“Fələk qırmancı” romanı haqqında atüstü düşüncə
28.03.16

Azər Abdulla  

Alpay deyəndə, “Fələk qırmancı” romanında Mehdi Bəyaziddən də bəhs olunur, rəhmətliklə şəxsən tanış olduğuma, hələ sağlığında ona həsr edib çap elətdirdiyim “Söz havası” hekayəmə “Görəsən, Qanturalının həmin hekayədən xəbəri varmı...” (Mehdi hekayəni bəyəndiyini söyləmiş, “Ancaq daha yaxşı yazmaq olardı” - demişdi.) görə romanı oxumağa marağım daha da çoxaldı. Yubanmadan həvəslə oxudum. Əsər mənə çox maraqlı gəldi. Oxucunun “əsər mənə maraqlı gəldi” deyimini Qan Turalı bəyənməsə də, belə deməkdən qaça bilmədim. Niyə?
       
Sufilər haqqında daha geniş, daha ətraflı bilginin verilməsi, mətn boyu bir zamandan başqa zamana keçmə, məkan baxımdan bir qatdan asanlıqla başqa qata adlamaq (romandakı keçidlər məqamında dinimizdən xəbəri olan oxucunun Muhəmmədin (ə.s) meracını mütləq xatırlayacağına əminəm )...
   
Quranımıza yamaq kimi sırınmış bəzi uydurma hədislərin dinimizi fanatlığa, riyakarlığa, saxtalığa yönəldilməsinin cəsarətlə ifşası... təkkə qanunlarının könül istək-arzu qanunlarına uduzması...
insanın təbii duyğu, hisslərinin tabu-ehkamları üstələməsi, yüksək humanizm,

uzaq tarixin qaranlığında itib yoxa çıxmış kəramətin gözlənilmədən zühur etməsi...

insan dözümünün, səbrinin, iradəsinin nəhayətsizliyi, (müridin təkkədə bir milyona çatdırdığı  zikrini(!) yenə də davam etdirməsi), gecəylə gündüzün, qaranlıqla işığın, soyuqla istinin yerdəyişməsi kimi mürəkkəb xarakterli insanın özünün də gözləmədən haldan hala keçməsi...

susmağın danışmaqdan daha dərin, mənalı, daha zəngin layları, çalarları, fəlsəfi qatları, bitib tükənməyən sonsuzluğu...

həyatda Ədəbiyyatın insanın ürəyi, ciyəri, böyrəyi, gözləri, nəhayyət qafasıtəki zəruri nəsnə olması məsələsi... mətndə Ədəbiyyatın bir obraza çevrilməsi baxımından “FƏLƏK QIRMANCI” romanı mənə maraqlı, çox maraqlı gəldi.

Bir-birini sürətlə izləyən hadisələrdə dil-ifadə xətalarıyla qarşılaşanda, oxucuya elə gəlir, Qan Turalı bu romanı birnəfəsə, özü də sürətlə diktə edərək kiməsə yazdırıb, redəktə olunmadan nəşr etdirib.

P.S. “Söz havası” hekayəsində Mehdinin prototipi, qanı qanından olan atasının acığına evlənmir, Uzun Həsəndən gələn qədim, şan-şövkətli soyunu özündə bitirir, nəslin davamına son qoyur. “Fələk qırmancı” romanında isə Mehdi taleyinmi, onu qapsayan mühitinmi acığına sevgilisi Zeynəbə “...yazmamaqla özüm-özümü öldürürəm, törəmirəm, çoxalmıram, artmıram. Qoy Allah bizim nəslimizi kəssin (səh.211, aşağıdan ikinci abzas)” deyir.
 

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.