"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti sayı çapdan çıxdı
20.10.15
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (3/2015) sayı nəşr olundu.
Jurnalın bu sayında:
* Nobel mükafatı laureatı Xuan Ramon Ximenesin şeirləri;
* Nobel mükafatı laureatı Kamilo Xose Selanın "Paskual Duartenin ailəsi" romanı;
* Azərbaycan Ədəbiyyatından Vaqif Bayatlı Odərin şeirləri və Saday Budaqlının "Yaxşı oğlan" hekayəti;
* Serb yazıçısı Milorad Paviçin "Küləyin astar üzü" romanı;
* Yekaterina Vitisin oğlu Vasili Qrossmana "Cəhənnəmdən məktub"u;
* Rus poeziyasından seçmələr: Fyodor Tütçev, Maksimilian Voloşin, Semyon Nadson və Andrey Voznesenskinin şeirləri:
* İran yazıçısı Sadiq Hidayətin "Kor bayquş" romanı;
* Şervud Andersonun məktubları;
* Türk dünyasından seçmələrdə altay mif və əfsanələri;
* Paraqvay yazıçısı Auqusto Roa Bastosun "Kurupi" hekayəsi;
* Herman Hessenin "Xoşbəxtlik haqqında" essesi;
* Görkəmli rus yazıçısı Vladimir Nabokovun "Yaxşı oxucu və yaxşı yazıçı" essesi və digər maraqlı yazılar təqdim olunur.
|