Sovetlər dönəmində oxucuya sırınan ədəbiyyatı yenidən gözdən keçirək
09.02.16

Yetim Qacar 

Deyirlər, tarix təkrar olur. Açığı, bunun doğru olub-olmadığını bilmədiyim üçün bir söz deyə bilmərəm. Amma müəllimimizin "Oxuduğunuz kitabı illər sonra bir də oxuyun. Bu dəfə başqa bir gözlə, baxışla - oxucu yox, ədəbiyyatçı, ziyalı gözü ilə oxusanız, ortaya fərqli nələrinsə çıxacağını görəcəksiniz" tapşırığına əsaslanıb, İlyas Əfəndiyev yaradıcılığına da, dəqiq desəm, bir neçə əsərinə bir daha yenidən baş vurmaq qərarına gəldim. İlk seçimim məktəb illərimin sevimli əsəri olan "Körpüsalanlar" oldu.
 
Oxudum...Əsəri tam bitirəndən sonra ilk öncə anladım ki, mən daha məktəbli deyiləm və məni bu cür əsərlə aldatmaq olmur. Məncə, hər kəsin həyatda bir Səriyyəsi var. Amma istəməzdim, evli qadınlarımızın qərib canı olan Qəribcanı olsun. Tam səmimi deyirəm, bu əsərdə mənim üçün yeganə müsbət qəhrəman onu öldürməyə gələnlərin qarısına ölümə hazır vəziyyətdə çıxan ayıdır. Həmin o ayı ki, sona qədər savaşmağa qərar verməklə, həyatın şirinliyini onun üstünə yeriyən insanlara öz ölümü ilə başa salır.
 
Gəlin, görək, bu əsərdə sovetlərin siyasəti ilə bizə sırınmağa cəhd edilən müsbət qəhrəman Səriyyənin qəhrəmanlığını qəbul etmək olarmı? Düşünmədən "yox" deyirəm. Ailəsini işinə qurban verən bir insan, ən yaxşı halda, atasını satan pionerdən uzağa gedə bilməz qəhrəmanlıq anlamında. Yalançı Xalqlar Qardaşlığı üzərində bina quran bir ittifaqın yazıçısının bizə təqdim etdiyi fəhlə sinfinin həmrəyliyi və rəis üzərində qələbə çalıb buldozerçinin öz işində qalmasını təmin etmək sizə, fəhlələri ayağa qaldırıb sahibkarlara qələbə çalan Sovet İttifaqınının təməl prinsiplərini xatırlatmırmı? Bu əsərin yazıldığı illər imperiyanın hələ polad dayaqlarının laxlamadığı illər idi. Bəlkə müəllif səhər verdiyi qərarı günorta həyat yoldaşının tələbi ilə dəyişən idarə adı ilə imperiyanın sonunu göstərirdi? Demək istəyirdi ki, əsərin müsbət qəhrəmanı elə mən özüməm. Əsərimdə imperiyanın çöküş modelini ortaya qoymuşam ki, məhz elə illər sonra Qorbaçov Raisnanın böyük imperiyanın çökdürməsinin kökündə məhz arvadından qorxan rəsilərə meydan verilməsidir. Üstəlik burda kiminsə tərkinə minmək yolu da var. "Böyük dayaq"da Qaraşa baş qaxıncı olan Salmanın tərkində harasa getməsi, bu dəfə bu əsərdə Səriyyənin timsalında davam etdirilir. Fərq bilirsiniz nədədir? Fərq, bircə atın (köhnəlik nişanı) motosikılla (inkişaf gostəricisi kimi) əvəzolunmasıdır. Məllif bununla nə demək istəyir? Məgər, əsərdə ayı ovundan qazanılan qazancın bir araya cəm olunması kolxoz prinsipi deyildimi? Bəs, Adil kimdir? Ömrünü ancaq karyera qurmağa sərf edən biri. Buna görə ona qəhrəman demək olarmı? Hər məsələdə ilk öncə bir idarənin rəisi olduğunu düşünüb, bir evin kişisi olduğunu unutmaqla Səriyyənin "ipini" əldən verən Adil bizim oxucular üçün müsbət qəhrəman sayıla bilərmi? Əlbəttə, yox! Amma nəzərə alaq ki, "Dəli Kür" əsərində Cahandar Ağanı bizə müsbət qəhrəman kimi sırıyan Sovet ədəbiyyatı üçün Adil kimi tiplər də qəhrəman ola bilər. Amma mənə görə həyat yoldaşının yad kişilərlə onsuz ova getməsindən tutmuş, onlarla yeyib içməsinə qədər bütün mənfiliklərə göz yuman bir insan ancaq yaddaşlarda xoşqeyrət qəhrəman kimi qala bilər.
 
Daha yaxşı düşünmək üçün, düşündüklərimin doğru olmağına əminlik yaratmaq üçün İlyas Əfəndiyevin daha bir əsərini - "Aydınlıq gecələr" povestini oxudum. İlk iradım adınadır. Məncə, adda "aydınlıq" və "gecələr" sözü bir-biri ilə uzlaşmır. Təkrar olsa belə, deyim ki, yenə müsbət qəhrəmanı tapa bilmədim. Babnik Surxay povestin müsbət qəhrəmanıdırsa, onda gərək, mən XXI əsr ədəbiyyatının müsbət qəhrəmanı olum. Kərim müsbət qəhrəmandırsa, onda bu, Surxaya qarşı ədalətsizlikdir. Çünki Kərimin səhvini Surxay düzəldir. Həyatını qura bilməyən Kərim nədən qəhrəman olsun? Qaldı ki, Şirinə, Şirin tipik Azərbaycan qadınıdır. Haqqını almaq üçün intihara əl atır. Məncə, bu da qəhrəmanlıq yox, zəifliyin göstəricisidir. Kimya laboratoriyasına getmək, qapını açdırmaq axı niyə lazım idi? Üstəlik "Körpüsalanlar"da Səriyyənin Adilin maşınından, bu povestdə isə Şirinin nişanlısının laboratoriyasından qanunsuz istifadəsi İylas Əfəndiyevin qadın qəhrəmanlarının qanunsuzluğa meyl etməyindən xəbər verir.
 
Bəs, gəlin görək, kişi qəhrəmanları necə? Onlarda belədirmi? Məncə, onlar da bir pulun sadəcə iki üzüdür. Nədən ancaq karyera düşünülür. Bir az dərinə getsək, hətta görərik ki, bu əsərlərin ( "Körpüsalanlar" və "Aydınlıq gecələr" ) ruhu bir-birindən plagiat olunub. Səriyyənin Şirindən, Kərimin Adildən və bəstəkarın buldozerçidən o qədər də fərqi yoxdur. Səriyyə nə qədər özünü düşünəndirsə, elə Şirin də o qədər özünü düşünür. Kərimlə Adil də özünü düşünmək barədə heç qadın qəhrəmanlardan geri qalmırlar. Bəstəkarla buldozerçi isə bir-birindən yəqin ki, ancaq sənətləri ilə fərqlənə bilər.
Biri evli qadına tamah salırsa və ya ən azından qadının ona meyillənməsinə şərait yaradırsa, o biri də dostunun nişanlısının yoldan çıxması üçün nələrisə edir. Sözümü burda bitirirəm, əziz oxucu. Demək, oxuduğun bir əsəri illər sonra bir də oxumalısan. Ancaq elə oxumalısan ki, içindən gələn "Bu əsər mənə nə verdi?" sualının qarşısında susmayasan.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.