Anarın “Göz muncuğu” əsəri Polşada nəşr olundu
23.11.15

Xalq yazıçısı Anarın “Göz muncuğu” povesti və “Qırmızı limuzin” hekayəsinin daxil olunduğu “Göz muncuğu” (“Oko proroka”) kitabı Polşada “ATUT” (Vroslav) nəşriyyatında “Şərq modernizmi” seriyasında nəşr olunub. 

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatını xaricdə təbliği” istiqmətində gördüyü son uğurlu işlərdən biri kimi əsrəyə gəlib bu nəşr. Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu eksklüziv açıqlamasında bunları deyib:

“ “Göz muncuğu” povesti nəsr ediləndən sonra son illərdə  ən çox dartışılan və müzakirə edilən,hətta Anar münasibətdə laqeyd münasibət sərgiləyən ədəbiyyat adamlarıı tərəfindən də təqdir edilən bir əsərdir. Və mənim fikrimcə ciddi ədəbi hadisədir. Povesti İlaha Kərimova Mərkəzin sifarişi ilə çevirib polyak dilinə. Orijinaldan.  İlaha xanım artıq yetkin, peşəkar tərcüməçi və ədəbiyyatşünasdır. Bu bizim İlaha xanımla ilk işiimiz deyil. O həm  milli ədəbiyyatımızın polyak dilinə tərcüməsi istiqamətində, həm polyak ədəbiyyatını dilimizə çevrilməsi istiqamətində ciddi işlər görüb. Sevinirəm ki, onun demək olar əksər işləri bizimlə əməkdaşlıq çərçivəsində baş verib. Bildiyiniz kimi, kitaba Anarın  “Qırmızı limuzin” hekayəsi də daxil edilib. Onun da istedadlı tərcüməçi-polonist Sonya Qasımovdır. Biz onunla da xeyli vaxtdır əməkdaşlıq edirik.
Kitaba təkcə “Göz muncuğu”ndan bəhs etməyən, həm milli ədəbiyyatımızın bir dövrünü sərf-nəzər edən geniş giriş sözünü tanınmış ədəbiyyatşünas alim, tərcüməçi Cavanşir Yusifli yazıb. Cavanşir müəllim əsər haqqınd bizdə nəşr olunan ən dəyərli elmi yazının müəllifidir, eyni zamanda əsərlə bağlı müəlliflə geniş bir mükalimənin və müzakirənin də təşəbbüskarıdır.

Bundan başqa tanınmış polyak yazıçısı-publisisti Martin Bradkenin də əsər barədə qısa yazısı yer alıb kitabda.

Kitabın redaktoru Helena Samosiej, naşiri Vitold Podedvornıdır.Mən kitabın tərcüməsinə  verdiyi dəstəyə gör professor Möhlət Hüseynova təşəkkür edirəm...”

ayb.az

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.