Şəfa Vəli - Gül və onun “GÜL”ü 
16.09.16

Mən həmişə özgüvən duyğumun yetərincə olmamasından əziyyət çəkmişəm. Elə bilmişəm ki, nə etsəm, nə danışsam mütləq alternativ variantı vardır. Bu variant isə ancaq və ancaq peşmanlıq gətirir və böyük  hərflərlə hər addımda qarşıma “KAŞ” yazır. Amma, o, elə deyil. Etdiklərinin, dediklərinin, hətta, gülüşünün və kədərinin də arxa fonunda bir əminlik vardır. Mənə bu gün üçün “yanlışlarımla da qürur duyuram, çünki mənimdir”-dedirdəcək bir özgüvəni qazandıran ikinci adamdır.  Hekayələrimin birində onun obrazını yaratmaq istərdim. Bunu bacaracağıma əmin olmaq istəyirəm. O, diqqətini çəkən ədəbi imzanı arayır-axtarır, kitabını tapır, pul verib alır, günlərlə oxuyur, analiz edir, fikirlərini məqalə şəklində mətbuatda çap etdirir, sonra pul verib həmin mətbuat vasitəsini də (jurnal, qəzet, almanax) alır, aparır müəllifin özünə hədiyyə edir. Bəhs etdiyim ədəbiyyat sevdalısı Gülnar Səmadır. Onunla bağlı xatirələrim çoxdur, lap çox. Müxtəlif zamanların müxtəlif kadrlarında  gözlərimin önündə həmişə bir GÜL  sözü var. Mən ona elə beləcə də müraciət edirəm: A GÜL!

    2016-cı ildə “aybKitab” layihəsində çap olunan üçüncü kitabına da bu adı verdi Gülnar Səma: “GÜL”. O kitabın hər vərəqinin elektron variantını görmüşdüm, çapını necə qəribə bir həvəslə gözləyirdim.  Keçirilən təqdimatların heç birində isə iştirak edə bilmədim.  Anam demiş, “bəzən nəyisə nəyəsə qurban vermək lazım gəlir”. Yox, mən “Gül”ü heç nəyə qurban vermədim, sadəcə onu zamana sığdıra bilmədim. Aprel ayında çap olunan kitab mənə ad günümdə - iyulun 22-də hədiyyə olundu. Ən gözəl hədiyyəm idi. Birnəfəsə oxudum kitabı. Tanış misralar idi. “Çobanaldadan” şeirini çox sevirəm. O şeiri ilk dəfə “Ədəbiyyat qəzeti”ndə oxuyanda Gülnar Səmaya bir məktub da yazmışdım.

    Adətən, mən  əlimə düşən kitabları oxuyub bitirincə  şəxsi kitabxanamdakı kitabların yanına (utanaraq deyim ki, karton qutulara) qoyuram. Nə sirrdisə, “GÜL” hələ də şkafın üstündən mənimlə “söhbətləşir”. Arada götürüb vərəqləyirəm, sevdiyim və əzbər bildiyim misraları tapıram, onları bir də oxuyuram, sonra kitabı örtüb yerinə qoyuram, başlayıram zümzümə etməyə. Gülnar deyir ki, “nazıyla oynadım ayrılıqların”. Sonra da özgüvənini belə sərgiləyir: “Ayrılıq mənimçün həyat tərzidi”.

    Mənim şeirlərimin əksəriyyətində sevənin iztirabları var. Gülnarın bir şeirinə rast gəldim, orda sevgidən şikayətlənən poetik obrazın cavabı çox original şəkildə verilir:

Nə olsun ki, bacarmıram,
Ürəyimcə sevməyi də...
Sən sevdin, dəyişdin nəyi?!

    Bir də, mənə elə gəlir ki, Gülnar Səmanın şeirləri ilə birgə bu gün Azərbaycan ədəbiyyatında yeni bir ədəbi cərəyan doğulur. Düzdür, ha fikirləşdim, bir elmi ad tapa bilmədim, amma, bu cərəyanın formasını izah edə bilərəm. Gülnarın şeirində folklora müraciət çoxdur. Bu, yenilik deyil.  Xalqımızın ədəbiyyata sevgiylə yanaşması, hər addımda bir söz qoşulması sevindirici və qürurvericidir. Və ədəbiyyat tariximizdə xalq örnəklərindən qaynaqlanaraq yaradılan əsərlər də az deyil.  Lakin, Gülnarın şeirlərində folklor nümunələrindən birbaşa istifadə olunmur. Sanki,  xalqımızın söz xəzinəsinə işarə olunur. Bu işarələnmə və onun yaratdığı bədii nümunələr fərqlilikdi. İnanıram ki, ədəbiyyatımızın tədqiqatçıları mütləq bu fikrimə diqqət ayıracaqlar, Gülnarın ədəbiyyata gətirdiyi yeni ədəbi cərəyanın varlığını dəyərləndirəcəklər. Fikrimi əsaslandırmaq üçün Gülnarın misralarından misal da gətirirəm:

Gündə bir yol bostanına daş ataq,
Qoy həftələr, aylar bizdən danışsın.

***

Bir sevgi nəğməsi zümzümə etdin,
Düşdü həyatının qu tərəfinə.

***

Bir qız vardı bizim kənddə,
Reyhan kimi gözü qara.

***

Türkanə sevgi görər,
Bütün nəlvə-nəsilin.
***

Nuxulular misdən gümüş yapmadı.

    Qəribə bir nüans da var ki, çox adam Gülnarı şair kimi yox, ədəbiyyatşünas kimi tanıyır. Bu, məndə qıcıq oyadır. “Qayıtma”, “Ki”, “Deyilmi?!”, “Bir qız”, “Var” kimi şeirlərin müəllifini tanınamaq, ən azından,  ədəbiyyat tariximizin çağdaş səhifəsində öz  imzasının varoluşuna çalışan gənclər üçün günahdır. Bu günahı yumağın tək bir yolu var: “GÜL”ü oxumaq!
    “Ulduz” jurnalının may nömrəsində isə Gülnar Səma məni əməlli-başlı təəccübləndirməyi bacardı. “Ayrılıq bəhanəsi” adlı şeiri oxuyandan sonra onun bir şair kimi hansı gücə sahib olduğuna və mənim indiyədək bunu dərk etməməyimə, sadəcə, heyrətləndim.  O şeirdə Gülnar yazır ki:

Səbəbsiz bəhanələrin
Nəticəsini alqışlamaqdan başqa
Seçimin qalmır.
Yox, əgər hələ bəhanələr qalıbsa,
Onda, bu, ayrılıq olmur.

    İstərdim ki, Gülnar Səma haqqında çox yazım. Lap çox... Amma, hərdən demək istədiklərin qaçıb ürəyinə sığınır, orda elə kövrəkcəsinə boyun bükürlər ki, tərpətməyə qıymırsan. Nə deyim... Bacarsam, mütləq və mütləq hekayələrimin birində “Gül və onun “GÜL”ü”  haqqında yazacağam. Tanrı  nəsib etsin!

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.