Aqşin Yenisey - İtmiş ağlın axtarışında
15.07.15

Bu, elə bir dövr idi ki, Avropanın düşünən başına dalbadal iki dünya müharibəsinin zərbələri dəymişdi. Qitə mənəvi-psixoloji nokaut bayğınlığı içindəydi. Ənənəvi adiliklər belə tanınmaz şəklə düşmüşdülər. Opera üçün nəzərdə tutulmuş səhnədə qaydasız küçə döyüşləri keçirilmişdi. Teatrların dağıntıları arasınada yalnız ədəbi personajların ruhları dolaşırdı. Orkestrlar yoxa çıxmış marş allahlarına yas saxlayırdı...

Ədəbiyyatda ictimai romanların, siyasətdə ictimai ideologiyaların, cəmiyyətdə ictimai münasibətlərin yeri boş qalmışdı. İncəsənət çoxdan unudulmuş, XVII-XVIII əsrlərin ucqar “Qəsr”lərindəki çıxılmazlıqlara sığınmışdı. Parisin küçələrində qırx yaşlı bir yazıçı böyük ideologiyaların getdikcə uzaqlaşan gürültusu altında qulaqlarını tutub öz zamanının itkin düşmüş ağlını axtarırdı.

Dəli olmaq həddinə çatmış bu gözübərəli adam hətta gündəlik işlənən adi ifadələrin sübuta ehtiyacı olmayan inkaredilməzliyi qarşısında başını itirmişdi. O, əvvəlcə yaxın, getdikcə bütün uzaq yaddaşından məhrum olan əsl Alzhaymer xəstəsi kimi bir yığın əhəmiyyətsiz sualın içində itib-batmışdı. Müharibənin yaratdığı kütləvi psixoz onun bütün xatirələrini dağıtdığı üçün o, uşaq kimi hər şey haqqında yalnız suallarla düşünə bilirdi.

Qonşusu əyyaş Pyerin niyə məhz üç uşağının olması, nəyə görə hər gün diş həkiminin kabinetinin qabağında eyni qoca ilə rastlaşması, niyə bütün mətbuatın qadın kolqotkalarının ixtirasından yazması kimi mübahisə doğurmayan həqiqətlərə olan anlaşılmaz heyrəti qarşısında o, köhnə dünyanın öyrədilmiş məntiqi ilə düşünməkdə aciz idi. Onun beynində səbəb və nəticə axtarışından yorulmuş ənənəvi zəkanın kontuziyası baş vermişdi.

Bu adam düzəni dağılmış hər yerdə - siyasətdə, incəsənətdə, fəlsəfədə, dində, küçədə, yataqda çıxış yolu axtaran Avropa insanının tipik obrazı idi. Onun yaşadığı qitədə Tomas Eliotun yazdığı kimi “hər kəs ovçu quyusuna düşən pələngin əsəbi sarsıntısına” ürcah olmuşdu.

Xaos isə heç kimə aman vermədən böyüyürdü; xilas yolu tapmaq üçün vurnuxan ideyalar bir-birinə dolaşaraq insanları hər kəsin kütləvi dəyərlərin yaradıcısı ola biləcəyi bir tora sürükləyirdi. Bu hörümcəksiz torun adını nə istəsəniz qoymaq olardı – ictimai canfəşanlıq, sosial eyforiya, kütləvi seçilmişlik, məsihliyin hamılaşması. İndi hər kəs özünü istənilən ideyanın obyekti yox, subyekti hesab edə bilərdi. Gündəlik fərdi yanaşmaların kollektiv həqiqətlərə çevirilmə şansı qaçılmaz idi.

Qarşısıalınmaz bayağı ekspertizaların rəyi sosial ratsiyada vəzifəsindən, ictimai funksiyasından, cinsindən, irqindən asılı olmayaraq hər kəsə ötürülürdü. İlk baxışda özü-özünü idarə edən bir sistemi xatırladan bu tora düşmək üçün, sadəcə, totalitar eyniliklərin fonunda forma inqilabları törətmək lazım idi. Fundamental ölçülər itdiyindən istənilən fikirəbənzər zəvzəylik kütlələr tərəfindən qısa müddətdə mənimsənilib ictimai həzmolmaya məruz qaldığı üçün “insanlar vacib dəyərlərdən uzaqlaşıb məzmunsuzlaşaraq sırınan məqsədə doğru könüllü can atan təkfunksiyalı məxluqlara çevirilirdilər”. Meydan ictimai-sosial status qazanıb insani məzmununu itirən herostradların və messalinaların idi.

Nəhayət, öz əsrinin ortalarına yaxın uzun illər boyu beynini dəng eləyən əhəmiyyətsiz suallara cavab tapan bu yazıçı – absurdist Ejen İonesko – anladı ki, bu kommunikativ xaos adiliklərin hakimiyyətə gətirilməsidir. Avropada fəlsəfənin arzuladığı, siyasətin yaratmaq istədiyi alilik ideyasının, üstinsanın “übermensch”-in yerinə yeni insan növünün “homoinformatikus”un yaradılmasıdır. Avropa “ümumbəşəri kontekstə daxil olan, cəmiyyətdən və tarixdən kənar hesab olunsa da, cəmiyyətin və tarixin tərkibində fəaliyyət göstərən fərdi psixologiya”ların öz daxili istəklərinə, məntiqi-mənəvi tələbatlarına uyğun olmayaraq, yalnız informasiyalar vasitəsilə idarə olunması dövrünə yaxınlaşırdı. Bu yeni dövrün insanları dəyərlərin yaradıcısı, daşıyıcısı yox, yalnız ötürücüsü olacaqdılar.

