Ülvi Babasoy - Madam Bovari kim idi
21.07.16

- Maraqlıdır, bu romanda qadın obrazını necə yaratmısız? Bağışlayın, sanki qadın cildinə girmisiz. Yəqin ki, bir qadının hiss və duyğularını, düşüncələrini təsvir etmək asan deyil. Bəs necə bacarırsız bunu?

- Məşhur fransız yazıçısı var. Flaubert. Onun “Madam Bovari” romanında baş qəhrəman Emma Bovaridir. Flaubertə sual verirlər ki, madam Bovari kimdir? Yazıçının cavabı çox maraqlıdır. “Madam Bovari mənəm”. Hər bir qəhrəman bu və ya digər dərəcə də yazıçı özüdür. Tutalım ki…

Yaşlı nəsil yazıçılarımızdan “Madam Bovari mənəm” əhvalatını dəfələrlə eşitmişik. Müsahibələrində, çıxışlarında, görüşlərdə. Bu məsələyə fərqli yanaşan bircə nəfər də tapmarsız onların arasından. Halbuki, Gustave Flaubert “Madam Bovari mənəm” deməyib. Bu məşhur sözlər Ameli Boske adında gənc və istedadsız bir xanım yazıçıya aiddir. Flaubert romanlarına kölgə salan, daha çox bu ifadəni yaddaşlara həkk edən ayaqlı və yeriyən yalan. Xırda bir yalan madam Boskeni də yaşadır. Günümüzəcən gəlib çıxan adi bir insan Amelinin böyük yazıçının gələcək taleyinə miqyaslı təsiri. Tarixin ironiyası necə də nəhəng və davamlıdır. Hər nə qədər hadisənin “Flaubertə aid” hissəsi məşhur olsa da. Bu sözlər ədəbiyyat erası sona çatanda belə Flauberti yaşadacaq.
“Madam Bovari mənəm” ifadəsinə 16 yaşımda rast gəlmişdim. Onda Flaubertdən bir cümlə də oxumamışdım. Beş il Flaubert adlı bir yazıçının, “Madam Bovari” adlı romanı barədə qaneedici bir məlumatla kifayətlənməyə bəs etmişdi. Qəribədir ki, tarix və həyat Flaubertlə həmişə məzələnib. Nə öz dövründə, nə də ki, sonrakı illərdə “Madam Bovari” əsəri tam anlaşılmayıb. Roman Fransaya təzə yayılanda neqativ, qeyri-etik əsər kimi qiymətləndirildi.

Böyük tənqidçi Sent-Bev romanı heç bir pozitiv dəyəri və xarakteri olmaması ilə tənqid edirdi. Sonrakı mərhələrdə də yeni bir şey olmadı. Bu dəfə meşşan mühit və təfəkkürü tənqid edən bir roman kimi baxıldı. Əyalət və şəhər əxlaqını qarşılaşdırnalar da az deyildi. (Həqiqətən, belə bir əxlaq bölgüsü varmı?) Anri Ruaya Flaubertin həqiqi dəyərini almadığını düşünür. Çox dəqiq fikirdir. Əslində hər şey çox aydındı. Ancaq sənətin dilində, sənətin tarixində və ifadəsində. Flaubertin nəyi kəşf etməsinə baxmaq lazımdı. Ekzistensialistlər XXəsrdə gəldilər ədəbiyyata. Flaubert onları bir əsr qabaqladı.
“Madam Bovari” mənəvi boşluqda çabalamağın romanı idi. İtaətkar və sadə Emmanı nə dəyişdi. Sevgisizlik, ünsiyyətsizlik. Şarl texniki həyat yaşayır. Evdən işə, işdən evə və yenə iş… Donuq həyat. Bezdirici ünsiyyət(sizlik). Bu vəziyyət Emmanı təngə gətirir. O, Leon və Rodolfu da sevmir. Müvəqqəti olaraq içindəki boşluğu doldurmaq üçün onlarla vaxt keçirir. Emma hər şeyin fərqindədir. Çox yaxşı dərk edir ki bunun sonu yoxdu. Flaubert qəhrəmanının daxilini, hisslərini təfsilatı ilə şərh etsəydi uğurlu alınmazdı. Emmanın çarəsziliyi məhz ölümlə sonlana və aydınlana bilərdi.

Flauberti anlamaq üçün yenə özünə qulaq asmaq lazımdı. 1852-ci ildə yazırdı:

“Məndə iki ayrı ədəbidilə malik iki ayrı şəxsiyyət var. Biri söz doğmağın, lirizmin, başgicəlləndirici xəyalların, uçuşların, cümlə ahənglərinin, yüksək fikirlərin həvəskarıdır; O birisi isə əlindən gəldiyi qədər həqiqəti araşdıran, ən kiçik hadisəni də böyük bir hadisə qədər nümayiş etdirmək istəyən, istehsal etdiyi şeyi maddi olaraq hiss etdirmək istəyən şəxsdir”.

Emmanın ölümünə qədər olan həyatı doğulan sözlərin lirik, şeirsəl, duyğulu tərəfləridir. Burda Flaubertin birinci şəxsiyyəti qəhrəmanın həyatını sənətləşdirməklə məşğuldur. Dediyim kimi, ekzistensialistlərdən qabaq bu işlər Flaubert tərəfindən görülmüşdü. Absent içən Emmanın can verməsi oxucunun hadisəni maddi olaraq hiss etdiyi anlardır. Artıq yaşaya bilməzdi o. Ovunmaq üçün başqa kişilərlə oldu. Alınmadı. Heç nə dəyişmədi. İnsanlardan əlin üzdü. Heç olmasa cansız, bəzək-düzəkli əşyalarla təsəlli tapmaq istədi. Bundan da bir şey çıxmadı. Və ölüm xilas etdi onu.. Bəzən ölümün qurtuluş ola biləcəyini kəşf etmişdi Flaubert. Anna Kareninanı yada salaq. O günahlardan xilas olmaq, tanrıya qovuşmaq üçün qatarın altını seçmişdi. Emma isə yaşamağın mümkünsüzlüyünü görüb tanrıya etiraz edir. Yaşama etiraz edir. Sənətin demək istədiyi də buydu. Yoxsa Emma çox şey istədi həyatdan. Emma əxlaqsızdı. Emma ərini aldatdı. Cəzası da ölüm oldu. Bu qədər bəsit və suni fikirlər romana xas ola bilməz.

Şarlın ölümü və Bertanın kimsəsiz qalmasında ikisi bir aradadı. Flaubertin ədəbiyyat şəxsiyyətlərini deyirəm. Şarl da canın qurtardı. Bəs Berta? O yaşamaq kimi ağır və çətin yükü seçdi. Flaubertin böyüklüyü burdadı.O, “Madam Bovari” ilə Kafkanı təsirləndirdi. Kafka da bütün zamanları qabaqladı. Bu günəcən olan ədəbiyyatı. Beləcə sənətin ömrü uzandı. Başqalarına da keçdi bu vərəsə. Başqa zamanlarda başqa məqamların kəşfi yarandı...

Doğurdan da “Madam Bovari mənəm” tarixin gülünc və axmaq məzəsidir. Əyalət və şəhər əxlaqı, kübar cəmiyyət, meşşan kimi açar sözlərlə Flauberti təhlil etməyin isə sənətlə heç bir əlaqəsi yoxdu. Yolunu azmış fikirlər, dar düşüncələr sənət tarixinin kənarında lazımdı. Bəzən də faydalıdı. “Madam Bovari mənəm” əhvalatı kimi. Yoxsa hardan missal gətirərdik? Kimdən əlac umardıq? /oxuzali.az/

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.