Bədii Tərcümə Mərkəzi daha bir əməkdaşlıq Memorandumu imzaladı
19.09.16

Yaxın aylarda Oman və Azərbaycan arasında ədəbi mübadilə gerçəkləşəcək.

Oman Sultanlığı Mədəniyyət Klubunun rəhbəri doktor Aişə əd-Dərməki ilə ilə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. İmzalanan bu sənəd hər iki xalqın klassik və müasir ədəbiyyatlarının qarşı tərəfin dilinə tərcüməsini, xüsusi buraxılışlar və ya kitablar, antоlogiyalar şəklində nəşrini, nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün resursların axtarılması işində koordinasiyanı, ümumiyyətlə ədəbi proseslərin uzlaşdırılmasını, peşəkar mübadilənin mütəmadi xarakter almasını, səfərlərin, görüşlərin, mühazirələrin təşkilini nəzərdə tutur.

Memorandumda deyilir: “Hesab edirik ki, xalqlarımızın ümumislam mədəniyyətinə aidliyi, oxşarlığı və bu günü bizim klassik və müasir ədəbiyyatların yaxınlaşması, bir-birinə tanıdılması işini daha da aktuallaşadırır, başqa tərəfdən bu Oman və Azərbaycan xalqlarının tarixinə hörmətdir, onun inkişafının davamlı olmasını, dərinləşməsini labüd edir...”

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu eksklüziv açıqlamasında bildirib ki, bu əməkdaşlıq bir çox tərəfdən əhəmiyyətli olacaq : “Əvvəla bizim müxtəlif xalqların ədəbiyyatlarını öyrənmək və tanımaq baxımından ciddi boşluqlarımız var. Odur ki, biz artıq Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin “Oman ədəbiyyatı” xüsusi sayını hazırlayırıq. Yəqin yaxın aylarda işıq üzü görər. Ümumiyyətlə zəngin ərəb ədəbiyyatının bir hissəsi olan Oman ədəbiyyatını bir-iki ədəbi imza içində ya tanıyırıq, ya da heç tanımırıq. Daha çox tanımırıq. Tanıyanlar isə yəqin bəzi mütəxəssislərdir. Ona görə də biz birinci növbədə Oman ədəbiyyatını ilk dəfə və əsaslı olaraq tanıtmaq qərarı vermişik. İlk layihəmizdə XIX və XX əsr, xüsusən XX əsr Oman ədəbiyyatının 60-dan artıq ədibinin- Əbu Sufi Səid əl-Omani, Əllamə Məhəmməd əl-Məuli, Raşid əl-Həbsi, Əl-Qeysəri kimi klassiklərindən başlayaraq Yaqub əl-Xənbəşi, Abdullah İbn Mübarək Əl-Battaşi, Aminə ər-Rabi, Əzhar Əhməd əl Harisi, Rahmə əl-Muğeyzəvi, Əli əl-Maməri, Yəhya Salam əl-Munziri, Numeyr bin Salim əs-Səid, Talib əl-Məmari, Süleyman əl-Məmari, Məhəmməd ət-Tavil, Məhəmməd əl-Yəhyayi, İbrahim Səid, Məhəmməd Seyf ər-Rahbi, Xəlifə bin Sultan əl-Abri, Əbdüləziz əl-Farsi, Coxa əl-Harisi, Hamud Suud, Bədr əş-Şidi, Buşra Xəlfan, əl-Xəttab əl-Məzrui, Hamud əş-Şukeyli, Huda Məhəmməd, Hilal əl-Badi, Nasir Saleh, Azizə əl-Tai, Həmid bin Amir əl-Hicri, Seyf əl-Rahbi, Fatimə əş-Şidi, Əhməd əl-Fəllahi, Adil əl-Kəlbani, Abdullah əl-Bəluşi, Muhəmməd əl-Harisi, Məhəmməd əl-Xədrəmi, Hilal əl-Busəidi, Yunis əl-Busəidi, Səidə Əl-farisi, Zahil əs-Salimi, Yəhya əl-Lezami, Mahmud Həmid, Hilal əl-Həcəri, Abdullah Həbib, Aişə əs-Seyfi, Həsən əl-Mətruşi kimi ədiblərinin roman, hekayə, esse, şeir və ədəbiyyatşünaslıq məqalələrini tərcümə və təqdim etmək qərarı vermişik. Bu prosesə bizim tərəfimizdən müxtəlif nəsilləri təmsil edən nüfuzlu və gənc alimlərimiz, tərcüməçilərimiz – professor-doktor İmamverdi Həmidov, Aytəkin Qocayeva, Rəşad Həsənov, Mahir Həmidov, İsmayıl Hüseynov cəlb olunublar. Artıq tərcümələr bitib. “Dünya ədəbiyyatı” dərgisinin “Oman ədəbiyyatı” xüsusi sayının hazırlanmasında yaxından əməkdaşlığına və dəstəyinə görə mən Oman Sultanlığı Mədəniyyət Klubuna və onun rəhbəri xanım Aişə əd-Dərməkiyə dərin təşəkkürümü bildirirəm... Bizim Oman ədəbiyyatı və Oman Sultanlığının mədəniyyəti ilə bağlı düşüncələrimiz bununla bitmir, inanıram ki, əməkdaşlığımız davamlı olacaq, gördüyümüz işlər, hazırladığımız nəşrlər oxucuların və peşəkarların diqqətini çəkəcək. /ayb.az/


 

Yenililklər
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.