Aydın Dadaşov - Vətəndaş cəmiyyətinin tələbi

30.06.15

Dünya konosu - 120                      

 

Elektrik və pe­şə­kar pia­noçu ai­lə­sin­də do­ğu­lub oxu­du­ğu si­nif­də ye­ga­nə yə­hu­di ol­du­ğun­dan qa­pa­lı bö­yü­sə də, mü­kəm­məl ki­no təh­si­li al­maq­la çək­di­yi otuz dörd fil­mi­nin ək­sə­riy­yə­ti hi­tə çev­ril­mək­lə dün­ya ta­ma­şa­çı­sı­na ta­nış olan ame­ri­ka­lı re­jis­sor Sti­ven Al­lan Spil­ber­qin ya­ra­dı­cı­la­rı­na «Ən yax­şı re­jis­sor işi» də da­xil ol­maq­la beş  Os­kar bəxş edən «Sı­ra­vi Ra­yanı xi­las et­mək» (ssenari müəlifləri Sti­ven, Spil­ber­q, Ro­bert Ro­dat,­1998) ek­ran əsə­ri ge­niş re­zo­nans ya­rat­dı.

İlk epi­zod­dan gö­rü­nən ABŞ bay­ra­ğı döv­lət­çi­lik prin­si­pi­ni bə­yan et­mək­lə qar­daş­lıq mə­zar­lı­ğın­da sa­biq əs­gə­rin hıç­qır­tı­la­rı üzə­rin­də sı­ra­lan­mış xaç şə­kil­li şə­hid mə­zar­la­rı­nın təs­vi­ri möv­zu xa­ti­rə­yə ke­çid üçün əsas ve­rir. 6 iyun 1944-cü il­də Ame­ri­ka də­niz de­san­tı­nın cəb­hə böl­gə­si­nə gə­li­şi­lə baş­la­nan ha­di­sə­li­lik prin­si­pin­də ilk dö­yü­şün ölüm-di­rim mü­ba­ri­zə­si­nin gər­gin­li­yi önə ke­çir. Bir-bi­ri­nin ar­dın­ca qı­rı­lan əs­gər­lə­rin su­yun al­tın­da qeyb ol­ma­la­rı, par­ça­la­nan, alı­şıb ya­nan, iç­ça­la­tı çö­lə tö­kü­lən in­san bə­dən­lə­ri, qan­dan qı­za­ran də­niz su­yu mü­ha­ri­bə­nin ana­to­mi­ya­sı­nı gös­tə­rir. Sa­hi­lə çıx­maq uğ­run­da mü­ba­ri­zə apa­ran əs­gər­lə­rin qar­şı­laş­dıq­la­rı də­mir be­ton mü­da­fiə sən­gə­ri­nin sərt mü­qa­vi­mə­ti­nin dəf edil­mə­si au­dio­vi­zual həl­li­ni ta­pır. İri çap­lı gül­lə­dən de­şil­miş ra­bi­tə te­le­fo­nu­nun ci­ha­zı ko­man­dan­lıq­la əla­qə­nin kəsil­di­yi­ni gös­tər­mək­lə gər­gin­li­yi ar­tı­rir. Aya­ğın­dan axan qa­nın kəsil­mə­si­nə cəhd edi­lən əs­gə­rin başın­dan vu­rul­ma­sı, di­gər sü­rü­nən ya­ra­lı­nın iki­yə bö­lün­mə­si ölü­mün portretini ya­ra­dır. Psi­xo­lo­ji tril­ler elementləri ta­ma­şa­çı­ya bir an be­lə nə­fə­si­ni dər­mə­yə im­kan ver­mə­di­yi mə­qam­da Al­la­hı kö­mə­yə ça­ğı­rıb al­man snay­per­lə­ri­ni məhv edən Ame­ri­ka əs­gə­ri dö­yüş­də və­ziy­yə­tin qis­mən də­yi­şil­mə­si­nə nail olur. Də­mir be­ton mü­da­fiə sən­gə­ri­nə da­xil olan Ame­ri­ka əs­gər­lə­ri­nin dö­yü­şün ta­le­yi­ni də­yiş­mə­lə­ri ma­neə­lə­ri dəf et­mək­lə hə­ya­ta ke­çi­ri­lir. Qan­lı dal­ğa­la­rın cə­səd­lə­ri sa­hi­lə çı­xar­dı­ğı­nı təs­vir edən kadrlar gər­gin epi­zod­lar ara­sın­da ke­çid ro­lu­nu oy­na­dı­ğı mə­qam­da üzü üstə dü­şən əs­gə­rin çan­ta­sı üzə­rin­də­ki Rayan so­ya­dı­nın oxun­ma­sı fa­bu­la me­xa­niz­mi­ni önə çə­kir.

