"Tərcümə ixtisasının tədrisi, mövcud problemlər və təhlil" mövzusunda forumu işə başlayıb


01.02.16

Qafqaz Universitetində ARNK yanında Tərcümə Mərkəzi, Qafqaz Universiteti, Dillər Universiteti və "British Council"un təşkilatçılığı ilə "Tərcümə ixtisasının tədrisi, mövcud problemlər və təhlil" mövzusunda Respublika Forumu öz işinə başlayıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Qafqaz Universitetinin prorektoru, professor Niftəli Qocayev forum iştirakçılarını salamladıqdan sonra söz ARNK yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsuda verilib.

A.Məsud ölkədə tərcümə işinin təşkili və tənzimlənməsi ilə bağlı görülən işlərdən, aparılan araşdırmalardan söz açaraq, dil və tərcümə sahəsində yaşanan neqativ hallardan danışıb, bu sahənin, bilavasitə qurucusu olan tərcüməçilik tədrisinin yeni əsaslar və qaydalar üzrə qurulmasının vacibliyinə toxunub: "Aparılan araşdırmalar ölkəmizdə tərcüməçilik tədrisinin müvafiq səviyyədə qurulmadığını, belə bir strateji əhəmiyyətli sahənin tədrisinin, sadəcə dil mənimsənilməsi tədrisi qismində təşkil olunduğunu aşkar edib. Lakin tərcüməçilik, təkcə hansısa dilə yiyələnmək demək deyil. Bu, xüsusi qabiliyyət və bacarıq tələb edən, çox məsul və yaradıcı sahədir".

Tərcümə tədrisinin spesifik sahələr üzrə qurulmasının zəruriliyinə toxunan direktor, magistr pilləsində bu prosesin mükəmməl mərhələyə çatdırılmasının vacibliyini qeyd edib və tərcümə tədrisinin yenilənməsini şərtləndirəcək təkliflərini irəli sürüb: "Bu, əlbəttə ki, ilk növbədə, tədris planlarının yenilənməsi və təkmilləşdirilməsi, yəni tədrisin, əsasən tərcüməçilik texnikasının öyrənilməsinə yönəldilməsi, tərcümə praktikasına ikinci kursdan başlanılması və mümkün qədər çox saatın ayrılması, tərcümənin spesifik sahələr üzrə - bədii, texniki, sinxron, media, hüquqi və rəsmi sənədləşmə və s. tədrisinin üçüncü kursdan başlayaraq, əlaqədar sahə öyrənilməklə tətbiqi, magistr pilləsində tərcümənin spesifik sahələr üzrə daha təkmil tədrisi və əlbəttə ki, tərçüməçilik fənni müəllimlərinin, mütəmadi olaraq, xarici ölkələrdə təkmilləşdirilmə kurslarına cəlb edilməsidir".

Daha sonra əlaqədar mövzu ilə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, "British Council"un direktoru, xanım Elizabet Vayt, "British Council"un Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından ezam olunmuş dil mütəxəssisi Stefen Hindlaf, AMEA-nın Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu çıxış edərək, öz fikir və mülahizələrini bölüşüblər. Sonra müzakirələrə başlanıb.

Forum tələbələrin və araşdırmaçıların çıxışları ilə işini davam etdirir.

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.