Silviya Platın tənhalığı
28.06.16

İkona olmaq asandırmı?

 2003-cü ildə Silviya Platın həyatından bəhs edən “Silviya” filmi lentə alındı. Filmin rejissoru Kristina Ceffe,  baş rolda Qvinet Peltro, Platın əri Ted Hyuz  rolunda isə Deniel Kreyp yer almışdır.
Əlbəttə ki, film qalmaqalsız ötüşmədi- şairənin qızı Frida Hyuz nəinki çəkiliş qrupu ilə əməkdaşlıq etdi, hətta etirazını bildirmək üçün “Mənim anam” adlı yeni şeir də yazdı: “Onu yenidən öldürdülər...”
Elə şairlər var ki, tərcümeyi-halı yaradıcılığının əsas motivini üstələyir. Digərlərində isə həyat hadisələri əsərlərinə nəzərən minimum mənaya malikdir. Silviya Plat şübhəsiz ki, birincilərə aiddir.O, əsərlərini faciəvi və amansız tərzdə , emosional  şərtlər altında yaratmağa məhkum idi-şeir yazmaq  tənhalığa və depressiyaya səbəb olurdu. Bu qanunauyğunluqdan belə yəqin etmək olar ki, yaradıcılıq impulsu həyatı məhz dözülməz psixoloji şərtlər altında yaşamaq və bu həyatın ayrı-ayrı mərhələlərində meydana çıxması tərzində nəzərə çatdırır. Məlum olur ki,  bu cür  kobudcasına göstərildiyi halda intihar təkcə qanunauyğunluq deyil, həm də bu cür sonluqda cahillikdən də nəsə var. Bu nöqteyi-nəzərdən müqavimət göstərməyi ruhi xəstəlikdən əziyyət çəkən əksər  şairlər bacarar.
Plat poeziyası öz dövrünü əməlli-başlı qabaqlayıb. Bir çox araşdırmaçılar düşünür ki, o, növbəti - amerika həyatı üçün çox əhəmiyyətli olan “60-cı illər” dövrünə adekvat ola bilərdi. Lakin 50-ci illərin konservatizmi onun romantik təbiətini məhv etdi.
Bununla bağlı bir çox müzakirələr etmək olar – məsələn, Qumilyov 30-cu illərdə və ya Puşkin 60-cı illərdə nə yaza bilərdi...Bu mövzu əyləncəli olduğu qədər də şübhəlidir. Görəsən  yeni Amerika dövründə Plat özü olaraq qala bilərdimi?
Həyat yaradıcılığa qarşıdır
Silviya Plat 27 oktyabr 1932-ci ildə çox xoşbəxt bir ailədə dünyaya gəldi. Atasına olduqca bağlı olan 8 yaşlı Silviya onun ölümünü faciəvi şəkildə yaşadı. Elə bu dövrlərdə məktəbdə divar qəzetində ilk şeiri ilə çıxış etdi. Plat “ulduz qızcığaz” idi- o, əla oxuyur, bütün müsabiqələrdə qalib gəlir, şeirlər yazaraq çap edirdi. Onun yaradıclıq istedadı ədəbiyyat aləminin diqqətindən yayınmadı; 18 yaşında hekayə müsabiqəsində birinci yerə layiq görülərək Nyu-Yorka getdi.
Elə həmin ərəfələr sanki olduqca uğurlu olmaqla bərabər, həm də ağır depressiyalar və intihar cəhdləri ilə yadda qalır-çoxlu sayda yuxu həbləri qəbul edən Silviya zirzəmidə gizlənir və  bir neçə gün sonra tapılır. Xəstəxanada o, elektrosudorqa (elektroşok)   müalicə kursu keçir və parlaq şəkildə bitirəcəyi kollecə geri dönür. Diplom işi olan “Dostoyevski yaradıcılığındakı ikiləşmələr”ə görə Plat Kembricdə təhsil qrantına layiq görülür. Orada şair Ted Hyuzla tanış olur. Onlar qısa müddətdə evlənirlər.
Plat ərinin istedadına heyran idi və söz verir ki, onun Amerikanın birinci şairi olması üçün əlindən gələni edəcək. Silviya könüllü olaraq onun katibəsi işini icra edir, şeirlərini çap edir və nəşriyyatlara yollayırdı. Eyni zamanda bununla onun yaradıcılığının yeni mərhələsi formalaşmağa və müəyyənləşməyə başlayır.
Plat və Hyuzun ailə həyatı o qədər də hamar keçmir, iki eyni təbiətli insan üçün bir-birinə alışmaq çətin idi- onlar hər biri ayrılıqda "bütöv" insan idi və onların poetik temperamentləri bəzən iki eyni küləyin qarşılıqlı axını kimi aşıb-daşırdı... 1959-cu ildə Silviyanın ilk övladı dünyaya gəlir.  1962-ci ildə ilk (həyatda olduğu dövrdə sonuncu) şeir toplusu “Azman” işıq üzü görür.
Onların nigahı kabusa dönməyə başlayır: Hyuz açıq şəkildə ona xəyanət edir, onu tərk edir və yenidən geri dönürdü. İrlandiyaya barışıq məqsədi ilə etdikləri səfər də heç bir nəticə vermir- Hyuz ondan ayrılır. İkinci övladı dünyaya gələn Silviya bir az da çıxılmaq vəziyyətə düşür.
Lakin o, şeir yazmağa davam edirdi – hər gün , səhər saat beşdən başlayaraq... Məhz bu ərəfədə Plat sonralar müasir amerika poeziyasının antologiyasına daxil olacaq mətnlər yazırdı. Onların arasında ən məşhurlarından biri “Atacan” şeiridir.
Səni sevməyə çatmadım, ata
mən daşdan düzəlmiş  torbanı Tanrı ilə doldurana qədər
öldün sən

