Kənan Hacı - Cənnətdən qovulanların İblisi
29.11.16

Biz adətən, dar macalda, işimiz çətinə düşəndə Tanrını köməyə çağırırıq, ondan mədət umuruq, əllərimiz o gözəgörünməzə doğru uzanır. Fransa poeziyasının nəhənglərindən olan Şarl Bodler isə görün nə deyir:

Doğma atamıza, qadir Allaha
Ağ olduq, cənnətdən qovulduq daha,
ey İblis, dar gündə kömək ol mənə!


Bu şeiri bir neçə il bundan öncə böyük şairimiz Ramiz Rövşənin tərcüməsində oxuyanda qəfil dalana dirənmiş adam kimi karıxıb qalmışdım. Bir az da heyrətlənmişdim. Necə yəni, İblisdən kömək istəmək axı şər əməllərə şərik olmaq, şeytanın yanında olmaq deməkdir. Bodlerin İblisə belə şairanə yalvarışının mahiyyəti nədən ibarətdir? İnsan bəzən heç özü də bilmədən elə istəklərlə yaşayır ki, o istəyi, diləyi Tanrıdan ummaq absurddur. O istəyin arxasında pis niyyətlər, qaranlıq mətləblər dayanır, Tanrının bəndəyə göstərdiyi yolda o istəkləri ağlının ucundan belə keçirmək olmaz. Həyata keçməsə belə, beynindəki niyyət artıq küfr sayılır. Bodler özünü içindəki fırtınaların ixtiyarına buraxmış bir şair idi və buna görə də üsyankar ruh onun şeirlərinə hakim kəsilir. Tanrıya asilik, küfr məqamına çatan düşüncələr də onun təxəyyülünün, ilhamının hüdudsuzluğundan irəli gəlirdi. Bu mənada o, İblislə savaşanların deyil, Tanrının yaratdığı dünya ilə cəngə çıxanların şairidir.O, başqa bir şeirində (“Gecə tövbəsi”) ürəyində Allaha yer qalmayanları Allahın qəzəbindən qaçıb qurtarmağa çalışır. Şərin özünə də iki cür yanaşmaq olar. Hardasa oxumuşdum ki, biz ya şərə qarşı mübarizə aparmalıyıq, ya da içimizdəki günahlarımızla barışmalıyıq. Bodler bəlkə bu fikri bizə çatdırmaq istəyir?

O, özünün “Süni cənnət” əsərində yazır: "Bilmirəm, həşişdən ölümcül zəhərlənmənin nəticələri ilə on illik təcrübədən keçmiş tiryəkçilərin süqutu arasında bərabərlik işarəsi qoymaq olar, ya yox: lakin mən təsdiq edirəm ki, onların biri sakitcə tovlayan həşiş, digəri isə əndazə bilməyən iblisdir". Həşiş kimi iblis də insanı öz təbii halından çıxarır, onu ekstaz vəziyyətinə gətirir, günaha sövq edir və burda Bodler iblisin azdırıcı məkrini nəzərdə tutur.

Bu yazını yazarkən Bodlerin “İblisin duası” şeirini (şeir adıyla belə arif oxucuya çox şeyləri anladır) yenidən oxudum və dahi Hüseyn Cavidin “İblis”ində İblisin məşhur dialoqu beynimdə səsləndi.

İblis nədir?
- Cümlə xəyanətlərə bais...
Yahərkəsəxainolaninsannədir?
- İblis...

Bodleri anlamaq üçün bu misralardakı sarsıdıcı həqiqəti dərk etmək kifayətdir. Bir də Yohan Volfqan Hötenin “Faust”u...Göydə Tanrı ilə şeytan arasında mübahisə gedir. Şeytan Faustu asanlıqla əyri yola çəkə biləcəyini iddia edir.Tanrı isə insanın yaradılış etibarilə mükəmməl olduğunu, bəzən səhv etdiyini, bütün bunlara baxmayaraq şeytanın toruna düşmədən doğru yolu tapa biləcəyini söyləyir və şeytana Faust üzərində sınaq aparmağa icazə verir. Bundan sonra ömrünü elmə sərf etsə də, istədiyi nəticələri əldə edə bilməyib təbiət üzərində öz hökmünü yeritmək üçün cadugərliyə əl atmış Faust özü də bilmədən Mefistofelin əlində oyuncağa çevrilir. Hötenin ehtişamlı bədii təfəkkürü yerdən göyə ucalmış sütunlar kimidir, bu sütunlar sanki Atlant kimi əsərin ideyasını öz çiyni üzərində saxlayır.

Esse janrının yaradıcısı sayılan Mişel Monte yazır ki, “düşüncə bizim ruhumuzu ötəri “mən”imizdən qoparır və yerüstü dünya ilə bağlarımızı qırır”. Yaradıcı insanın düşüncəsi isə tamam başqa fazaya keçir və orda Tanrı ilə İblis qarşılaşa bilir. Bodlerin şeirinin qəhrəmanı İblisə yenilmiş, məğlub tövryülə danışan adamdır və məğlublar həmişə qalibdən aman diləyirlər.

Höte də, Bodler də, Cavid də məhz düşüncənin, təfəkkürün ali qatına yüksəlmiş insanlar idi və onların ilk baxışda küfr kimi görünən misraları da həqiqət axtarışlarından, yaradılışın sirrini açmaq ehtirasından doğurdu. Şairlər çox vaxt belə təhlükəli ovqatda olurlar və bu ovqat da ədəbiyyatın xeyrinə işləyir. Məhz ona görə bütün dünya şairlərin ruhu qarşısında önündə papağını çıxarıb baş əyir.

Bu mənada Tanrıya da, İblisə də “əli çatan” şairlər xüsusi kateqoriyaya malik insanlardır. Şeir məkandan daha çox zamanı, onun ruhunu ifadə edir. Poeziya həm də çərçivələrə meydan oxumaq, darısqal məkandan çıxmaq üçün edilən çırpınışlardır. Sözlə məşğul olmaq bitmək bilməyən ağrılarla uğraşmaqdır, bu ağrılardan xilas olmaq üçün Tanrıya da, İblisə də üz tutmaqdır. Şairlərin günahları da adi insanların günahlarından fərqlidir. Çünki bu günahlar istənilən halda insanı həqiqətə çatdırır.

Yenililklər
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.