Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümə hazırlaşır
16.07.15

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov 142-ci teatr mövsümünün başa çatması ilə bağlı mətbuat nümayəndələri ilə görüş keçirib. "Report"un məlumatına görə, İsrafilov media nümayəndələrinə bildirdi ki, 142-ci teatr mövsüm onun rəhbərlik etdiyi mədəniyyət ocağı üçün uğurlu olub.

Son on ay əzrində 12 tamaşanı təhvil verdiklərini qeyd edən teatrın direktoru, yeni mövsümdə də tamaşaçıları maraqlı teatr əsərlərinin gözlədiyini vurğuladı.

Onun sözlərinə görə, yeni teatr mövsümündə Akademik Milli Dram Teatrının repertuarına Qriqori Qorinin "Herostratı unudun", Afaq Məsudun "Kərbəla", Lev Tolstoyun "Hacı Murad", Sofoklun "Antiqona" və Qoqolun "Müfəttiş" kimi əsərlər də daxil olacaq.

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.