Səlim Babullaoğlu: “Şeirin məqsədi insanın özü olmasıdır…”
18.10.16

Çağdaş Azərbaycan ədəbiyyatının ən ciddi imzalarından olan şair, tərcüməçi Səlim Babullaoğlunun saytımıza verdiyi müsahibəni təqdim edir.

 

Səlim bəy, məxsusi olaraq sözün tələffüzündə, onun poetik sistemə çevrilməsində daxili təcrübəniz necə yarandı? Siz XX əsrin bütün böyük şairlərinin yaradıcılığını yaxşı bilirsiniz. Bu iki təcrübə sizə nə verdi?
 

– Suala siz verdiyiniz kimi yanaşıb cavab vermək mənim üçün çətindir. Şeir söz sənətidir. Söz səs, məna və təsvirdir. Demək şeir yazan adam bütün bunları unutmamalıdır, Özgə şeirini oxuyanda da, öz şeirini yazanda da. Mən özgə şeirlərini düzgün mütaliə və qiraət etməyi, onları təhlil etməyi öyrəndim:  söz, səs və mahiyyət kimi. Və hər dəfə qarşıda ecazkar aləm açılırdı.Oktavio Pazın söylədiyi kimi, qulaqla gördüm, gözlə eşitdim və həkim olmağı düşünənlər anatomiyanı öyrəndikləri kimi tədqiq elədim şeirləri. Özü də bunu bir neçə şairin yaradıcılığında əsaslı şəkildə elədim, rus demişkən ot i do. Yəni, bir neçə şairi diqqətlə öyrəndim. Paralel isə özümü öyrənməyə başladım. Kənar gözlə.

 

-Həqiqi şair necə olur: vəsf edir, yoxsa susqunluqdan yorulur?
– Yəqin bunların hamısını edir də, etmir də.

 

-Müstəqillik dövrü ədəbiyyatı termini var. Artıq necə gəldi, harda gəldi işlədilir. Ancaq əksər hallarda bu kateqoriyanın məğzi kənarda qalır.

– Razıyam…Müstəqillik dövrü poeziyamız mənim üçün ciddi tədqiqat mövzusudur. Əksər ədəbiyyatşünaslarımızın, tənqidçilərimizin illik və beşillik hesabatlar üçün yazdıqları mənasız, gülməli, savadsız məruzə və yazılardan fərqli olaraq bu dövr poeziyamız estetik qatda, rakursda öyrənilməlidir. Mən bu haqda inşallah, ömür vəfa etsə, əsaslı bir məruzə hazırlayacam. Əslində belə bir təklif də almışam əcnəbi universitetlərin birindən, 2018-ci il üçün. Görək necə olur…indi bu haqda danışmaq istəmirəm.

 

– Hansı şeiriniz sırf görüntü əsasında dünyaya gəlib? Yəni, bir hadisəni görüb onu şeirə gətirməyin çətinliyi haqqında nə deyərdiniz? Yaxşı görüb zəif də yazmaq mümkündür.

– Nəfsin və ya qəlbin sükunət halı var. Bu halda olanda sən istənilən görüntünü qeydə alırsansa, bu olur xalis poeziya. Ədəbiyyatşünasların “şüur axını” dediyi texnika bu halla qohum olan bir məqamdır, amma o deyil. Birinci ruhani və ya metafiziki haldır. İkinci yox. Birinci halda zəif görmə və zəif yazma istisna olunur. İkinci də mümkündür. Mən hər iki vəziyyətlə tanışam. Bunun üçün  iztirab və həmdərd ola bilmə vacib komponentdir.

 

-Sizin fəaliyyətiniz daim ədəbi nəşrlərlə əlaqəli olub. Əvvəlcə “Dünya ədəbiyyatı” dərgisi, sonra “Kitabçı”… Bu sahədə vəziyyət necədir?

– “Dünya ədəbiyyatı” indi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri kimi çap olunur. Baş redaktoru da Seyfəddin Hüseynlidir. Məncə, çox uğurlu sayları nəşr olunur. Qaldı “Kitabçı”ya, jurnal nəşrini dayandırdı. Həm mütəxəsisslərin, həm də jurnalla tanış olan “sıravi oxucuların”  dediyinə görə yaxşı jurnal idi. Məzmun baxımından, konsepsiya baxımından, eyni zamanda poliqrafiya baxımından . Eyni zamanda poliqrafiyası ucuzlu deyildi. Və jurnal alınmalı idi ki, onun nəşri dayanmasın. Amma qlamur mətbəx və moda jurnallarına öyrəşmiş  insanlarımız “Kitabçı”nı çox oxumaq istəmədilər. Xərci borcunu ödəmədi deyə, jurnalın təsisçisi, ATV-nin prezidenti, hörmətli Vüqar Qaradağlı  ilə qərara gədik ki, jurnalın nəşrini saxlayaq,  gücü verək “ATV kitab” seriyasıdan olan kitablara.  O kitabları nəşr edək. Bu yaxınlarda inşAllah növbəti kitabımız nəşr olunacaq.

