"Qanun"da Elxan Elatlının kitabları çap olunub
13.10.15

Elxan Elatlı - BAKIDAN GƏLƏN XƏFİYYƏ


Bu kitab Azərbaycan milli detektivinin ən gözəl nümunələrindən biridir. Rusiyanın kiçik şəhərində baş vermiş sirli cinayətdə bir Azərbaycan türkü  ittiham edilir. Bununla əlaqədar həmin şəhərdə milli ədavət qızışır. Nahaqdan təqib olunan, incidilən  Azərbaycan türkləri çarəsiz durumda qalıb, doğma dövlət­lərindən kömək istəyirlər. Azərbaycan baş vermiş cinayəti araşdırıb həqiqi qatili tapmaq və bununla yaranmaqda olan milli ədavətə son qoymaq üçün məşhur cinayət-axtarış eksperti polkovnik Qanbay Qasımlını həmin şəhərə göndərir...

Bakı, Qanun Nəşriyyatı, 2015, 336 səh., 2000 tiraj



 
Elxan Elatlı - O GECƏ YAĞIŞ YAĞIRDI

Kitabda tanınmış detektiv ustası Elxan Elatlının bu janrda ilk qələm təcrübələri olan dörd hekayə və iki povest yer alıb. Sonrakı əsərlərində romançılıq yolunu tutaraq, Azərbaycan milli detektivində öz üslubunu və mövqeyini qəti şəkildə müəyyənləşdirmiş yazıçının bu kitabdakı əsərləri klassik detektivin maraqlı nümunələri hesab edilə bilər.

Bakı, Qanun Nəşriyyatı, 2015, 340 səh., 2000 tiraj


 
Elxan Elatlı - PƏNCƏRƏDƏ GÖRÜNƏN KÖLGƏ

«Pəncərədə görünən kölgə» sevilən yazıçı Elxan Elatlının detektiv janrında yazdığı dörd hekayə və iki povestdən sonra ilk romanıdır. Bu maraqlı və təsirli əsərdən başlayaraq, müəllif dünya detektivində heç kəsə bənzəməyən özü­nəməxsus üslubunu yaratmışdır. Romanda Azər­baycanın bir kənd rayonunda baş vermiş müəmmalı cinayətlərin sirrinin açılmasından söhbət getsə də, burada anaya və övlada mə­həbbətin, halallığın, mənəvi təmizliyin təbliği də xüsusi yer tutur. Bu baxımdan roman ye­niyetmə və gənclərin tərbiyəsində müsbət rol oynamağa qadirdir.

Bakı, Qanun Nəşriyyatı, 2015, 200 səh., 2000 tiraj



 
Elxan Elatlı  - QAN LƏKƏSİ

“Qan ləkəsi” romanı tanınmış detektiv ustası, və­tən­­pərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən iri­həcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir.

Bakı, Qanun Nəşriyyatı, 2015, 672 səh., 2000 tiraj




 
Elxan Elatlı  - XƏYANƏT

Bu kitab Azərbaycan milli detektivinin əsas ya­ra­dıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oyna­mışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İn­san xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır...

Bakı, Qanun Nəşriyyatı, 2015, 448 səh., 2000 tiraj

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.