Ame­ri­ka­da­kı or­du qə­rər­ga­hın­da çox­say­lı te­leq­raf qur­ğu­sun­da yı­ğı­lan mə­lu­mat­lar­da bir ai­lə­dən ça­ğrı­lan dörd qar­daş­dan üçü­nün, Pi­ter, Şon və Da­ni­yel Rayanların ölüm fak­tı əsas ha­di­sə­nin məğ­zi­ni ya­ra­dır. Er­tə­si gün ana­nın üç oğ­lu­nun ölü­mü ba­rə­də qa­ra xə­bər ala­ca­ğı fak­tı­nın yük­sək sə­viy­yə­də mü­za­ki­rə olun­ma­sı döv­lət və və­tən­daş mü­na­si­bə­ti­ni sə­ciy­yə­lən­di­rir. Nor­man­di­ya de­san­tı olan dör­dün­cü qar­daş Ceyms Ray­anın (Mett Deymon) da sağ olub-ol­ma­ma­sı­nın bi­lin­mə­mə­si isə dra­ma­tiz­mi güc­lən­di­rir.   Sa­ral­mış zə­mi­nin ara­sı ilə toz qo­pa­ra-qo­pa­ra gə­lən, üzə­rin­də ABŞ bay­ra­ğı­nın təs­vi­ri olan av­to­ma­şı­nı iz­lə­yən hə­yə­can­lı ana­nın mü­va­zi­nə­ti­ni iti­rə­rək ye­rə yı­xıl­ma­sı ağır dər­din au­dio­vi­zual həl­li­ni­ ve­rir. Qə­rar­gah­da­kı yük­sək çin­li or­du za­bit­lə­ri­nin so­nun­cu Ra­yı­nın sağ olub-ol­ma­dı­ğı­nı araş­dır­ma­la­rı və vax­ti­lə res­pub­li­ka­nın qo­run­ma­sı yo­lun­da şə­hid ol­muş beş oğ­lu­nu iti­rən ana­ya gön­də­ri­lən Av­raam Lin­kol­nun mək­tu­bu­nun oxun­ma­sı döv­lət­çi­lik prin­si­pi­ni ye­ni­dən önə çə­kir. Ray­anın xi­la­sı na­mi­nə ka­pi­tan Con Mil­le­rin (Tom Henks) baş­çı­lı­ğı ilə sək­kiz nə­fər­dən iba­rət xü­su­si tə­yi­nat­lı dəs­tə­nin Nor­man­di­ya­ya gön­də­ril­mə­si döv­lə­tin və­tən­da­şı uğ­run­da mü­ba­ri­zə­si­nin tə­rən­nü­mü­nə çev­ri­lir. Cəb­hə­də­ki çox­say­lı əs­gər­lər ara­sın­da Raya­nı tap­maq cəh­di ot ta­ya­sın­da iy­nə­nin ax­ta­rıl­ma­sı­na bən­zə­sə də, baş qə­rar­gah­dan gön­də­ri­lən xü­su­si tə­yi­nat­lı xi­las dəs­tə­si­nin va­qeə­lə­ri dra­ma­tur­ji prin­sip­lə hə­ya­ta ke­çi­ri­lir.