 

– Bu gün ədəbiyyatda olan, öz səsi, öz nəfəsi hiss edilən şair və nasirlər varmı?

– Var, əlbəttə var.

 

– Kimləri ədəbi əcdadınız sayırsız?

–  Bütün yaxşı şeirləri, yaxşı şairləri.

 

-Sizin üçün ədəbiyyat ilk növbədə bədii-estetik hadisədir, yoxsa etik?

– Mənim üçün ədəbiyyat  “nə etmək?” sualına cavab tapmış adamın “necə etmək?” məsələsidir həm də.

 

-Ximenes deyirdi ki, ucsuz-bucaqsız azlığa yazıram. Siz kimin üçün yazırsınız? Fikrinizdə xəyali oxucu profili varmı? Varsa, ehtimal olunan həmin oxucu necə oxucudur?

– Elə bir bir nəfər üçün ki, o hamı ola bilər. Elə bir kütlə üçün ki, o bir simada cəmləşə bilir.

 

-Sizcə, böyük poetik nümunələr mütləq mənada hissi təcrübə hesabına yaranır, yoxsa intellekt hesabına da böyük əsərlər yazmaq mümkündür?

– Sizin sualınızı yaxşı başa düşürəm. Bu yaxınlarda Rusiyada, Ulyanovskda bir beynəlxalq forumda iştirak elədim. Geri qayıdandan sonra bir nəfər, yəni mənimlə olan görüşdə iştirak edən bir nəfər mənə yazdı ki, bəs,  “sizi “beyin şairi” hesab eləmək olar, ya “qəlb şairi” ?” Mən də yarızarafat-yarıgerçək ona yazdım ki, duşevno-mozgovoy. Yəni, qəlb-beyin şairi. Bu bilirsiz nəyə oxşayır? Baş-beyin cərrahiyyəsi sözünə… Ümumiyyətlə isə, bu klişeni tullamaq lazımdır.  Bu beyin- intellekt və qəlb-hiss barədə bəsit təsəvvürün nəticəsində doğulan bir tavtologiyadır.  İnsan məgər ayrılıqda ağıl, yaxud ayrılıqda qəlbdirmi? İnsan bunların hər ikisidir. 

 

-XXI əsrdə poeziyanın gələcəyini necə görürsünüz?

-Millət və dil, insan və nitq, söz  olduqca şeir də olacaq. Dövrlər olacaq ki, daha da marginallaşacaq poeziya, dövr olacaq ki, vacib pozisiyalarda olacaq. Amma bunların hamısı ötəri şeylərdi. Şeirin məqsədi-onun olması yox, insanın özü olmasıdır.

 

– Necə yazırsınız, birnəfəsə, yoxsa yazı prosesiniz uzun zamana da yayıla bilir?

– Baxır şeirə. Bunların hamısı ola bilər.

 

-Yaşınızın azlığına baxmayaraq, ədəbiyyatda uzun və keşməkeşli bir yol keçmisiniz, bu yolda hansı məqamlardan söz açmaq istərdiniz? Sizdən sonra gələnlərə tövsiyə olsun…

– Qırx dörd yaş azdır…?  Görünür siz mənə kompliment eləmək istəyirsiz. Qırx dörd yaş ən yaxşı halda ömrün üçdə ikisidir, əlbəttə, doğrusunu Allah bilir. Həyatımın keşməkeşli olduğunu isə düşünmürəm. Ola bilsin bu təəssüratı yaradan başqa bir şeydir. Bilirsiz, adam var hər gün işdən evə, evdən işə gedir, yeriyir, adam da var evdən işə, işdən evı səyahət edir, yolçuluq edir. Adam var sevgi deyəndə yalnız ehtirası qəsd edir, adam var  yağışın çisələməsini də  sevgi kimi qəbul edir.  İkincilər tez qocalır…

Həyata, işə ciddi yanaşmaq lazımdır. Tövsiyyəm isə bu ola bilər ki, ədəbiyyatın hədəf yox, vasitə olduğunu, ciddi və xeyirə xidmət edən bir fəaliyyət sahəsi olduğunu bilməli, buna inanmalı, bütün həyati məhrumiyyətlərə rəğmən seçimini ədəbiyyatın lehinə eləməli, elədinsə  bu yoldan dönməməyə çalışmalısan. Mən belə etməyə çalışmışam. /sim-sim.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.