XX əsrin ortalarından cücərən, qarnında milyonlarla sürünənin qaynaşdığı nəhəng şəffaf informagen anakondanın ayaq üstə qaldırılması ideyası, bu avsurd reallıq, XXI əsrin başlanğıc ideyasına çevirildi.

Nəhayət, ilk baxışda adi bir tələbənin heyrətamiz təşəbbüsünün nəticəsi kimi peyda olan virtual dünya şəbəkəsi yaradıldı və dərhal real dünya üzərində nəzarət funksiyasına sahibləndi. Bu, sadə münasibətlərin mürəkkəbləşməsi fonunda XXI əsr üçün nəzərdə tutulmuş yeni siyasi inqilablar, vətəndaş müharibələri, düşünülmüş terror aktları və s. vasitəsilə dünyanın köhnəlmiş ictimai görkəmini, geosiyasi “maqnit qütblərinin” yerini dəyişməkdən ötrü nəzərdə tutulmuş idarə olunan müdhiş sui-qəsd texnologiyası idi; bu sui-qəsdçilik XX əsrdə dövlətlərin nizami ordu, xəfiyyə orqanlarının əməkdaşları, onların yönəltdiyi təşkilatlar tərəfindən apardığı gizlin əməliyyatları XXI əsrdə kütləvi ideyalarla silahlandırılmış sıravi vətəndaşların əliylə törətmək məqsədi güdürdü.

İlk baxışda ünsiyyət yarmarkası təsiri bağışlayan sosial şəbəkələrin, feyz aləminin qlobal niyyəti çox keçmədən ayrı-ayrı regionlarda təriqət qırğınlarına, vətəndaş müharibələrinə, qan davalarına çevrilən münaqişələrin, inqilablarının baş verməsi ilə üzə çıxdı. Bu mənzərəyə artıq köhnə dünyanın Tanrıya ehtiyacı olmadan gercəkləşən texnoloji Qiyaməti kimi baxmaq lazım idi. Artıq bu şəbəkənin öz tanrıları, peyğəmbərləri, günahkarları, başkəsənləri, İnkir-Minkiri, Əzrayılı, Cəbrayılı, cənnətlikləri, cəhənnəmlikləri hər kəsə öz adıyla məlum oldu. Virtual şəbəkələşmə atomun parçalanması kimi elmi-mədəni tərəqqi adı altında, hərbi-siyasi proyek olaraq, real dünyanın tör-töküntülərini virtual aləmin əsilzadə söz sahiblərinə çevirib, bir bombardmanla yoxa çıxan nəsillərin, gülləbaran edilən içidolu məktəblərin, kölə kimi satılan qadınların, aclıqdan, soyuqdan qırılan millətlərin faciəsinin adiləşib gündəlik laqqırtı həddinə endiyi sərbəst müzakirə mühiti, gündəlik faciələrdən, cinayətlərdən ötrü darıxan düşkün bir dünya yaratdı. Faciələr tarixin yox, günün mövzusuna çevirildi. Elə bir mühit peyda oldu ki, “yalanı həqiqətdən ayırmağa can atanlar öz ehtiraslarının köləsinə çevirilərək daha da aranı qarışdırdılar”. Çünki mövzular səhnədə yox, zalda müzakirə olunmağa başladı.

Bugünün Homo İnformatikus insanı üçün o biri dünya artıq dini kitablarda vəd olunan cənnət və cəhənnəmin olduğu ibtidai ölülər dünyası deyil, içində itib-batdığımız virtual dünyanın çölündə, hərdən candərdi, məcburən üz tutduğumuz və çoxdan mexanikiləşmiş dirilərin yaşadığı real dünyadır. İndi bizə virtual dünyadakı günahlarımıza və savablarımıza görə vəd olunan cənnət və cəhənnəm qulağımızın dibindəki imtina etdiyimiz real dünyadadır. Bizi gözləyən əbədibakirə hurilər, qır tiyanları, şərab axan çaylar qoyub gəldiyimiz real mövcuddur.

Biz Homo İnformatikuslar artıq öz əcdadlarımız sayılan real dünyadakı köhnə insanları ələ salırıq, onların əxlaqına, azadlıqlarına gülürük, onların yaradıcılıqlarını istədiyimiz kimi yoza bilirik, onları əsəbiləşdirib əylənirik. Nitsşenin dediyi kimi, meymun onlar üçün necə lağ hədəfidirsə, onlar da bizim üçün əyləncə, laqqırtı obyektidir. Burda artıq bizim öz şairlərimiz, geyimlərimiz, fahişələrimiz, sevgililərimiz, hətta valideynlərimiz var. Biz homoinformatikuslar ölümsüz insanlarıq, bizim virtual həyatımızı sonsuzluğa qədər uzatmaq olar. Bizim artıq onların real, ölümlü, mexaniki dünyalarına ehtiyacımız yoxdu.

“Qardaşlar, sizi and verirəm inandığınıza, öz dünyanıza sığının, bu dünyaya pənah gətirin. Qoymayın o biri dünya haqqındakı cəfəngiyatlarla gözünüzə kül üfürsünlər. Beyninizi zəhərləyən kəslərə zəhərli ilandan başqa nə ad vermək olar? Onların arasında elə kütbeyinləri də var ki, öz yalanlarına inanırlar, öz yalanlarından zəhərləniblər... görüm onları lənətə gəlsin!.."

Bizim virtual dünyanın şizofren Nitsşeləri indi bu sözləri özlərinin facebook səhifələrində atıb gəldukləri real dünyanın və dünyadakıların arxasınca söyləyirlər. /azvision.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.