“İstedad axtarışında” müsabiqəsinin qalibləri mükafatlandırıldı
23.02.16

20 fevral 2016-cı il tarixdə Oğuz rayon Bilik Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Oğuz rayon Gənclər və İdman İdarəsinin, Oğuz rayon Təhsil Şöbəsinin və Oğuz Bilik Evinin təşkilati dəstəyi ilə VII-XI sinifdə təhsil alan məktəblilər arasında keçirilən “İstedad axtarışında” adlı şeir, inşa, rəsm və əl işi müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Tədbirdə layihənin rəhəbri Günel Həsənova, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Oğuz Bilik Evinin direktoru Anar Məcidov, Yaradıcılıq Fakultəsinin Oğuz filialının rəhbəri Cəlil Cavanşir, “İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Biriyinin sədri Cavidan Həsənov, müsabiqədə iştirak edən məktəblilər, müəllimlər, Bilik Evinin tələbələri və rayon ziyalıları iştirak etmişdir.

Layihənin rəhəbri Günel Həsənova giriş sözü ilə açaraq layihənin məqsədi keçirilməsi, Gənclər Fondunun fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Daha sonra müsabiqənin ekpertlər şurasının sədri, “İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Biriyinin sədri Cavidan Həsənov müsabiqənin keçirilməsi və gedişatı ilə bağlı qonaqlara məlumat verərək bildirmişdir ki, müsabiqəyə rayonun 15 məktəbindən 75 şagird qatılmışdır.
“İstedad axtarışında” müsabiqəsinə qatılan iştirakçıların 19 nəfəri şeir, 28 nəfəri inşa, 28 nəfəri isə rəsm və əl işi ilə müsabiqəyə qoşulmuşdur.

Müsabiqəyə göndərilən işlər layihəyə cəlb olunmuş ekspertlər tərəfindən kodlaşdırılıb və Oğuz Bilik Evinin, Oğuz rayon Təhsil Şöbəsinin və Oğuz rayon Yaradıcılıq Mərkəzinin hər birindən 3 nəfər olmaqla ümumilikdə 9 nəfər təcrübəli münsiflər tərəfindən qiymətləndirilmişdir. Münsiflərin qiymətləndirilməsindən sonra ekspertlər əvvəlcədən təyin edilmiş kodlar əsasında qalibləri müəyyən etmişdir. 

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Nərimanoğlu müsabiqənin əhəmiyyətindən, Oğuz Bilik Evinin digər təşkilatlarla və təhsil müəssisələri ilə əməkdaşlığının vacibliyindən danışıb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxışında Oğuzlu şagirdlərin fəallığına, müsabiqəyə göndərilən işlərin keyfiyyətinə toxunub və o da öz növbəsində müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Müsabiqənin Münsiflər Heyətinin sədri, Yaradıcılıq Fakultəsinin Oğuz filialının rəhbəri Cəlil Cavanşir Bilik Evinin bundan sonra da bu cür layihələrə dəstək verəcəyini, Oğuzlu şagirdlərlə sıx əməkdaşlıq etməyə hazır olduqlarını qonaqların nəzərinə çatdırıb.

Daha sonra müsabiqədə qalib gələn məktəblilər qiymətli hədiyyələrlə, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun və Oğuz rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları və diplomları ilə təltif edilib.

Avanqard.net

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.