 Yar­paq­lar üzə­ri­nə sə­pə­lən­mək­lə get-ge­də güc­lə­nən ya­ğış dam­cı­la­rı növ­bə­ti dö­yüş səh­nə­si­nə uğur­lu ke­çid  edir. Və mər­mi­dən di­va­rı uç­muş ev­də­ki fran­sız ai­lə­sin­də­ki qız­cı­ğa­zın xi­la­sı na­mi­nə ya­ra­la­nan kap­ra­lın axan qa­nı­nın güc­lü ya­ğış dam­cı­la­rın­dan se­lə çev­ril­mə­si ölü­mün poe­tik sim­vo­lu­nu ya­ra­dır. Düş­mən snay­pe­ri­nin vu­rul­ma­sı ilə valideynlərinə qa­yı­dan qız­cı­ğa­zın ata­sı­nı sil­lə­lə­mə­si­nin gər­gin­li­yin mik­ro­mo­de­li­ni ya­rat­ma­sı və öl­müş Kap­ra­lın ai­lə­si­nə çat­dı­rı­la­caq qan­lı mək­tu­bu­nun gö­tü­rül­mə­si epi­zo­du ta­mam­la­sa da, növ­bə­ti di­va­rın tə­sa­dü­fən uç­ma­sı nə­ti­cə­sin­də iki düş­mən tə­rə­fin üz-üzə gəl­mə­si dra­ma­tiz­mi ar­tı­rır. Uzun ax­ta­rış­dan son­ra nə­ha­yət ki, ta­pı­la­raq qar­daş­la­rı­nın ölüm xə­bə­ri­ni alan Ceyms Ray­anın ağ­la­ya-ağ­la­ya mü­ha­ri­bə­dən son­ra on­la­rı ba­lıq tut­ma­ğa apa­ra­ca­ğı ar­zu­su ilə ya­şa­dı­ğı­nı bil­dir­mə­si gö­zö­nü ha­di­sə­lə­ri ma­neə­lə­rin dəf olun­ma­sı yo­lu ilə üzə çı­xa­rır. Ceyms Ray­anın qar­daş­la­rı­nın mək­təb­li ol­ma­la­rı fak­tı­nın üzə çıx­ma­sı hüznlü gü­lüş ya­ra­da­raq ta­ma­şa­çı­nı ax­ta­rı­şın da­va­mı­nı iz­lə­mə­yə sövq edir.

