Kənan Hacı - Üç tabut
26.10.16

Çoxillik mütaliə vərdişi mənə ədəbi mətnlərə həm də müxtəlif rakurslardan yanaşmağı öyrədib. Məsələn, ideya və mahiyyətcə eyni, lakin ayrı-ayrı məkanları, üslub və formaları özündə birləşdirən mətnlərin hardasa bir-birinə qohumluğu haqda çox düşünmüşəm. Dünya yaranandan bir neçə mövzu var ki, bütün yaradıcı şəxsiyyətlər yalnız bu mövzular ətrafında oxşar süjetlər qururlar və bu proses əsrlər boyu təkrarlanır.

Ədəbi genetika deyilən bir məfhum var və hər doğulan yeni yazıçı həm də öz əcdadının oxşarıdır. İsveçrə yazıçısı Georges Haldas özünün “Hərəkətsiz köçəri” əsərində yazır ki, “gələcək bizim daxilimizdəki kahalarda yaşayır”. Bu mənada biz özümüz də əcdadlarımızın daxilindəki kahalardan çıxmışıq.Sözümün mabədi isə başqadır...

Hər bir insan dünyadan köçəcəyi gün haqqında düşünür və necə, hansı şəraitdə öləcəyini bilməyən insan işıq ucu boyda bir ümidə sığınır; öləndə övlad çiynində getmək. Bu ümiddən bir az da ana südünün qoxusu gəlir. Zəif və həm də toxtaqlıq gətirən bir təsəllidir. Rus nəsrinin usta yazıçılarından olan Andrey Platonovun “Üçüncü oğul” hekayəsinin qoca qəhrəmanını xatırlayın. Vilayət şəhərində yaşayan bu qocanın qarısı dünyasını dəyişir və o, müxtəlif diyarlarda yaşayan altı oğlunun hər birinə eyni məzmunlu teleqram yollayır. Onun beli dünyaya verdiyi sualların ən böyüyü kimi bükülmüşdü. Oğullar və ata bir qadının itkisini fərqli şəkildə qavrayırlar. Təbii ki, qoca üçün bu itkinin miqyası daha böyükdür. Qarısının başa çatmış ömrü növbənin ona çatması deməkdir. O, ölümün soyuq nəfəsini burnunun ucunda hiss edir. Səhər altı oğul tabutu çiyinlərinə alıb məzarlığa aparırlar. Atanınsa içində bir məmnunluq hissi vardı. Düşünürdü ki, o da bu altı oğulun çiynində sonuncu səfərinə çıxacaq. Qocanın bu həyatda sığınacağı yeganə ümid bu arxayınçılıq hissi idi.

Azərbaycan nəsrində hekayə janrının ən gözəl nümunələrini yaratmış yazıçı Yaşarın uzun illər bundan əvvəl “Yeddi” kitabında oxuduğum “Tabut” hekayəsini xatırladım. Hekayədəki dramatik situasiya sonadək oxucunu gərginlikdə saxlayır. Mətndəki bütün detallar zərgər dəqiqliyi ilə işlənib. Sözə qarşı bu dərəcədə məsuliyyətlə yanaşan çox az yazıçımız var. Yaşar məhz belə yazıçılardandır. Onun bütün hekayələrində peşəkarlıq qabarıq şəkildə özünü göstərir.

“Tabut”dan danışırdıq. O tabutun içinə Titanik kimi batmış bir ömür sığışıb. Ağlasığmaz gerçəkliklər bədii məntiqə söykənir, çörək pulu qazanmaq üçün yolüstü qarşısına çıxan adamın yükünü daşıyan sürücünün giley-güzarıyla başlayan hekayə ağla-gümana gəlməyən istiqamətə üz tutur. Maşının yükünə olsa yaxşıdır? Tabut! Hekayənin onurğa sütunu məhz həmin tabutun içindəki adamvə onun taleyidir. Tanrının çiyninə qoyduğu yükdən qaçan adam indi özü naməlum bir adamın maşınında bir yükə çevrilib. Və ən faciəlisi budur ki, nə vaxtsa dünyaya gətirdiyi övladı da hansısa bir yolla bu yükdən xilas olmağa çalışır. (!) Qədim Çin məsəlində deyilir ki, bircə çat bütöv bir gəmini batıra bilər. Tabutdakı rəhmətliyin həyatındakı çat (buna səhv də demək olar) onun bu həyat dənizində batmasına gətirib çıxardı. Tövbə donuna bürünmüş qayıdışlar heç vaxt qəbul olunmur. Doğmalarının taleyinin üstündən tank kimi keçib gedəndən sonra həyat sənin də burnunu ovur, sıxıb suyunu çıxarır və geri qayıdanda o sınmış ömürləri bərpa etmək mümkün olmur. “Tabut” hekayəsində oğul atasından intiqamını alır, onun tabutunu yad bir adamın maşınında qoyub çıxıb gedir. Taleyindən qaça bilməyən rəhmətliyi maşının yiyəsi dəfn edir. Yazıçı oxucuya faciənin “hüceyrə”sini göstərə bilir.

Bir də Məmməd Orucun “Oyun havası” povestini xatırladım. Bütün kəndi qorxu altında saxlayan qəssab Əlizaman dünyasını dəyişəndə doğmaları ondan imtina edir. İylənmiş meyidi dəfn edən tapılmır. Hamı yaxasını kənara çəkir. Əzazilliyi ilə bütün kəndə qan udduran, qılıncının dalı da, qabağı da kəsən bu qəssabdan kənd adamları bu cür, dəhşətli bir intiqam alırlar. Ortada qalmış meyidə son anda onun arvadı sahib çıxır. Hansı ki, sağlığında ona da zülüm çəkdirmişdi, xəyanət etmişdi. Heç bir əməl cəzasız qalmır. “Tabut” hekayəsinin qəhrəmanı ilə xarakter baxımından tərs mütənasib olan Əlizaman da axirəti urvatsız olanlardandır.

Fərqli məkanlar, fərqli situasiyalar və fərqli məntiqi sonluqlar... Və bu sonluqların hər birində təbii qanunauyğunluq... İnsan necə yaşayırsa, elə də ölür.Elə əsərlər var ki, birnəfəsə oxumaq mümkün deyil, oxuyub bitirincə nəfəsin kəsilir, sanki yoxuşu qalxırsan. Mətnin ağırlığını içində daşımaq çətin olur. Haqqında danışdığım bədii mətnlər də belədir. Xüsusən “Tabut” Azərbaycan nəsrində ən ağır çəkili hekayələrdəndir.

Haqqında danışdığım əsərlərin üçündə də ortalıqda bir tabut var, amma bu tabutların hərəsinin qismətinə bir meyid düşüb. Bu tabutları fərqləndirən onların içindəki adamların yaşadıqları ömürlərdir. Bu tabutlara olan münasibət də onların yaşadığı ömrə verilən qiymətdir. Yerdə qalan tabutlar həyat imtahanından kəsilənlərindir, cəzalanmışlardır. İnsana kəsilən cəzanın ən dəhşətlisi – tabutunun ortada qalması...
/"Aydın yol" qəzeti/

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.