Heç kimin səsinin sığışmayacağı
qara telefon da qoparılıb divardan

Bu dəfə mütləq  öldürəcəyəm
sən olduğunu sübut etməyə cəsarət edən vampiri-
Qanımı  içdi mənim.
Bir deyil, beş deyil, yeddi il kənarda yaşadım.
Yeddi il, bilmək istəsən düz yeddi il.

Rahat yat, ata.
Səni qara qəlbindən oxladılar
İndi də məzarının üstündə atılb –düşür və tapdalayırlar.
Qulyabanı idin,
Rəzil idin, ata.
Amma bitdi hər şey...

Bu cəmlənmiş ittihamla dolu şeir onun doğma, real atasından daha çox, əslində yaşlı nəslə aid idi. Şeirdən göründüyü kimi,  hər bir gənc atasından ciddi hesabat tələb edir. Bu baxımdan şeirdəki freydçilik və faşizmi tərənnüm edən obrazların qarşılaşması da əbəs deyil.
Silviya Platın digər şeirləri də bu qədər aqressiv və narahatdır, həyatın onun yanından , ətrafından keçməsi haqqındadır. Ancaq nəfəslə ölçülən dağınıq verlibrlər (sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən azad olan şeir forması – X.N.) , metafiziki boğulmaları və emosionallıq – bu xüsusiyyətlər onun şeirlərinin əsas təyinidir.
1963-cü ildə ölümündən bir həftə əvvəl Silviya Platın “Viktoriya Lukas” imzası ilə "Şüşə qapaqlar altında" romanı çap olunur. Müxtəlif onilliklərdə yaşayan  bir çox gənc  xanım oxucular üçün  kitab əsl ixtira oldu. Təsadüfi deyil ki, bu romanı Cerom Selincerin  "Çovdarlıqda uçurumdan qoruyan" əsərinin qadın variantı adlandırırlar.
1963-cü ildə Silviya Plat mətbəxdə qapı və döşəmə arasındakı araları dəsmalla bağlamış və başını qaz sobasına salaraq intihar etmişdir.
1965-ci ildə Platın "Ariel" adlı Amerika poeziyasının klassikası sayıla biləcək şeirlər toplusu işıq üzü gördü.
1982-ci ildə, ölümündən on doqquz  il sonra Silviyanın Ted Hyuz tərəfindən hazırlanmış şeir toplusu Pulitser mükafatına layiq görüldü. Bu təsadüfi hal kimi qəbul olunur, adətən  hər hansı müəllifin  əsərləri Pulitserə həyatda olduğu müddətdə  təqdim olunur və mükafata da yaşadığı müddətdə layiq görülür. Lakin Plat üçün bu, istisna hal olaraq qəbul olundu.
Yəqin ki, o, klassik şair olmaq istərdi, bu o deməkdir ki, onun şeirləri azca da olsa həyatın bir parçası olmaqdan "qurtulmuş" və azca da olsa lirik nümunələrə çevrilmişdir. Və yəqin ki, o, yaşadığı həyatda sadəcə olaraq şeir yazmaq istərdi. Hər gün yazmaq... səhər saat beşdən etibarən...


Rus dilindən tərcümə etdi : Xatirə Nurgül



SİLVİYA PLATDAN BİR ŞEİR

MƏHDUDİYYƏT

Mükəmməl qadındır.
Kamilliklə dolu təbəssüm boylanır solğun bənizindən.
 
Onun toqası* zəncirlərə bürünmüş,
Çılpaq ayaqları və pəncələri isə
“Nə uzun yoldan gəldik” deyir...

Birdən
boşalmış süd bardağının yanındakı bütün ölü uşaqlar
ağ ilanlara çevrildi.
Onları geriyə- bədəninə qaytardı
solmuş qızılgül ləçəkləri kimi,
qurumuş bağda gecə çiçəyindən axışan qoxular kimi.

O, sümük qabığının altından baxırdı,
Ay da kədərli deyildi.

O qadın öyrəşib artıq
matəm libasının dalğalanaraq, xışıldamasına.

5 fevral 1963

*Toqa - Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş



Rus dilindən tərcümə etdi : Xatirə Nurgül
 

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.