Kap­ra­lın qan­lı mək­tu­bu­nun bə­yaz ka­ğı­za kö­çü­rül­mə­si fo­nun­da tap­şı­rı­ğın yox­sa in­sa­nın va­cib fa­ktor ol­ma­sı­nın mü­za­ki­rə­si və ölüm­lər ba­ha­sı­na xi­las edi­lə­cək Ray­anın la­yiq­li və­tən­daş ol­ma­sı­nın ar­zu­lan­ma­sı əsas ide­ya­nı önə çək­sə də, sı­ra­la­nıb ke­çən al­man əsir­lə­ri­nə si­nə­sin­də­ki sio­nist ni­şa­nı­nı gös­tər­mək­lə «Mən yə­hu­di­yəm!» de­yə tək­rar­la­yan Ame­ri­ka­lı əs­gər müəl­li­fin da­xi­lin­də­ki mil­li mü­qa­vi­mə­tin tə­za­hü­rü­nə çev­ri­lir. Ötüb ke­çən çox­say­lı əs­gər­lə­rin, dö­yüş­də hə­ya­tı­nı qeyb edən­lər­dən qal­mış je­ton­lar ara­sın­da Ray­anın ax­ta­rıl­ma­sı ye­ni­dən əsas məq­sə­di, prob­le­min həl­li­nə yö­nə­lən növ­bə­ti ha­di­sə­ni önə çə­kir. Nə­ha­yət ki, kon­tu­zi­ya al­maq­la kar ol­muş Ame­ri­ka əs­gə­rin­dən ka­ğı­za ya­zıb gös­tər­mək­lə Ceyms Ray­anın ha­ra­da ol­ma­sı ba­rə­də təx­mi­ni in­for­ma­si­ya­nın alın­ma­sı məq­səd­yön­lü ax­ta­rı­şa şə­rait ya­ra­dır. Kom­pas va­si­təsilə is­ti­qa­mət gö­tü­rən dəs­tə­nin rastlaşdığı çox­say­lı cə­səd­lər ümi­di qır­sa da, ye­ni dö­yüş epi­zo­du gər­gin­li­yi ar­tı­rır. «Məq­sə­di­miz qə­lə­bəd­ir»  de­yən ka­pi­tan Con Mil­le­rin əs­gər­lə­ri­ni əsas tap­şı­rıq­dan ya­yın­ma­dan dö­yü­şə cəlb et­mə­si mən­ti­qi həl­li­ni ta­pır. Ölüb şiş­miş inə­yin ar­xa­sın­da giz­lə­nən sa­ni­ta­rın dur­bin­lə iz­lə­di­yi əmə­liy­yat­da ya­ra­la­nan əs­gə­rin xi­la­sı pro­se­si sərt au­dio­vi­zual ifa­də­lər­lə hə­ya­ta ke­çi­ri­lir. Son sö­zü «Ana, mən evə is­tə­yi­rəm» olan əs­gə­rin yaz­dı­ğı mək­tu­bun gö­tü­rül­mə­si və mə­za­rı­nı onu öl­dü­rən düş­mən əs­gə­ri­nə qaz­dı­rıl­ma­sı gər­gin­li­yi önə çə­kir.

 Mə­zar qaz­ma­ğı uzat­maq­la, «Ya­şa­sın Ame­ri­ka», «Hit­ler ka­put» de­mək­lə ölüm­dən xi­las ol­ma­ğa ça­lı­şan al­man snay­pe­ri­nin müt­tə­fiq qo­şun­la­rı tə­rə­fin­dən əsir gö­tü­rü­lə­cə­yi gü­ma­nı ilə azad bu­ra­xıl­ma­sı dəs­tə­də­ki­lər ara­sın­da mü­ba­hi­sə do­ğu­rur. İx­ti­sas­ca müəl­lim olan ka­pi­ta­nın əsir­lə məş­ğul ol­ma­ğın de­yil, Ray­anın ax­ta­rıl­ma­sı­nın va­cib­li­yi­ni bir da­ha əs­gər­lə­ri­nə an­lat­ma­sı əsas dra­ma­tur­ji ha­di­sə­ni ni­zam­la­yır. Axır ki, uğur­lu tə­sa­düf nə­ti­cə­sin­də, gər­gin dö­yüş mə­qa­mın­da ta­pı­la­raq qar­daş­la­rı­nın hə­lak ol­ma­sı, özü­nün cəb­hə­dən ge­ri­yə çağ­rıl­ma­sı  xə­bə­ri ve­ri­lən Ceyms Ray­anın dö­yüş tap­şı­rı­ğı­nı so­na qə­dər ye­ri­nə ye­tir­mə­yə qə­rar ver­mə­si onun qə­tiy­yə­ti­ni, və­tən­daş möv­qe­yi­ni təs­diq­lə­yir. Onun hə­ya­tı na­mi­nə iki nə­fə­rin öl­dü­yü­nü bi­lən Ceymsin hər bir əs­gə­ri özü­nə qar­daş he­sab et­di­yi­ni bil­dir­mə­si və­tən­pər­vər­li­yin nü­mu­nə­si­nə çev­ri­lir. Zi­reh­li tex­ni­ka ilə hü­cu­ma keç­mək is­tə­yən al­man­la­rı qar­şı­la­maq üçün bir­gə əmə­liy­yat pla­nı­nın ha­zır­lan­ma­sı qə­lə­bə­yə doğ­ru yö­nə­lən qlo­bal ide­ya­nı əks et­di­rir. Ha­ra­dan­sa səs­lə­nən Edit Pia­fın sev­gi­li­si­nə həsr et­di­yi mah­nı­sı­nın sə­da­la­rı al­tın­da ağır dö­yü­şün göz­lə­nil­mə­si uğur­lu sap­sens ya­ra­dır. Ar­tıq bu dün­ya­da ol­ma­yan qar­daş­la­rı­nın üz­lə­ri­ni xa­tır­la­ya bil­mə­di­yi­ni ka­pi­ta­na söy­lə­yən Ceymsin on­lar­la bağ­lı son xa­ti­rə­ni ya­da sal­ma­sı sü­jet­lə fa­bu­la­nı əla­qə­lən­di­rir.

