Xalq şairi Sabir Rüstəmxanlı: “Ömür bir göz qırpımında keçir”
24.05.16

- Türkiyәdә sizin yubileyiniz artıq qeyd olundu. Qardaş ölkәdәn hansı tәәssüratlarla qayıtmısınız?

- Mayın 14-dә İstanbul Böyük Şәhәr Bәlәdiyyәsi “Fatih” Mәdәniyyәt Mәrkәzindә “Sabir Rüstәmxanlının 70 yaşına” adlı yubiley tәdbiri keçirdi. Tәdbirin moderatoru, Böyükşәhәr Bәlәdiyyәsinin әmәkdaşı, yazar Özcan Ünlü idi. Əsas paneldә millәt vәkili Rafael Hüseynov, türk dünyasının tanınmış professoru Əli Yavuz Akpınar, professor Gülşәn Alışık, Türk Dünyası Araştırmaları Vakfı başkanı Közhan Yazgan vә başqaları çıxış etdilәr. Türkiyәnin “Bengü Türk ” telekanalı 3 saat yarım davam edәn tәdbiri olduğu kimi eÚrә verdi. Bundan başqa, tәdbir zamanı “Yurdumun En Güzel Nağmesi” adlı kitabım qonaqlara paylandı. Qeyd edim ki, kitab Türkiyәdә on min tirajla çap olunub. Burada mәnim şeirlәrimlә bәrabәr, onlar haqqında rәylәr dә geniş yer alıb. Kitaba İstanbul Böyükşәhәr Bәlәdiyyәsinin sәdri Qәdir Topbaş ön söz yazıb. Eyni zamanda qardaş ölkәdә nәşr olunan “Koroğlu” dәrgisinin dә bütün bir sayı mәnim yaradıcılığıma hәsr edilmişdi. Yәni, yubiley tәdbiri mәndә çox xoş tәәssüratlar doğurdu, bu qәdәrini özüm dә gözlәmirdim. Hәr beş ildәn bir yaradıcılıq
gecәsi keçirsәm dә, açığı, tәntәnәli mәrasimlәri xoşlamıram. Şöhrәt, әlbәttә, yazıçı üçün normal hissdir. İstәyirsәn ki, sәni tanısınlar, şeirlәrini oxusunlar, onlardan danışsınlar. Amma mәn düşünürәm ki, bu mәrhәlәni... bir az keçmişәm.


- Bu günlәrdә söhbәt sizdәn, qeyd olunan yubileyinizdәn düşdü. Dostlardan biri soruşdu ki, Sabir müәllimin necә yaşı olur, 60 var?.. Şablon sualdan istifadә etmәli olacağam: belә cavan qalmağınızın sirri nәdәdir?

- Bunu, әlbәttә, eşitmәk çox xoşdur. Düzünü deyim, adamın özünә dә inandırıcı görünmür, amma reallıqdan qaçmaq olmaz...


- Ümumi sualların cavabları hәmişә fәrdi olur, odur ki, növbәti şablon sualı verim. Beş-on il, ya elә bir il әvvәlki yaşınızla müqayisәdә nә dәyişib? Tәәssürat fәrqi varmı?

- Şübhәsiz, insanlara, hadisәlәrә münasibәtdә bәzi şeylәr dәyişilir. Şair Qabillә yaxın dost idik, o vaxt 21 yaşım vardı, “Ədәbiyyat” qәzetindә işә düzәlmişdim, Qabil müәllim dә orada işlәyirdi. Qabil o vaxt “Nәsimi” poemasını yazırdı. Redaksiyanın tәnәkli bir eyvanı vardı, mәni ora çağırır, axşam yazdığı dörd, ya sәkkiz misranı oxuyurdu.

