Dünya Ədəbiyyatı Kitabxanası seriyasından 4 kitab çap olundu
10.07.15

DƏK Seriyasından növbəti yeni 4 kitab çap olundu. Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 109 kitab artıq nəşr olunub.

Tomas Vulf. Seçilmiş əsərləri
 Samuel Bekket. Seçilmiş əsərləri
 Ərəb ədəbiyyatı antologiyası
 Latın Amerikası ədəbiyyatı antologiyası


Tomas Vulf. Seçilmiş əsərləri

Tomas Vulf 1900-cü il oktyabr ayının 3-də Şimali Karolina ştatının kurort şəhəri olan Aşvillada doğulmuşdur. Anasının sahib olduğu pansion şəraitində böyüyən Tomas Vulf artıq on beş yaşında Şimali Karolina Universitetinin hüquq fakültəsinə daxil olur. 1920-ci ildə universitetdə təhsilini başa vurduqdan sonra Vulf dramaturq olmaq istəyi ilə Harvard Universitetinə daxil olur. Buraya o, prof. P. Beykerin rəhbərlik etdiyi dramaturgiya üzrə seminarlarda fəal iştirak etmək məqsədilə gəlmişdi. Üç ildən sonra o özünün “Bizim şəhərə xoş gəlmişsiniz” və “Manner haus”  pyeslərini Nyu-Yorka gətirir, lakin bunları tamaşaya qoymaq üçün prodüser tapmadığından arzusunu həyata keçirə bilmir. Yaxın dostuna çevrilən nəşriyyat direktoru M. Perkins əsərlərinin nəşr olunmasında ona xeyli kömək edir. Onun 1929-cu ildə qələmə aldığı “Mələk, öz evinə nəzər sal” avtobioqrafik romanı da həmin dostluğun nəticəsində işıq üzü görür. Bir müddət sonra o, Nyu-York Universitetində ingilis ədəbiyyatından dərs deməyə başlayır.

Avropaya səyahət edən Vulf tənha həyat tərzi keçirir, ikinci romanını yazıb başa çatdırır. “Zaman və çay” haqqında (1935) romanında Yujin Qantın sonrakı həyatından bəhs edir.

1938-ci ilin yayında ABŞ-ın qərb sahillərinə səfəri zamanı o, pnevmoniya xəstəliyinə düçar olur. 1938-ci ilin sentyabr ayının 15-də vəfat edir.

Kitaba müəllifin “Həyatım haqqında bəzi qeydlər” avtobioqrafik qeydləri, “Baskom Hokun portreti”, “Dünyanın hörümçək toru”, “Ölüm-məğrur bacı” povestləri və 11 adda hekayələri daxil edilib.

 

Samuel Bekket. Seçilmiş əsərləri


Tərcüməçi: Əyyub Qiyas

Dünya şöhrətli irland yazıçısı, şair və dramaturq Samuel Bekket dünya ədəbiyyatı tarixində daha çox Absurd Teatrının yaradıcısı kimi qalır. Ona ən böyük şöhrət gətirən əsəri isə dünya dramaturgiyası incilərindən biri olan "Qodonun intizarında" pyesidir. S.Bekket 1969-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına ("Nəsr və poeziya sahələrində müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə") layiq görülüb. Müəllif əsərlərini ingilis və fransız dillərində yazıb yaratmışdır.

Kitaba müəllifin “Qadonun intizarında”, “Endşpil”, “Bütün yıxılanlar haqqında”, “Xoşbəxt günlər”, “Söz və musiqi”, “Kül”, “Kreppin sonuncu lent yazısı” pyesləri və “İlk məhəbbət” hekayəsi daxil edilib.


 

Ərəb ədəbiyyatı antologiyası


Kitaba Tahir Vəttarın “Balıqçı və saray”, Hani Nəqşəbəndinin “Dubayın  bir gecəsi” və Qəssan Kənəfaninin “Gün altında adamlar” əsəri daxil edilib.

 

Latın Amerikası ədəbiyyatı antologiyası

Kitaba Xulio Kortasarın “Xəstələrin əhvalı”, Luis Sepulvedanın “Eşq romanları oxuyan qoca” və Amanda Karpenterin “Tənha ürək” əsərləri daxil edilib.


Avanqard.net

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.