“Multikulturalizm” jurnalının ikinci sayı işıq üzü görüb
26.10.16

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə nəşri olan “Multikulturalizm” jurnalının ikinci sayı işıq üzü görüb.
 
 
Jurnalın “Azərbaycançılıq” rubrikasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundakı nitqi, “Dünyanın tanınmış din xadimləri” rubrikasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Ağa Əlizadə – cümhuriyyətin və sovet dövrünün şeyxülislamı” məqaləsi yer alıb.
 
Bundan başqa, jurnalın “Çoxmədəniyyətlilik” bölməsində İsveçrənin Frayburq Universitetinin baş müəllimi Ansqar Yödikenin “Dəyişən dünyada müxtəlifliyin idarə olunması problemi” (ingilis dilində), “Tariximiz, bugünümüz” rubrikasında tarix elmləri namizədi Südabə Zeynalovanın “Multikulturalizmin tarixi: avropalılar Azərbaycanda”  (rus dilində), “Homo Sapiens” rubrikasında Qan Turalının “İnsan olmanın macəra dolu qəddar tarixi”, “Tənqid və esseistika” rubrikasında Şərif Ağayarın “İki qitəni birləşdirən və ayıran yazıçı”, “Resenziya” rubrikası altında AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədlinin “İslam peyğəmbərinin həyatı haqqında dəyərli mənbə” yazısı, “Höte zalı” rubrikasında şair-tərcüməçi Səlim Babullaoğlunun polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Çeslav Miloşdan tərcümələri, eləcə də, İtalo Kalvinonun “Nizaminin “Yeddi gözəl”i” adlı essesi, Ömər Xəyyamın İsmayıllının haputlar yaşayan kəndləri haqqında reportajı, “Qürbətdən görünən Vətən” rubrikasında Milli Məclisin deputatı Sevinc Hüseynovanın “Hardan başlanır Vətən…” adlı ön sözü ilə əslən Gədəbəyin Slavyanka kəndindən olan Mariya Popovanın şeirləri (rus dilində) çap olunub.
 
Jurnalın “Axundov zalı” bölməsində tanınmış şairlərdən Mətləb Ağanın, Aqşinin, Qismətin şeirləri dərc edilib.
 
“Multikulturalizm” jurnalının budəfəki “Region” əlavəsi Azərbaycanın cənub bölgəsinə həsr edilib. Rubrika çərçivəsində Şəkər Aslanın, Əhəd Muxtarın, Arif Fərzəlinin, Sabir Yusifoğlunun, Balaxan Qəribin, Balayar Sadiqin, Tərlan Əbilovun, Anar Həbiboğlunun, Cavidanın, Zahir Əzəmətin, Mehman Qaraxanoğlunun, Anar Aminin, Allahverdi Bayraminin, Bəxtiyar Ruşinin, Əbdülrza Əhmədovun, Elşad Səfərlinin, Xanəli Tolişin, İlham İlhaminin, Vüqar Həmatinin Azərbaycan və talış dillərində şeirləri, Aslan Quliyevin “Qarpız” hekayəsi işıq üzü görüb.
 
Qeyd edək ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.