Hәrdәn zarafatla deyirdim ki, Qabil müәllim, bu gedişlә Nәsimi Hәlәbә nә vaxt gedib çatacaq?.. Bir gün yenә mәni eyvana çağırdı, diqqәtlә üzümә baxıb dedi ki, “starik, amma yaxşı qalmısan haa”. Cavab verdim ki, mәnim cәmi 21 yaşım var. İllәr sonra Qabilin 60 illik yubiley tәdbirini mәn aparırdım, o zaman bu hadisәni xatırlatdım vә dedim ki, amma indi sizә hәmin sözü demәk olar – “yaxşı qalmısız”. Ondan sonra hәr beş ildәn bir mәni görәndә saxlayıb soruşurdu ki, bir diqqәtlә bax, gör, daha beş il yaşaya bilәrәm, ya yox. Yetmiş beş yaşınadәk hәr dәfә deyirdim ki, arxayın olun, yüz faiz sәksәnә çatacaqsınız, sağlamsınız. Sәksәn yaşda bir dә soruşdu, sәncә, sәksәn beşәdәk ölmәrәm ki? Çәtin sual idi. Dedim, Qabil müәllim, sәn heç vaxt ölmәyәcәksәn. Bunu hәm dә mәcazi mәnada deyirdim. Amma doğrudan da, bu gün Qabil ölmәyib ki. Adamın sözü yaşayırsa, özü dә yaşayır. Bu dünyada varlığı ilә yoxluğunun fәrqi olmayan o qәdәr sağ adam var ki, әslindә, ölüdürlәr. Amma mәsәlәn, Füzuli bu gün bütün mәclislәrin iştirakçısıdır, ondan diri kim var? Ya kim özünü Sabirdәn daha diri hesab edә bilәr? Ədәbiyyatla mәşğul olan adamlar bu cәhәtdәn çox şanslıdırlar. Yәni, şairin özü yaşamasa da, sözü yaşayacaq.


- Belә bir fkir var ki, yazarların hamısının bir uşaqlıq zәdәsi olur. Bu fkirlә razısınız?

- Dumanlı yadıma gәlir, bunu yazmışam da. Beş-altı yaşım vardı, dayım qoyunları otlağa aparırdı, tәklif elәdi ki, onunla gedim. Getmәk istәmәdim. Bilirdim ki, yay quraqlıq keçdiyi üçün kәndimizdәki Heyvan Pirindә qurban kәsәcәklәr. Bu, daha maraqlı idi. Gedib mәrasimә baxdım, qurbanı kәsdilәr, payladılar. Neçә ay idi ki, havalar çox qızmar keçirdi, amma günortadan sonra birdәn-birә göy üzünü alan buludlar az qala atom bombası kimi partladı, iki-üç dәqiqә sonra dәhşәtli leysan başladı. Bir saat sonra xәbәr gәldi ki, dayımı sel aparıb. Meyitini kәnddәn xeyli aralıda, iki çayın qovuşduğu yerdәn tapdılar. Əynindә bircә әsgәr kәmәri qalmışdı. Bu, kiçik bir epizoddur, amma bu epizod anamın bütün hәyat tәrzini dәyişdi vә mәn böyüyәndәn sonra da o, daim sızıldaya-sızıldaya ağı deyirdi. Bir gün hiss elәdim ki, anamın bu ağılarıyla bağlı bir yazı yazmalıyam. Mәnsur şeir dә demәk olardı. İlk dәfә duyğularımı ifadә etmәk ehtiyacını onda duydum. Ümumiyyәtlә, mәnim şeirlәrim yarıduadır, yarıağı - bir dәfә bu barәdә yazmışam...

Bir hadisәni dә xatırlayıram, beşinci, ya altıncı sinifdә oxuyurdum, kәndә falçı gәlmişdi. Anamla birgә qadınlara qoşulub, kәndin o biri başına getmәli oldum. Hәrә öz dәrdinә baxdırırdı. Birdәn falçı çevrilib mәnә diqqәtlә nәzәr saldı, anama dedi ki, bu uşağın gözlәrini qoruyun, onun çörәyi gözündәn vә qәlәmindәn çıxacaq. Bu hadisәni cәmi iki-üç il bundan әvvәl şeirә köçürә bildim. Bәlkә dә elә o baxıcı qadının bir sözü mәnim ürәyimdә yer elәdi, içimi oyub-oyub mәndәn şair yaratdı? Belә şeylәr olur...

- Sabir müәllim, bu gün Azәrbaycan әdәbi mühitinin әn çox müzakirә olunan mәsәlәlәrindәn biri dә әdәbiyyat üzrә Nobel mükafatı әtrafındadır. Sizcә, biz o mükafata nә qәdәr uzaq, ya yaxınıq?