 Kü­çə dö­yüş­lə­rin­də düş­mə­nin zi­reh­li tex­ni­ka­sı­na mü­qa­vi­mət gös­tə­rən­lər ara­sın­da qor­xaq­lıq edə­rək dö­yüş­dən ya­yı­nan Ame­ri­ka­lı əs­gər­lə ya­na­şı, cə­sa­rət­li Ceyms Ray­anın də­fə­lər­lə ölüm­lə üz-üzə gəl­mə­si və əv­vəl­ki epi­zod­da əsir gö­tü­rü­lə­cə­yi gü­ma­nı ilə azad bu­ra­xı­lan al­man snay­pe­rçi­nin xü­su­si aman­sız­lı­ğı, ya­ra­lı ka­pi­tan Con Mil­le­rin üzə­ri­nə gə­lən tan­kı ta­pan­ça atə­şi ilə məhv et­mə­si dra­ma­tiz­mi ar­tı­rır və nə­ha­yət Ame­ri­ka təy­ya­rə­lə­ri­nin sə­ma­da gö­rün­mə­si qə­lə­bə­nin tən­tə­nə­si­nə çev­ri­lir. Qor­xaq əs­gə­rin qey­rə­tə gə­lə­rək aman­sız al­man snay­pe­rçisi­ni gül­lə­lə­mə­si son epi­zod­lar­dan ke­çən sü­jet xət­ti­ni qa­pa­yır. Özü ölüm aya­ğın­da ikən lə­ya­qət­li əs­gər ol­du­ğu­nu sü­bu­ta ye­ti­rən Ceyms Ray­anın xi­la­sı­na gö­rə məm­nun­lu­ğu­nu bil­di­rən ka­pi­tan Con Mil­le­rin söz­lə­ri­nin oğul­la­rı­nı itir­miş ana­ya gön­də­ri­lən mək­tub­da­kı Av­raam Lin­kol­nun cüm­lə­lə­ri ilə da­vam et­di­ril­mə­si rəs­mi pro­to­kol mə­ra­si­mi­nə dra­ma­tur­ji sta­tus ve­rir. Ek­ran­da təd­ri­cən qo­ca­lan Ceyms Ray­anın fil­min əv­və­lin­də­ki şə­hid mə­zar­lı­ğın­da ye­ni­dən gö­rün­mə­si ek­ran əsə­ri­nin möv­cud çev­rə­si­ni ta­mam­la­yır. Mə­zar­lı­ğa ai­lə­si ilə bir­gə gəl­di­yi mə­lum olan Ceyms Ray­anın Con Mil­le­rin qəb­ri üzə­ri­nə əyi­lə­rək: «Mən si­zin tap­şır­dı­ğı­nız ki­mi lə­ya­qət­lə ya­şa­dım» de­mə­si və­tən­da­şın mə­nə­vi bor­cu­nun da­ha ül­vi ol­du­ğu­nu­nun tət­bi­qi­nə çev­ri­lir. Və ötən əs­rin fa­şizm ki­mi qlo­bal təh­lü­kə­si­nə si­nə gə­rən­lə­rin mə­nə­vi if­las prob­le­mi­lə üz­ləş­di­yi­nə işa­rə vu­ru­lur.


Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.