Paşa Yaqub - Adəm Peyğəmbərin oğlu qardaşını qız üstündə öldürdü

28.10.16

Bəni-Adəm arasında törənən ixtilaf ən əvvəl Adəmin oğlanları Qabil və Habil arasında baş verdi. Ölümlə nəticələnən  bu ixtilaf qız üstündə oldu. Belə ki, Adəmin iki oğlunun hər biri ekiz idi və ikisinin də ekiz tayı qız idi. Onlar yetkinlik yaşlarına çatdıqda evlənmək istədilər. Həmin vaxt başqa insan nəsli olmadığından Allah-təala Peyğəmbərə vəhy etdi ki, onları öz bacıları ilə çarpaz evləndir. Yəni, Habilin ekiz tayı ilə Qabili, Qabilin də ekiz tayı ilə Habili evləndir ki, nəsil artsın.

Lakin, Qabil bu cür evlənməyə etiraz edərək öz ekiz tayı daha gözəl olduğundan onunla evlənmək istədi. Adəm əleyhissəlam buna etiraz etdi. Məsələni yoluna qoymaq üçün Peyğəmbər oğlanlarına təklif etdi ki, hərəniz öz məhsulunuzdan  bir qurbanlıq götürün, kiminki qəbul olunsa, Qabilin ekiz tayı ilə o evlənsin.

Həmin vaxt Qabil əkin əkir, Habil qoyun saxlayırdı. Beləliklə, Qabil bir dərz sünbül, Habil isə, bir erkək qoyun götürüb qurbangaha apardılar. O vaxt qəbula keçən qurbanın əlaməti bu idi ki, göydən bir od (işıq) gəlib, həmin qurbanlığı bürüyüb görünməz edərdi. Bu dəfə Habilin qurbanı qəbula keçib, Qabilinki rədd edildi.

Bu hal Qabili çox əsəbləşdirdiyindən doğma qardaşını vurub öldürdü. Bu vaxta qədər Adəm övladları arasında ölüm hadisəsi baş vermədiyindən, Habilin cəsədi ilə nə edəcəyini bilmədi və bir neçə gün özü ilə səhrada sürüdü. Birdən gördü iki qarğa biri-biri ilə vuruşub öldürdü. Sağ qarğa qumu ayağı ilə eşərək ölən həmcinsinin cəsədini orada basdırdı. Qabil bunu görüb, qardaşının cəsədini torpağa basdırdı. Özünün qarğadan şüursuz olduğuna peşmançılıq çəkdi.

Habili bir neçə gün görməyən Adəm onu Qabildən soruşdu. Günahkar oğul tövbə edib, üzr diləməkdənsə, atasına dedi ki, mən habilə gözətçi deyiləm ki, harada olduğunu biləm. Adəm onun bu kobud cavabından pərişan olub, oğlunu axtarmağa üz qoydu. Allah Habilin qəbrinin yerini Peyğəmbərə agah etdi. Heç ölüm görməmiş ata övladının bu cür zülmlə qətlə yetirilməsinə ağlayıb qəmgin oldu və Qabili lənətləyərək yanından qovdu.
Qabil dağlara çəkilərək, bir daha valideynlərinə görünmədi. O, ailəsi ilə Yəmən səhrasına getdi. Orada nəsil artıraraq, atasının dinindən uzaqlaşdı və oda sitayiş etməyə başladı.

Bu əhvalat “Quran”da belə zikr edilməkdədir:

 “Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə demişdi: “Səni mütləq öldürəcəyəm! Habil ona belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən qurban qəbul edər!
Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.
Mən istəyirəm ki, sən məni öldürməklə mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalımların cəzası budur!”
Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu.
Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. Qabil dedi: “Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?” O, artıq peşman olmuşdu”. “Süfrə” surəsi, 27-30-cu ayələr. /moderator.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.