Nizami Kino Mərkəzində yeni filmlərin nümayişinə başlanılıb
27.04.16

Nizami Kino Mərkəzində aprelin 21-dən Azərbaycan istehsalı olan “Pərdə”, Russiyanın 3 d formatında çəkilmiş “Ekipaj” , Türkiyənin “Kolpaçino 3. Devre”, Böyük Britaniya və ABŞ-ın “Cinayətkar” bədii filmlərinin nümayişi başlanıb.

“Ekipaj” filminin ssenari müəllifi Tixon Kornev, rejissoru Nikolay Lebedevdir. Film dram, triller və məcara janrında çəkilib. Yaş həddi:16+

Film gənc və bacarıqlı təyyarəçi Aleksey Quşinin həyatından bəhs edir. Aleksey avtoritet tanımır, həmişə öz şərəf kodeksinə uyğun qərarlar alır. Absurd bir tapşırığı yerinə yetirmək istəmədiyinə görə o, hərbi aviasiyadan kənarlaşdırılır.

Quşin uçuş həyatına yenidən başlayır. Onun komandiri sərt və prinsipial Leonid Zinçenko və ikinci –pilotu əlçatmaz gözəl Aleksandradır. Münasibətləri heç də sadə deyil. Amma həyatla ölümün səddində, torpaq ayaqlarının arasından gedən zaman, od və külün ortasından xilas məqamı gələndə Quşin nəyə qadir olduğunu göstərir. Yalnız birlikdə ekipaj qəhrəmanlıq nümayiş etdirib yüzlərlə insan həyatı xilas edə bilərlər .

Filmdə baş rollara Danila Kozlovskiy, Vladimir Maşkov, Aqne Qrudite, Katerina Şpitsa, Serqey Qazarov, Elena Yakovleva, Serqey Şakurov, Vera İvanova, Tatyana Novik, Yan Qe və başqaları çəkilib.

“Art Film Baku” kinoşirkətinin çəkdiyi “Pərdə” filmi dram janrındadır. Filmin sseanri müəllifi və rejissoru Emil Quliyevdir. Yaş həddi:18+

Ata məsləhəti, el adət-ənənəsi ilə evlənərək sonradan bədbəxt olan Zaur, hal-hazırda seçim qarşısındadır. O, öz bacısı Lalənin sevdiyi oğlan Eminlə xoşbəxt olmasını istəyir. Bunun üçün Zaur, bacısının qaçırılmasına icazə verməlidir. Cəmiyyətin, dostların, qonşuların bu işə münasibəti necə olacaq kimi fikirlər Zauru çıxılmaz vəziyyətdə qoyur. Onun seçimindən bir ailənin taleyi asılıdır...

Filmdə aktyorlar Tural Əhməd, Vüsal Mehrəliyev, Azər Aydəmir, Zaur Şəfiyev, Könül Cəfərzadə, Zemfira Əbdülsəmədova, Nəsibə Eldarova, Ayşad Məmmədov və Beyrək Rüstəmzadə çəkiliblər.

“Cinayətkar” filmini rejissor Ariel Vromen Duqlas Kukun ssenarisi əsasında fantastika, döyüş, detektiv, kriminal və   dram janrında ekranlaşdırıb. Yaş həddi: 16+

Film azərbaycan dilində subtitrlərlə nümayiş edilir.

Dünya miqyaslı fəlakətin qarşısını almaq üçün genetiklər çox çətin və inanılmaz əməliyyata əl atırlar. Onlar ölmüş kəşviyatçısının beynini və bacarığını təhlükəli caninin beyninə yerləşdirərək onun agentin başa vurmadığı missiyanı yekunlaşdırmasına ümid edirlər.

 Baş rollara Kevin Kostner, Qari Oldman, Tommi Li Cons, Rayan Reynolds, Elis İv, Qal Hadot, Xordi Molya, Maykl Pitt, Amori Nolasko,Antye Traue və başqaları çəkilib.

AF Mediya şirkətinin təqdim etdiyi “Kolpaçino 3. Devre” komediyasının   rejissoru və ssenari müəllifin Şafak Sezerdir.

Ozgür əri Sabrinin xəyanətindən sonra ondan ayrılır və yaşadığı villanı kino çəkilişlərində istifadə üçün kirayə verərək dolanır. Bir dartışmada Ozgürün telefonu bir mafiya üzvünün telefonu ilə qarışır.Ev kirayəsinin pulunu gözləyən Ozgürə içində iyirmi ədəd bir milyon dollarlıq banknot olan bir zərf gəlir. Ozgür pulların üzərinə planlar qurarkən mafiya başçısı ona və dostlarına bunu bağışlamayaçağını   çatdırır.

Filmdəki obrazları aktyorlar Şafak Sezer, Erkan Petekkaya, Aydemir Akbaş, Ebubekir Öztürk, Volkan Başaran, Serkan Şengül, Ali Çatalbaş, Burak Öncü' və başqaları canlandırıb.

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.