Heydər Əliyev Mərkəzində Stiven Siqalın konserti olacaq
02.12.15

Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək. Dekabrın 16-da və 17-də keçiriləcək konsertdə Stiven Siqal və onu müşayiət edəcək qrup tamaşaçılara blüz musiqi proqramı təqdim edəcək.

Qeyd edək ki, Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda, aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqiyə aktyorluqdan çox daha əvvəl başlayıb. Belə ki, Siqal 12 yaşında ikən gitara ifa etməyə başlayıb və əsasən blüz janrına üstünlük verib.

İllərlə öz üzərində işləyən Stiven Siqal məşhur blüz əfsanələri - Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox təsir göstərmiş gitaraçı Braun Klarens “Qeytmaut” ilə birgə ifalar edib, blüza olan sevgisini onlarla bölüşüb.

Stivenin anası “onun musiqisini dünya eşitməlidir” deyəndən sonra Siqal ilk albomunu buraxır. 2005-ci ildə işıq üzü görən “Kristal mağaradan mahnılar” (“Songs from the Crystal Cave”) albomu Avropa bazarında ən çox satılan albomlardan olur və özündə blüz, pop, rok kimi müxtəlif janrları birləşdirir.

2006-cı ildə daha bir musiqi albomu-“Mojo Priest” təqdim olunur. Tənqidçilər tərəfindən ilin ən yaxşı blüz albomu adlandırılan “Mojo Priest” təkcə Stivenin sərt gitara üslubunu deyil, həmçinin blüzun əsasını qoymuş Bi Bi Kinq, Bo Didli, Robert Lokvud, Ko Ko Teylor, Ceyms Kotton, Villi Perkins və Hubert Samlin kimi əfsanələrin musiqisini də özundə birləşdirir.

Bi Bi Kinq Stiven Siqalın musiqisini xarakterizə edərkən “Stiven gitara çalmaqda mahir ustadır” deyə söyləyib. Stivenin blüzu ənənəvi və mənalı bir tərzdə çatdırmaq istedadı onun yazdığı və ifa etdiyi musiqidə aydın görünür.

Qeyd edək ki, Stiven Siqalın böyük gitara kolleksiyası da var. O, bunu 1960-cı illərdən toplamağa başlayıb. Kolleksiyaya Albert Kinq, Albert Kollinz və digər məşhur ifaçıların gitaraları daxildir.

1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb və 1988-ci ildə “Qanundan yüksəkdə” adlı ilk filmində Niko rolunu ifa edib. Əsasən döyüş filmlərində çəkilən aktyor “Mühasirədə”, “Ölümcül təhlükə”, “Məhvetmə qərarı”, “Keçmişin kölgəsi”, “Günəşin altında” və s. filmlərdə rol alıb.

Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.

Bu il sentyabrın 21-də Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olan Stiven Siqal Mərkəzin Auditorium zalına heyran qalmış və burada konsert vermək arzusunu bildirmişdi.

Dekabrın 16-da və 17-də bir saatdan artıq davam edəcək konsert proqramında gitara ifaçısı, müğənni Stiven Siqal blüz janrında musiqi ilə izləyicilərin qarşısına çıxacaq.

Konsertin biletlərini Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.