Kənan Hacı - Qoca, dəniz və Alabaş
07.11.16

Martin İden məğlubiyyətin övladıydı. Anadan talesiz doğulmuşdu, tale sona qədər onunla qəddar davrandı. O, özünü gəmidən atanda da ölmək istəmirdi, su ağzına dolanda belə beynindən keçən son fikir həyat eşqi olmuşdu. Cek London yazır ki, “o, heç olmasa, bir az qorxsaydı, həyata qayıda bilərdi, lakin qorxmurdu və buna görə də getdikcə özünü daha da zülmətə atırdı. Daha onu həyatda heç nə, hətta bir zamanlar sevdiyi şeylər belə sevindirmirdi”.Cek London bu məqamda öz ruhi halını təsvir edirdi və bu cümlələrlə bəlkə də öz ölümünün vaxtını uzadırdı. Təsadüfi deyil ki, “Martin İden”i ədəbi araşdırmaçılar avtobioqrafik əsər kimi səciyyələndirirlər.

Son vaxtlar mətnlərarası əlaqə məni daha çox özünə cəlb edir. “Martin İden”i oxuyanda Latın Amerikası nəsrinin patriarxı Markesin “Dənizdə batan adamın hekayəti” povestində on gün suyun üzərindəki taxtanın üstündə  ac-susuz qalan dənizçinin həyat uğrunda mübarizəsini xatırladım və əlbəttə, Heminqueyin “Qoca və dəniz”indəki Santyaqo gözümün önündə canlandı. Hər üç əsərdə istər süjetin inkişafını, bədii situasiyaların açılmasını, istərsə də qəhrəmanların mənəvi-psixoloji xarakterininəsasını kəskin daxili dramatizm təmin edir. Markes yazır ki, “ölüm ayağında olanlar haqqında deyirlər ki, onlar “öz həyatlarını yenidən yaşayırlar”.Demək olmaz ki, bu cəsur insanlar o anlarda ölümdən qorxmurdular, amma bu qorxunu arxa plana atan onların xarakterindəki barışmazlıq və müqavimət gücü idi. Müvaqimət gücü zəif olanlar çox tez təslim olurlar. Herman Melvilin dünyanın 10 ən çətin oxunan əsərindən hesab olunan “Mobi-Dik” əsərindəki Ahabı xatırlayın. Onun həyatının məqsədi ağ balinadan ayağının qisasını almaqdır. Ağ balina onun bir ayağını udub. Dülgər ona balinanın sümüklərindən ayaq düzəldir və o, okenda ağ balinanın axtarışına çıxır, sonda gəmiylə birlikdə sulara qərq olur.Əlbəttə, Ahab Şərin təcəssümüdür, amma onun tək ayağıyla qasırğaları yara-yara balina ovuna çıxması insan ruhunun yenilməzliyinin sübutudur. Gəmini təhdid edən tufan, qasırğa, balinaların qəzəbi – heç bir şey bu tək ayaq şeytanı qorxuda, məqsədindən çəkindirə bilmir.

“Mobi-Dik”in daha bir yenilməz qəhrəmanı Kvikeri xatırlamasaq, olmaz. Fövqəladə dərəcədə gücə və enerjiyə malik olan Kviker bir gün xəstələnir, gəmidəki ağır iş rejimi onun qüvvəsini tükədir və ölümcül vəziyyətdə yatağa düşür. Dülgər ona tabut hazırlayır, tabutu göyərəyə gətirirlər ki, görsünlər Kvikeqin boy ölçüsünə uyğun gəlir ya yox. Kvikeq xahiş edir ki, onu tabutunun içinə uzatsınlar. Deyir yaxşıdır, yarıyar. Sonra yenidən çarpayısına uzadırlar və onun ölümünü gözləyirlər. Kvikeq isə çarpayısında uzanıb gələcək haqqında, görəcəyi işlər haqqında düşünür və hesab edir ki, bu işləri görüb qurtarmasa ölə bilməz. Ona deyirlər ki, məgər ölmək, ya yaşamaq insanın öz əlindədir? Cavab verir ki, hə, əgər insan yaşamağa qərar versə, adi xəstəlik onu öldürə bilməz.

Beləcə, Kvikeq sağalıb ayağa qalxır və onun üçün hazırlanmış tabutdan isə özü üçün matros sandığı kimi istifadə edir.

Yazıçının insanı dənizdəki situasiyada, amansız fırtınaların cəngində təsvir etməsi onun xarakterinin açılmasına xidmət edir. Bu cür əsərlərdən biri də Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” povestidir. Bu əsər uzun illər öncə, yeniyetməlik çağlarımda oxuduğum və məni sarsıdan əsərlərdəndir. Gecənin bir aləmi yuxudan oyanıb qayığı boş görən Kiriskin vahiməli dənizlə tək-tənha qalması hələ də məni üşürgələndirir...

Hanı Mılğun? Hanı Əmrayın? Hanı Orqan? Kiriskin harayı dənizin müdhiş sükutunu parçalasa da onun dilini aça bilmirdi. Təbiət öz amansızlığı ilə Kiriksə həyatı göstərir: Bax, həyat budur! Haçansa o qədər ağladığım yadıma gəlmir... Aytmatov məni ilk dəfə ağladan yazıçı olub.

Adlarını sadaladığım əsərlərdə mübarizə dəniz müstəvisində getsə də əslində təlatümlər insanın mənəvi dünyasında baş verir. Diqqət edin, yalnız inananlar xilas olurlar. Nuh tufanında Nuh peyğəmbərlə birlikdə imanlı, inanclı insanlar xilas olmuşdular. Suyun üzərində yerimək yalnız İsaya nəsib olmuşdu. Təbiətlə təmasda olan insan həm də ruhən inkişaf edir. Təbiət öz zəlzələrəi, qasırğaları ilə insanın içində yatmış gücü oyadır, onu səfərbər edir. Martin İdeni bu baxımdan zəif hesab etmək olmaz, o, ölümüylə sanki həyatın əzablarına etiraz edir, intiharı tərcih edir. Elə Cek London özü də çıxış yolunu bunda gördü və həyatını intiharla başa vurdu. Amma ölüm yaxınlaşan anlarda həyat instinktləri oyanır, insan ölümü könüllü şəkildə seçməsinə baxmayaraq lap son anda xilas olmağa çalışır.

“Qoca və dəniz”də də, “Mobi-Dik”də də balıq insan hiyləsinin çatmadığı bir dərinlikdə yaşamaq istəyir. Ağ balina insandan amansız şəkildə qisas almaq istəyir. Niyə? Çünki insan bütün gücünü öldürmək üçün sərf edir. Qocanın təəssüf hissi, balığın yaşamaq istəyinə qarşı çıxmasından doğan xəcalət hissi ona əzab verir. Heminquey insanla təbiəti (həm də sözsüz ki, balığı) üz-üzə qoyaraq dahiyanə şəkildə insan cəmiyyətinin qeyri-kamilliyini ortaya qoyur. Qoca bu dəniz səfərində həm də həyatın mahiyyətini dərk edir.

Çingiz Aytmatovun balaca Kiriksini “Alabaş” xilas edir, Heminqueyin Qocası isə ovladığı balıqdan dərs alır. Melvillin Ahabı isə nə qədər güclü, qəddar, yenilməz olsa da məhvə məhkumdur, çünki Şərin təcəssümüdür.

/"Aydın yol" qəzeti/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.