Firuz Mustafa - Viktor Astafyevin kitabı və ya “Bəyaz rəqs” necə yarandı?
18.01.17

Yolum düşən ölkələrdə ilk növbədə kitab dükanlarına baş çəkirəm.

İndi iş otağımdakı rəflərə düzülmüş müxtəlif elmlərə və janrlara aid kitabların az qala hərəsinin öz  alınma, “əldə olunma”  tarixi var.  Bəzi kitabları isə özüm almamışam, mənə poçtla göndəriblər. Vaxtilə Pribaltikada, Orta Asiyada, Rusiyada yaşayan dost və tanışlardan aldığım kitabları bu gün də saxlayıram. Hətta, bəzən üzünü görmədiyim adamlardan aldığım kitablar da var; məktubla müraciət etmişəm, tezliklə lazım olan kitabı ünvanıma göndəriblər.

İş elə gətirib ki, paralel olaraq bir neçə ixtisas üzrə dərs demiş, tədqiqat işi aparmışam. Ona görə elmi kitablara daim ehtiyacım olub. Yazıçılıq fəaliyyətim isə  məni daim yeni çıxan maraqlı bədii əsərləri əldə edib oxumağa sövq edib.

Bu yaxınlarda rəfdəki kitabları qaydaya salarkən göy cildli, iri həcmli bir kitab diqqətimi cəlb etdi. Əslində bu, kitab yox, jurnal idi. Sadəçə olaraq iki ya üç jurnalı üst-üstə tikib kitab halına salmışdılar. “Kitabın” üstünə göy kartondan səliqəli üzlük çəkmişdilər. Cildin üzərinə isə rəngli karandaşlarla bu sözlər yazılmışdı:

Виктор Астафьев
«Царь-ры́ба»

Amma üst-üstə tikilmiş bu jurnalların adı, nəşr edildiyi tarix qeyd edilməyib. Heç mətnin özündə də bu barədə bir məlumat yoxdur. O zaman indiki kimi jurnalların adı hər səhifənin başında yazılmırdı. Çox ehtimal ki, bu qalın dərgi “Roman-qazeta”dır. Bir vaxrlar bu seriyadan çıxan buraxılışlar çox məşhur idi. Adətən, “Roman-qazeta”da səs-küy qoparan, məşhur əsərlər nəşr edilirdi. Bizim yazıçılardan da bir çoxunun (M.İbrahimbəyovun, S.Azərinin) əsərləri müxtəlif illərdə bu dərgidə çap olunmuşdu.
Yadımdadır, 70-ci illərin sonunda rus yazıçısı Viktor Astavyevin romanı oxucular arasında geniş əks-səda vermişdi. Mən əsəri heç cür əldə edə bilmirdim. (Bəli, kitabların da belə bəxtəvər günləri vardı).
80-ci illərdə Elmlər Akademiyasında aspirant olarkən dostlarımla Nalçikə istirahətə getmişdim. Dağların başındakı turbazaların birində dincəlirdik. Axşamlar geniş meydançada rəqs təşkil edilirdi. Adətən buraya daha çox gənclər axışıb gəlirdi.

Mən rəqs etməsəm də orijinal rəqs nümunələri nümayiş etdirənləri maraqla seyr edirdim.
Xatırımdadır, rəqs edənlər arasında nisbətən yaşlı bir xanımın göstərdiyi “tryuklar” hamının diqqətini cəlb edirdi. Bu xanım həm Qafqaz, həm slavyan, həm hind, həm də Avropa xalqlarının rəqslərini məharətlə ifa edirdi. Çox zaman yaşıl donda olan bu xanımı biz öz aramızda “yaşıl alov” adlandırır və doğrusu axşamlar çox vaxt elə bu şən qadının göstərdiyi “nömrələri” izləməyə gedirdik.
Növbəti axşamların birində yenə rəqs meydançası gənclərin ixtiyarında idi. Birdən “rəqqas qadın”  qəfildən meydançaya çıxdı. O, indi qıpqırmızı don geymişdi və əsl alova oxşayırdı. Bu alov sanki sehrli ilan kimi qıvrılır, yığılıb-açılır, ətrafa od saçırdı.

Arada fasilə oldu. Gecənin aparıcısı  növbəti  rəqsi elan etdi: “Bəyaz rəqs”. Adətən bu rəqs ifa olunanda qadınlar kişiləri oynamağa dəvət edirlər. Heç gözləmədiyim halda “rəqqas qadın”  irəli yeriyib əlini mənə sarı uzatdı. Üsrxahlıq edib bildirdim ki, rəqs edə bilmirəm. (O vaxtlar abır-həyanın bol zamanı idi). Qadın gülümsəyib dedi ki, problem yoxdur, öyrənərsən, hələ cavansan. Dostlarım da him-cim etdilər ki, bu cür xanımın təklifini rədd etmək olmaz...

Xanım rəqs edə-edə mənə ürək-dirək verib bildirirdi ki, məsələ heç də onun təsəvver etdiyi kimi deyilmiş; yəni mən rəqs etməyi bacarırammış.

Sonralar biz xanımla yaxından tanış olduq. Sən demə o, rəqqas yox, tanınmış bir pedaqoq imiş. Özü də Sibirdəki iri texnikumlardan birində direktor vəzifəsində  işləyirmiş. Mən onun rəqsə bu cür marağının səbəbini soruşarkən qadın gülüb dedi: “Axı bizim texnikumda minlərlə tələbə təhsil alır. Orada hər millətin nümayəndələri var. Elə azərbaycanlılar da az deyil. Mən hətta sizin Fərman Salmanovu da tanıyıram. Mən öz tələbələrimizin həyat, məişət şəraiti ilə daim maraqlanıram. Biz beynəlmiləl bir ailəyik. Bayramlarda mədəni tədbirlər təşkil edirik. Çalışıram ki, bu tədbirlərdə bütün xalqların mahnı və rəqsləri səslənsin. Özüm də oxumağı, oynamağı çox sevirəm”.

Sən demə, bu direktor xanım həm də geniş mütaliəçi imiş. Bir dəfə söhbət hərlənib-fırlanıb Viktor Astavyevin yeni əsərinin üstünə gəldi. Mən həmin əsər barədə mətbuatda çox oxumuşdum. Amma əsərin özü ilə tanış deyildim. Qadın söz verdi ki, öz evlərinə qayıdan kimi arzusunda olduğum kitabı göndərəcək...

Hərə öz vətəninə yola düşdü. Bir gün məhəllə poçtalyonu qapını döydü. Əlindəki bağlamanı irəli uzatdı. Baratı açıb baxdım.  Xanımın vəd etdiyi kitab idi.

Təəssüf ki, indi o kitab göndərən qadının adını unutmuşam. Amma rus yazıçısı Viktor Astavyevin adı nə zaman çəkilirsə daim qeyri-ixtiyari, assosiativ olaraq həmin qadını xatırlayıram.

P.S.
Sonralar mən “Bəyaz rəqs” adlı hekayəmdə öz müşahidələrimdən bəzilərini qələmə almağa çalışdım. Təbii ki, orada baş verən hadisənin məğzi, fabulası və məzmunu tam fərqli bir axarda idi. Axı mən oçerk yox, bədii əsər yazmışdım. /moderator.az/


Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.