Murtəza Hasanoğlu - ABŞ 45-ci Prezidentini Seçdi
09.11.16

(Donald Tramp ABŞ-ın prezidenti seçildi)

    8 Noyabr seçkiləri Amerikan siyasi həyatının ən maraqlı və gözlənilməz sonluqla nəticələn Prezident Seçkiləri prossesi olaraq tarixə düşdü. Bu, həmdə ABŞ siyasi tarixi üçün yeni bir dövrün başlanğıcı olaraq da qiymətləndirilə bilər. Təcavüz iddialarından, e-mail qalmaqalından, FBİ tədqiqat və istintaqlarından, sağlamlıq problemlərindən danışdığımız bir vaxtda, gərgin keçən seçki prossesi də başa çatdı. Onu qeyd etmək lazımdır ki, 1792-ci ildən bəri tətbiq olunan ənənəyə görə,ABŞ-da prezident seçilmək üçün  ABŞ-da Seçicilər Kollegiyası adlanan sistemdəki  538 yerin ən azı 270-ni həmin  nümayəndələrinin qazanması lazımdır. Baş tutan bu seçkilər ABŞ-ın 58-ci prezident seçkiləri idi və ABŞ bununla özünün gələcək müqəddəratını müəyyən edəcək 45-ci prezidentini seçmiş oldu. ABŞ-da  250 milyon seçici var.  Seçkilər 50 ştat və xüsusi statusa malik Vaşinqtonda həyata keçirildi.
    ABŞ-da idarəetmə sistemi digər ölkələrdəkindən özünə məxsus qaydalara görə fərqlənir. Belə ki, ABŞ idarəçilik sistemi, idarəetmə qolları arasında tarazlıq bölgüsü və nəzarət üzərində qurulmuşdur. Prezidentin səlahiyyətləri isə qanunverici orqan olan parlament və məhkəmə hakimiyyəti tərəfindən məhdudlaşdırılmışdır. Təhsil, daxili təhlükəsizlik, əsas vergilər kimi gündəlik həyati məsələlər yerli idarəetmə orqanları tərəfindən həyata keçirilir. Bu federal quruluşun müəyyən etdiyi qanunauyğunluğun təzahürüdür və ABŞ prezidenti bu sahələrdə heç bir səlahiyyətə sahib deyildir. Prezidentin sahib olduğu əsas səlahiyyətlər isə ölkənin müdafiəsi və xarici siyasət ilə bağlıdır. Elə buna görədir ki, ABŞ prezidenti Vaşinqtonluların həyatından daha çox Suriyalıların həyatına müdaxilə edə bilir.
Trampın qələbə səbəblərinin əsasları
    Təəssüfləndirici faktdır ki, dünyada terrorlar və iqtisadi natarazlıq hökm sürməkdədir. Belə bir şəraitdə daha sakit həyat arzu edən seçicilər Trampa doğru yönəlməyə başladılar. Çünki, Tramp ayrı-seçkilik yönlü çıxışları ilə radikal mesajlar verirdi. Ki, bu da miqrasiyanın əleyhinə olan irqçi qüvvələr tərəfindən “göydəndüşmə” idi. Nəticədə, iyun ayındakı referendumla Böyük Britaniyada əldə edilən nəticənin eynisi 8 noyabrda ABŞ-da yaşandı.
    Bu seçkilərdə bir növ  şəhərlərdə yaşamayanlar ilə şəhərlər üz-üzə gəlmişdi. Təhsil səviyyəsi aşağı olanlarla yuxarı olanların, mavi yaxalıqlılarla ağ yaxalıqlıların, yaşlı ağ dərili mühafizəkarlarla gənclər və qadınların mübarizəsi idi bu seçkilər. Nəticədə bütün dünyanın gözləmədiyi şəkildə birinci tərəf qalib gəldi.
    Xalqdan 300 milyon ABŞ dolları dəyərində ianə toplayan, ən güclü seçki kompaniyalarını həyata keçirən Hillary Klintonun əsas zəifliyi ABŞ seçicisinə ona səs vermə ilhamını verə bilməməsidir. Hətta, ABŞ-da kifayət qədər saya malik afrika amerikalılarından gözləniləndən aşağı səviyyədə səs qazanılması Klintonun məğlubiyyətinə təsir göstərən faktorlardan biri oldu.
    Əgər siyasi prosseslər bu şəkildə davam edərsə, 2030-cu ilə qədər dünyada ABŞ və Çinin də daxil olduğu böyük dövlətlərin hegemoniyası zəifləyəcək, 1750-ci ildən bu günə qədər davam edən Qərbin hökmranlığı başa çatacaq və Asiya yenidə qlobal iqtisadi,siyasi mərkəzə çevriləcəkdir.

Yenililklər
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.