Nərmin Kamal - "Yaza bilmirlər, deyirlər: Bakının ruhu yoxdur"

03.05.16

"Bakının romantikası" mübahisəsi haqda üç kəlmə söz.

Dünyada şəhər romanları çoxdur. Şəhər romanı var, içində min cür qeylü-qal baş verir, bütün bunların fonunda şəhər dəyişilir, şəhər romanı da var ki, bütün kitab boyu adam (qəhrəman) şəhəri gəzib-dolaşır, heç nə baş vermir.

Birincilərə misal çəksək, məsələn, Dickens'in bir neçə romanında London təsvirləri geniş yer tutur.  Yaxud Sovet İttifaqının sevimli amerikan yazıçısı Th.Dreiser'in romanları modernliyin başlama nöqtəsində şəhər həyatını göstərir, 19-cu əsr mənəviyyat və dəyərlərini şəhər və kapitalist etikası fonunda açır. Bulgakov'un "Master və Margarita"sında Moskva bütün baş verənlərə çox fəal bir fondur.

Şəhəri lap önə çıxaran ikinci tip - modern şəhər romanlarına isə "Ulysses" birinci yada düşən nümunədir. J.Joyce deyirdi, bir gün Dublin yer üzündən silinsə, onu mənim əsərlərimlə bərpa etmək olar. Peter Ackroyd'un "Londonun bioqrafiyası" sənədli romanında da belədir. Andrey Beliy "Peterburq"-unda da.

Təbiət göstərir ki, heyvan və bitkilər rənglərilə, dərilərindəki naxışlarla öz coğrafiyalarına kamuflyaj olurlar. Zadie Smith'in "NW" romanındakı insanlar Londonun şimal-qərbində necə də gözəl kamuflyaj olublar.

Şəhərin sürətlə dəyişilməsi şəhər insanını o zaman narahat edir ki, o insan öz görünüşü, dünyagörüşü və mədəniyyəti ilə  yeni şəhərdə kamuflyaj ola bilmədiyini bioloji sezgisi ilə duyur. Elə bil yaşılca yarpaqlar arasında yaşayan yaşılca ilanı atmısan boz səhraya. Bu ilanın heç yeri xəstə deyil, heç bir yerinə bıçaq vurulmayıb, amma o, ağrıyır, çabalayır. Çünki ahəngi pozulub. Onun təbiətinə öz mühitinə həmahəng olmaq ehtiyacı xasdır.

Biz dünənin şəhər adamları da bugünkü şəhərdə belə narahatıq. Rəhmətlik babam Kamal "İskra" küçəsində böyük qara qır tiyanının yanında qollarını geniş açaraq, sevimli nəvəsini qarşılayardı. Uşaqlığımızın keçdiyi köhnə məhəllələrin sökülməsi şəhər ruhuna ciddi ziyan vurur, Bakı Kobo Abe'nin "Qumluqdakı qadın" əsərindəki qum uçqunları kimi fasiləsiz dəyişilir. Amma bunun özündə də bədii dəyər var.

John Lanchester'in "Capital" romanında Londonun cənubunda bir küçə, küçədə yaşayan iki-üç uğursuz adamdan danışılır, bu iki-üç londonlunun dəyişilən həyatı fonunda dövrümüzün maliyyə böhranı qəzet məqalələrindən də aydın görünür.

Bu və başqa şəhər romanlarında yazıçı öz şəhərinin ruhunu axtarıb taparaq, bizə göstərib. Şəhər romanları, musiqisi və incəsənəti olmasaydı, inanmaq çətindir ki, camaat məsələn, İstanbula gedəndə bu məsələyə bu qədər fikir verəcəkdi.

1990-cı illərin əvvəlində yollar açılanda İstanbula "kurtka" gətirməyə gedən onlarca adam heç bir romantika hiss etməzdi, əgər oradan alıb gətirdikləri "İstanbul" deyib nalə çəkən türk sənət musiqisi kassetləri olmasaydı.

Bugünsə Orxan Pamukun yardım əlini uzatmasıyla İstanbulda, Qarsda romantika görənlər deyirlər ki, Bakının romantikası, Bakının ruhu yoxdur. Belə cığallıq olmaz. Romantika materiya deyil ki, o, obyektiv gerçəklik olsun. Belə şeylər yüksək ortaq hissiyyat məkanımızda həll olunur. Yazıçı isə o hissiyyat məkanına yol xəritəsi çıxaran adamdır.

İstanbulun romantik obrazı hazır edilib artıq, onu taparaq, formaya salıb hazır məhsula çevirənlər incəsənət və ədəbiyyat adamları olublar. Bu işi görənlər həm də əyalətdən o şəhərə köç edənlər olub, "kənardan gələnə şəhər ruhu daha aydın görünür" məsələsi.

Bakının da güclü ruhu, güclü romantikası var. Ancaq biz Bakı ilə hansısa sarsaq memarın layihə verdiyi yeni görüntüləri, ağacsız parkları qarışdırsaq, heç nə,  onda o ruhu hiss edə bilməyəcəyik.

Həmid Herisçinin "Nekroloq" romanı (bu roman 12 hissədən ibarətdir, hər hissə günəş şüaları sxemiylə sonsuz və sistemsiz uzanır) Bakının və insanlarının ruhunu hiss etmək üçün çox ciddi mənbədir.

Şəhərin romantikası, ruhu - dil kimi bir şeydir. Ağzını açıb danışırsansa, qələmi götürüb yazırsansa dil var, susanda dil də yoxdur. Ətrafa baxın, hanı Azərbaycan dili, hanı rus dili, hanı ingilis dili? Harada olacaq, danışan adamın dilində, yazan adamın yazısında, divardakı hərflərdə.

Eləcə də Bakının ruhu və romantikası.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

/oxuzali.az/

Yenililklər
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.