Elşad can Şamil - Zəhərlənə bilərsən…
09.06.16

Sənə olan hisslərimin istifadə müddəti
Dünəndən bitmişdir artıq.
Ehtiyyatlı ol bunnan sonra
adımı çəkəndə  
zəhərlənə bilərsən

Mən özüm də o  deyiləm daha,  
Öpüşüm buz, bədənim aysberq.
Isinmək üçün qoynuma girmə
Soyuqluğumu görüb
Kədərlənə bilərsən

Mən yıxıldımsa qalxmağım zaman alar
Çətin olur sonradan özümə gəlməyim
Bu anda düşünmə  gözümə girməyi?...
Mənə bağışlanmaq üçün  qayıtma
bacarmaram
qəhərlənə bilərsən...

sən çox gözəl insansan
nə olsun ki biz yola getmirdik
adımı səninlə bir tutanlar
adımı üzərindən götürüb
mənə ləkə, səni tərifli sözə  gətirərlər
qız gözə  gətirərlər
Nəzərlənə bilərsən...

Məni neyirsən axı  mən baxımsız qəsəbə
Mənimlə ayağın çox daşa dəyər
Yolarım toz torpaq,  palçıqlı olar
Çevrəndə ha çox meqapolis var
Çalış qaçırma istifadə elə
şəhərlənə bilərsən

Həyatdı, həyatdan hər bir şey gözlə
möhkəm ol mənsiz vaxtlarında da
çoxusu çox söz atar, ürəyini sıxar
hətta gözləmədiyin məqamda
qabağına ağ atlı şəhzadə çıxar
diqqətli ol atını dəyişər
Yəhərlənə bilərsən...

Sənə olan hisslərimin istifadə müddəti
Dünəndən bitmişdir artıq.
Ehtiyyatlı ol bunnan sonra
adımı çəkəndə  
zəhərlənə bilərsən...