq üzü görüb və ilk dəfə Markesi Azərbaycana, Azərbaycan dilində tanıdan kitabdır. Bu kitab, eləcə də dünya ədəbiyyatından tərcümə edilmiş yüzlərlə kitab nəşrləri Mərkəzin ən kasıb, imkansız vaxtlarında, qurumun öz qüvvəsi, ədəbiyyata olan sədaqəti və sevgisi ilə ərsəyə gətirilib. Uzun illər dünya ədəbiyyatının ən aparıcı yazıçılarının əsərlərini Azərbaycana gətirən Mərkəz, bu gün öz milli ədəbiyyatının da dünyada tanıdılmasına çalışır, bununla bağlı dünyanın aparıcı qurumları ilə əlaqələr yaradır, iş birlikləri qurur. Yeni tərtib etdiyimiz iki cildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” hazırda bir neçə dilə tərcümə edilir və bu kitabın həmin ölkələrin nüfuzlu nəşriyyatlarında nəşri nəzərdə tutulur. Bu nəşrin, həmçinin dünyanın aparıcı dillərindən olan ispan dilinə təcümə edilməsini də vacib sayır, tərcümə prosesində ispan dili daşıyıcıları olan bədii tərcümə ustalarının, yazıçı və şairlərin iştirakını mühüm hesab edirik”.
Mərkəzin təşkil etdiyi Azərbaycan dili kurslarının iştirakçısı olan cənab Assad Xose öz növbəsində, Mərkəzin gördüyü işləri, ədəbiyyata, bədii tərcüməyə olan münasibətini yüksək dəyərləndirərək, Markesə olan sevgidən bir kolumbiyalı kimi qürur duyduğunu bildirib. Azərbaycan-Kolumbiya əlaqələrinin möhkəmlənməsində əsaslı rolu olan tərcümənin, ədəbi əlaqələrin əhəmiyyətindən söz açan müvəqqəti işlər vəkili Azərbaycan və Kolumbiya şairlərinin şeirlərinin yer alacağı “Azərbaycan- Kolumbiya poeziyası toplusu”nu nəşr etmək təklifini irəli sürüb:
“Belə bir toplunu biz, ərəb ölkələri ilə hazırlamışıq. Xalqların, ölkələrin yaxınlaşmasında belə toplular, ümumiyyətlə, ədəbiyyat mübadilələri böyük əhəmiyyət daşıyır. Azərbaycan ədəbiyyatının ispan dilinə tərcüməsi, Kolumbiyada tanıdılması, həmçinin Azərbaycanda ispan dilinin tədrisi sahəsində də sizə öz köməkliyimizi əsirgəməyəcəyik. Kolumbiyada tez-tez dünya poeziyası festivalları keçirilir. Azərbaycan şairlərinin bu festivallara qatılması bizim üçün çox xoş olardı”.

Görüşün sonunda Mərkəzin nəşrləri, Qabriel Qarsia Markesin əsərlər toplusu cənab Assad Xoseyə hədiyyə edilib.


Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.