British Council Azərbaycan ofisinin direktoru Afaq Məsudla görüşüb
24.02.16

British Council Azərbaycan ofisinin direktoru Elizabet Vayt ARNK yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla görüşüb. Görüş zamanı dil və tərcümə, tərcümə tədrisinin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlıq, ədəbiyyatlararası əlaqələrin və mübadilələrin qurulması, eləcə də digər əlaqədar mövzularda danışıqlar aparılıb.

Afaq Məsud qonağı salamlayaraq, dil və tərcümə sahəsinin mövcud durumundan, dilin düzgün tətbiqi, tərcümə tədrisinin və tərcüməçilik fəaliyyətinin beynəlxalq normalara uyğun səviyyədə qurulması istiqamətində görülən işlərdən danışaraq, ədəbiyyatlararsı mübadilələrə geniş imkanlar yaradan “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” layihəsindən söz açıb:

– Ötən ilin dekabrında antologiyanın Moskvada geniş təqdimat mərasimi baş tutdu. Kitabın yaxın vaxtlarda ərəb dilində Misirdə, daha sonra İordaniya, Fələstin, Mərakeş, Liviya və digər bu kimi, ərəb ölkələrində nəşri planlaşdırılır. Bu nəşrin ilkin təqdimatı Misir Milli Mədəniyyət Mərkəzində keçiriləcəyi nəzərdə tutulub. İyunda isə, ikicildliyin, türk dilində Ankarada təqdim ediləcəyi gözlənilir. İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim edilir. Biz bu nəşri Azərbaycan dilində də çapa hazırlamışıq və nə qədər qəribə də olsa, milli ədəbiyyatımız Azərbaycana da, ilk dəfə belə bir akademik formatda təqdim ediləcək.

Elizabet Vayt: – Tərcümə Mərkəzi dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, ədəbi dilin qorunması və istifadəsi, tərcümənin tədrisi, eləcə də ədəbiyyatlararası mübadilələr istiqamətində fövqəladə işlər görür. Azərbaycan ədəbiyyatının dünyaya belə bir formatda təqdimatı, eləcə də dünya ədəbiyyatlarının ölkədə işıqlandırılmasıyla bağlı görülən işlər, həqiqətən təqdirəlayiqdir. Məhz bu format dünya oxucusunda milli ədəbiyyatımız barədə tam və müfəssəl təəssüratın yaranmasına imkan verir. Antologiyanın ingilis dilində mükəmməl səviyyədə alınması, nəşri və təqdimatıyla bağlı təkliflərinizi yüksək dəyərləndirirəm. Bununla bağlı İngiltərənin əlaqədar qurumlarıyla əlaqə yaradacaq və Mərkəzlə bu sahədə işbirliyinin qurulmasına yardımçı olacağıq.

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.