- Ədәbiyyat dil hadisәsidir. Dilin yayılma imkanları nә qәdәr çoxdursa, hәmin xalqın әdәbiyyatı da bir o qәdәr böyük olur. Mәsәlәn, Rusiyada çıxan orta sәviyyәli bir mәtn bizdә yazılan hansısa mükәmmәl әsәrlә müqayisәdә bütün dünyada geniş yayıla bilir. İsa Muğannanın romanlarını, Sabir Əhmәdlinin bәzi әsәrlәrini Nobel ödülü almış mәtnlәrdәn heç dә әskik hesab elәmirәm. O mükafatı alan yazıçıların әksәriyyәtini oxumuşam, aralarında, tәbii ki, çox mükәmmәl әsәrlәr var, amma etiraf etmәliyik ki, Nobel mükafatı zamanla siyasilәşdi. Mәsәlәn, SSRİ-dәn qopub gedәn mühacir yazıçıları mükafatlandırırdılar. Dissidentlik nәyә görә ölçü vahidi olmalıdır axı? İndi Nobel daha çox ingilisdilli yazıçılara verilir.

Bu mәnada, Orxan Pamuk Amerikada yaşamasaydı, türk dili ilә dünya arasındakı sәddi qıra bilmәyәcәkdi. Bir neçә il әvvәl Elazığda keçirilәn Hazar Şiir Akşamında müzakirәlәrdәn biri Çingiz Aytmatovun yaradıcılığına hәsr olunmuşdu. Ustad özü hәlә sağ idi. Söhbәt onun Nobelә layiq görülmәmәsindәn düşdü vә oradakı çıxışımda bildirdim ki, bu mükafat Bakı neftinin hesabına yaranıb. Sonra Çingiz müәllim mәni görüşә dәvәt etdi vә dedi ki, sәn mәnә gözәl bir ideya verdin, türk dünyasında Orhan Pamukdan sonra ikinci bir yazıçıya bu ödülü vermәyәcәklәr, amma bir halda ki, Nobelin tarixi neftdәn başlayır vә bu gün dә Azәrbaycanda neft bumu yaşanmaqdadır, bәlkә, siz adekvat mükafat tәsis edәsiniz. Sonra da әlavә elәdi ki, bu ödül Heydәr Əliyev adına mükafat adlandırılmalıdır vә mәblәği simvolik olaraq Nobeldә nәzәrdә tutulduğundan bir manat artıq olsun. O zaman bütün yazarların üzü Bakıya tәrәf çevrilәcәk. Bakıya qayıdandan sonra eşitdim ki, ölkәmizdә Heydәr Əliyev adına mükafat artıq tәsis olunub. Hәr halda, indi dәgec deyil. Nobellәrin әdәbiyyata nә dәxli vardı, amma regionda hәr kәs bilir ki, Heydәr Əliyev sәnәtә necә qiymәt verirdi, yazarlara necә yanaşırdı.

- Bu gün Azәrbaycan әdәbiyyatında atalar vә oğullar problemi nә dәrәcәdә hiss olunur?

- Bu, çox normaldır. Bir az yaşlaşandan sonra gәnclәrimiz bizdәn daha mühafzәkar olacaqlar. Onlar da özlәrindәn sonra gәlәnlәrdәn şikayәt edәcәklәr. Ömür bir göz qırpımında keçir. Mәn az qala dünәn Azәrbaycan yazıçıları içindә özümü әn gәnc hesab edirdim, amma bu gün hamıdan yaşlı olmaq tәhlükәsi ilә üz-üzәyәm. Gәnclik keçәridir, mәn bәzәn cavanlıq iddiası ilә çıxış edәn adamlara diqqәt yetirirәm, yaş artıq qırxı, әllini ötüb, amma ortada bir normal mәtn yoxdur. Vaxt gәlәcәk, onlar öz ittihamlarına görә utanacaqlar. Əlbәttә, istedadlı gәnclәr dә var. Üstәlik, mәn tәnqidә dözümlü yanaşmağın tәrәfdarıyam. Bir şәrtlә - tәnqid, irad ola bilәr, gәrәkdir ki, qәzәb olmasın, tәhqir olmasın. Əgәr әdәbiyyat adamları da birbirini sevmәyәcәksә, başqalarından nә umaq? Yeri gәlmişkәn, bugünlәrdә “Azәrbaycan” jurnalının bir sayını vәrәqlәyirdim, çox maraqlı gәnc şairlәri kәşf edib sevindim, amma sonra gördüm ki, bu, 2002-ci ildә nәşr olunan saydır. Bu gün o imzalardan heç biri görünmür. Bu on dörd ildә gәrәk onlar üzdә olaydılar. Ona görә dә iddia hәlә hәr şey demәk deyil.

/"Aydın yol" qəzeti, Rəbiqə Nazimqızı/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.