“İstedadları kəşf edək, rayonumuzu tanıdaq”  – ƏL İŞLƏRİ SƏRGİSİ
06.10.16

“İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Oğuz rayonunda həyata keçirdiyi “İstedadları kəşf edək, rayonumuzu tanıdaq” adlı layihə çərçivəsində nəzərdə tutulmuş Uşaq və yeniyetmələrin əl işlərindən ibarət hazırlanmış Kataloqun təqdimatını və əl işlərinin sərgisini keçirib.

A24.Az xəbər verir ki, tədbir 20 sentyabr 2016-cı il tarixdə Oğuz rayon Uşaq və Yaradıcılıq Mərkəzində keçirilmişdir. Tədbirdə Oğuz rayon İcra Hakimiyyəti, Oğuz rayon Gənclər və İdman İdarəsi, Oğuz rayon Təhsil Şöbəsi, Oğuz rayon Bilik Evi,  Uşaq və Yaradıcılıq Mərkəzi və digər idarə və təşkilatlardan nümayəndələr iştirak edib. Tədbiri giriş sözü ilə layihə koordinatoru Cavidan Həsənov aşaraq layihənin məqsədi və layihə  çərçivəsində görülmüş işlər haqqında məlumat verib. Daha sonra tədbir iştirakçılarından Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Uşaq və Yaradıcılıq Mərkəzinin direktoru Əsmayə Mikayılova və digər qonaqlar çıxış edərək ürək sözlərini bildirərək layihədə iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

“İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Birliyinin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə layihənin əsas məqsədi Oğuz rayonunun mərkəzində və ətraf kəndlərində yaşayan aktiv, xüsusi bacarıq və istedadı olan, asudə vaxtını səmərəli təşkil etmək istəyən gənclərin aşkarlanması, onların bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasında yardımçı olmaq olub.

Layihəyə əsasən aşağıdakı yaradıcılıq növləri üzrə bacarıq və istedada malik gənclər cəlb olunmuşdur:

Dekorativ tətbiqi sənət – tikmə, milli tikmə, dekorativ kompozisiya, makrame, toxuma, xalça, bədii oyuncaq, ağac üzərində oyma, şüşə üzərində rəsm, aplikasiya, kağızdan bədii konstruksiya (oriqami), metal üzərində oyma, muncuqla işləmə;

Dizayn – biçmə-tikmə, paltarın modelləşdirilməsi, gəlincik üçün paltar, evin interyeri, məhsul nişanı;

Floristika – (nəbatat aləmi) – müxtəlif güllərdən və bitkilərdən, tumlardan, təbii məhsullardan ekibana, kompozisiya hazırlanması.

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.