Əliağa Vahidin 120 illik yubileyi münasibətilə elmi konfrans keçirilib
12.11.15

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Əliağa Vahidin 120 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əliağa Vahidin 120 illik yubileyinin keçirilməsi haqqında” 18 mart 2015-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, Azərbaycanda, eləcə də Yaxın Şərqdə qəzəl şairi kimi şöhrət qazanmış Əliağa Vahidin həyat və yaradıcılığı barədə ətraflı danışıb.

Füzuli ənənələrinin davamçısı olan Vahidin müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi olduğunu xüsusi vurğulayan akademik İsa Həbibbəyli qeyd edib ki, şairin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir və onun qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir. Akademik İsa Həbibbəyli bildirib ki, gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib lirik şeirlər yazan Vahid sonradan qələmə aldığı satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. "Kommunist" qəzeti və "Molla Nəsrəddin" jurnalı ilə də əməkdaşlıq etmiş şairin Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ etdiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli bildirib ki, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəsti-xətti ilə seçilən, qəzəlləri və satirik şeirləri xalq arasında yayılan Vahid sevilərək dillər əzbəri olub.

Sonra Ədəbiyyat İnstitutunun əməkdaşları - filologiya üzrə elmər doktoru Mahirə Quliyevanın “Əliağa Vahidin poeziyası klassik ədəbiyyatın qovuşağında” və filologiya üzrə fəlsəfə doktoru Safura Quliyevanın “Çağdaş Azərbaycan poeziyasının qəzəlxanı” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Vahidin bədii yaradıcılığı, xüsusilə də poeziyasının özəllikləri barədə ətraflı məlumat verilib. Məruzələr ətrafında çıxışlarda şairin yaradıcılıq məziyyətlərindən söhbət açılıb. Qeyd edilib ki, dahi Füzulini özünün böyük ustadı adlandıran Əliağa Vahid onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub.
Tədbir boyu yubilyarın həyat və yaradıcılığını əks etdirən slaydlar nümayiş etdirilib.

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.