“Güney Azərbaycan ədəbiyyatı antologiyası (Çağdaş dövr)” nəşr olunub
03.03.16

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi və AMEA Ədəbiyyat İnstitutunun birgə layihəsi olan antologiya bu yaxınlarda Bakıda “TEAS Press Nəşriyyat evi” tərəfindən nəşr olunub.
 
TEAS-dan verilən məlumata görə, antologiyada son 30 ildə Güney Azərbaycanda yazıb-yaradan yeni ədəbi nəslin 100-ə yaxın istedadlı nümayəndəsinin qısa tərcümeyi-halı və əsərləri toplanıb. Antologiyada xalq şeiri üslubunda, divan ədəbiyyatı tərzində, eləcə də son dövrlərdə Avropada yayılmış çeşidli ədəbi cərəyanların təsiri ilə yazıb-yaradan yazarların şeir və hekayələrinə yer verilib.
 
Topluda geniş oxucu auditoriyasına tanış olan Rüqəyya Kəbiri, Kiyan Xiyav, Səid Muğanlı, Heydər Bayat, İsmayıl Ülkər, Hadi Qaraçay, Nadir Əzhəri, Məhəmmədrza Ləvai, Sayman Aruz, Ülkər Ucqar, Ramin Cabbarlı, Məliha Əzizpur kimi yazarlarla bərabər Toğrul Atabay, Məhəmməd Sübhdil, Murtuza Məcidfər, Nadir Paşazadə və digər ədiblərin də ana dilində olan əsərləri oxuculara ilk dəfə təqdim edilir.
 
Topluda ötən əsrin 60-cı illərində Avropada formalaşan “fləş fikşn” (“Flash fiction”) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərlərinə, özündə postmodernizmin bəzi imkan və açılım-çevrilmələrini əks etdirən şeirlərə də rast gəlmək olar.
 
İranda yazıb-yaradan yazıçı və şairlər ilə eyni zamanda,  dünyanın dörd bir tərəfində yaşayan güneyli gənc yazarların əsərlərində ədəbi fikrin mənzərəsi öz rəngarəngliyi ilə seçilir. Gənc şair və yazıçıların şeir və hekayələri yeni mövzu, forma axtarışları və yaradıcılıq eksperimentləri ilə seçilir. Güney Azərbaycan ədəbiyyatında özünəməxsus xüsusiyyətlər ilə birgə,  Quzey Azərbaycan şeirinin və  bir çox Türkiyə şairlərinin, özəlliklə də Nazim Hikmət şeirinin də üslubu hiss olunur.
 
Yeni nəsil dil, nəşr və təbliğat imkanlarının məhdudluğuna baxmayaraq Güneydə öz milli varlığını təsdiq edib tanıtdırır, dünya ədəbiyyatının yeni meyllərinə qovuşmaq üçün ədəbi axtarışlarını davam etdirir.
 
364 səhifədən ibarət olan toplu çağdaş Güney Azərbaycan ədəbiyyatına dair mühüm poeziya və nəsr antologiyasıdır.
 
Nəfis tərtibatla çap olunmuş bu zəngin antologiyanın tərtibatçısı və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlidir.
 
Antologiya Azərbaycan ədəbiyyatı üzrə mütəxəssislər, tələbələr və ədəbiyyatsevərlər üçün nəzərdə tutulub. /APA/

Yenililklər
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.