Bəxtiyar Vahabzadənin şeirləri türk dillərində
29.10.15

Azərbaycan ədəbiyyatı özünün tanınmış simaları ilə türk və dünya mədəniyyətini zaman-zaman zənginləşdirib. Onların mədəni irsi bu gün də layiqincə təbliğ olunur. Belə simalardan biri də Xalq Şairi Bəxtiyar Vahabzadədir.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında TÜRKSOY-un dəstəyi ilə çap olunmuş “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə şairin şeirləri öz səs yazısında təqdim olunub.

İştirakçılar əvvəlcə foyedə şairin kitablarından ibarət sərgi ilə tanış olublar.

Kitabxananın direktoru, Əməkdar Mədəniyyət İşçisi Kərim Tahirov Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə türk xalqlarının dilində çap olunmuş kitab haqqında məlumat verib.

Tədbirdə Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva şairin yaradıcılığının ölkəmizdə və türk dünyasında yüksək dəyərləndirildiyini söyləyib. Prezident İlham Əliyevin şairin 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən mədəniyyət ocaqlarında şairə həsr edilmiş tədbirlərin keçirildiyini bildirib. TÜRKSOY-un dəstəyi ilə Ankarada nəşr edilmiş kitabın dərs vəsaiti kimi əhəmiyyətindən söz açılıb.

TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı, TÜRKSOY-un Qazaxıstan təmsilçisi Mlik Atabayev, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, AYB-nin katibi Rəşad Məcid və başqaları böyük şairin tək Azərbaycanda deyil, türk xalqları tərəfindən də yüksək qiymətləndirildiyini söyləyiblər.

Tədbir çərçivəsində şairin 90 illik yubileyinə kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Bəxtiyar Vahabzadə” biblioqrafiyası kitabı və “B.Vahabzadə 90” adlı diskin elektron variantının təqdimatı keçirilib.

Biblioqrafik göstəricidə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq Şairi Bəxtiyar Vahabzadənin 1943-cü ildən 2015-ci ilədək dərc edilmiş əsərləri, həyat və yaradıcılığı haqqında çap edilmiş materiallar toplanıb. Azərbaycan və rus dillərində tərtib edilmiş vəsaitdə şairin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapıb.

Göstərici “Bəxtiyar Vahabzadənin əsərləri”, “Bəxtiyar Vahabzadə haqqında” və “Köməkçi göstəricilər” adlı 3 hissədən ibarətdir. Kitabda şairin yaradıcılığı, ictimai fəaliyyəti haqqında müfəssəl informasiya verilir.

Görkəmli şair haqqında geniş məlumatlarla zəngin olan diskdə, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəxtiyar Vahabzadə yaradıcılığı haqqında dediyi xoş sözlər də yer alıb.

Mərasimdə şairə həsr edilmiş kitablar iştirakçılara təqdim olunub.

Sonda kitabın ərsəyə gəlməsində əməyi olan ziyalılara TÜRKSOY-un diplom və xatirə hədiyyələri verilib. /Azərtac/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.