Aliq Nağıoğlu - Ayama
01.12.15

  Hekayə

     Məktəbə gedəndə Util Akif qabağını kəsdi:
    - Uşaqlarına kitab al, - dedi.- Baha deyil, öz qiyməti iki manatdı, bir çaynikin pulunu verərsən.
    Uşaqları yoxdu, amma “Uşaq nağılları”nı aldı.
    “Bircə direktorla rastlaşmayaydım”,  - giriş qapısından içəri keçib uzun dəhlizlə addımladı.
     Tərs kimi kabinetdən çıxan direktor harasa tələssə də, onu görcək deyinməyə başladı:
     - Sənin sinfində Qırmızıbiletin nəticəsi yenə uşaqların üzünə tüpürüb. Bu gün Həyasız Mələyin oğlan nəvəsinin üzünə...
     Canını tez qurtardı. Bir neçə ay qabaq infarkt keçirmiş direktor sağ əli ürəyinin üstündə uzaqlaşdı.
     “Bu da canını tapşırsa, day üçüncü əbləh, əşhədənbillah, risk edib bura direktor gəlməz”,- arxayınlıqla öz-özünə söyləndi.
     Dörd saatı vardı. İki altıncılara Azərbaycan dilini, iki yeddincilərə ədəbiyyatı keçəcəkdi.
     Dərslər bitəndə it kimi yorulmuşdu. Yenə yatmaq istəyirdi.
     Məktəbdən evə qayıdanda yolun üstündəki çayxanaya döndü. Balaca kənddə çayxana çox da olsa, həmişə bələdiyyə binasının həyətindəkində otururdu. Kənddə ən yaxın dostu da burda idi. Üzbəüz oturan saat məktəbli oğlan qıvraq armudu stəkanda xoruzquyruğu çay gətirdi.
     Çox nadir hallarda kəlmə kəsirdilər.
     - İndi necəsən?- birdən ən yaxın dostu soruşdu.
     - Arabir mator sancır,- gileyləndi.
     - Çərəz ye,- həmişəkitək məsləhətindən qalmadı.
     Yolu o üzə keçib böyük marketə girdi. Bir manatlıq fındıq içi aldı. Paketi açıb evəcən içindəkini yedi.
      - Salamməleyküm, uçi! Nətə...nətə...nətərsən?..- sözlər Dəli Amanın ağzından tökülürdü.
      - Yaxşı, yaxşı, Aman xala...- beş bayramacan aralarında fərq olar-olmazdı; hər iki quruluşda o kənddən bu kəndə sədəqə yığmaq üçün bəzən iki dəfə yol ölçən qarımış qızı eyni cürə dindirdi. Bu səfər əlindəki kitabı ona uzatdı. Onsuz da hər nə versən müzayiqə etməzdi.
     Arvadı qonşu kənddən müəllim həmkarı ilə üzüm tənəkinin altında oturub söhbətləşirdilər.
     - Budur e, bu da evimin yaraşığı, - görününcə ucadan dilləndi.
     - Keçən səfər mənnən bərk inciyib, amma günah məndə deyildi, Allah haqqı,- müəllim həmkarı yerində qurcuxub mızıldadı.
     - Yeməyini gətirimmi?- arvadı tez əl-ayağa düşdü.
     - Yox,- dedi, - yol boyu bir paket fındıq içi yemişəm.
     - Elə eləmə, kişi, fındıq səni götürər...- arvadı bic-bic gülümsündü.
     - Çərəz matora xeyirdi, - əli ilə sol döşünə sığal çəkdi.- Yenə sancır...
     - Ürək nağayırsın,- arvadı ətli baldırını şappıldatdı, qəribə təşvişlə ərinə baxdı,- bundan qabaq zəlzələdən evi dağılmış müəllimin kreditində başı bərk ağradı. Yeddi ay sərasər maaşının düz yarısını tutdular. Zamin durmayanda da olmur, küsüb-inciyyillər... Kənddə işləyənlər onsuz da çox deyil, yerindən qalxan gəlir üstünə...
     - Cöngəyə baxmamısan?- cavab gözləmədən çönüb həyətin sol dirsəyindəki tövləyə sarı yön aldı.
     - Su göstərməmişəm,- arvadı arxadan qışqırdı.
     İşini qurtarıb kandara çıxdı. Sinfinin şagirdi Qırmızıbiletin nəticəsi böyük marketdən qayıdırdı.
    - Bacıoğlu, keçən səfər sənnən söhbətimiz oldu axı, bir daha onun-bunun üzünə tüpürməyəcəksən. Yenə şikayətlər var. İndi də Həyasız Mələyin oğlan nəvəsinin üzünə tüpürübsən?- soruşdu.
    - O, başdanqrijadı, müəllim.
    - Hə də,- başını buladı,- nə təhər başdanxarabdı ki, qiymətlərinin hamısı əladı.
     - Mənim nemeslərə qan udduran babam deyir: kim ki dərslərindən beş alır, onlar böyüyəndə həyatdan mütləq iki alacaqlar.
      “Sənin Qırmızıbilet baban haqlıdı”,- o fikrə getdi.
      - Bilirsiniz, müəllim, sinfimizin uşaqları sizə necə ad qoyublar?
      O bilmirdi.
       - İtqulaq!
       “İtqulaq?!”
       Müəllim həmkarı kor-peşman gedəndən sonra arvadı fikirləşirdi: ”Yaxşı mənə elçi göndərmiş bu mağmına o vaxtı yox dedim, indi dərddən-fikirdən quruyub çöpə dönmüşdüm”.
       Şam yeyilib qurtardı.
       - Kuxnaya nə vaxt əncam eləyəcəksən, kişi?- çirkli qab-qaşığı yumağa başlayanda arvadı hirslə çımxırdı,- indi heç kəsin evində belə şər-şərait yoxdu.
       - Eşidirsən...- çalışırdı məzəli danışsın,- sinfimdə mənə qəribə ad qoyublar,- amma alınmırdı.- İtqulaq...
       - Əcəb...
       - Bu uşaqlar keçən il əmək müəlliminin axırına çıxdılar. Bax hələ, qulaqlarım it qulağına oxşayır bəyəm?..
       - Nə bilim, a kişi,- arvadı bozardı.- İtimiz də heç vaxt olmayıb ki, qulaqlarına fikir verim. Gecə vaxtı bu hardan yadına düşdü. Amma sənin adın nataraz ayamaya oxşayır bir az...
       Televizorda intiharlardan, oğurluqlardan, yol nəqliyyat hadisələrində ölənlərdən süjetlər verilirdi. “Bir-birinin təkrarı olan daha bir günün dalından dəydik”, - o qəmgin-qəmgin qımışdı.
       Yerinə girməzdən qabaq gündəlik yazdığı dəftəri açdı. Bu səfər də yenə eyni sətiri yazdı: ”Heç nəyi vecinə alma!”

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.