Ernest Heminquey - Yazıçı işi
23.01.17

Esse
        
       Mənə elə gəlir ki, lap birinci romanımı qələmə alandan dərhal sonra bundan sonrakı taleyimin necə olacağını anlamağa bağlamışdım.  Heç vaxt, hətta bir dəqiqə belə yeni eranın pioneri olduğuma şübhəm qalmamışdı. Başa düşürdüm ki, atacağım hər bir addımım bundan belə böyük maraqla izləniləcək. Ona görə də özümün bütün əməllərim, düşüncələrim barədə övladlarıma, nəvə-nəticələrimə doğru-düzgün hesabat verməyi qərara aldım.
         Mənim axtardığım şeylər hadisələrin üst qatında yerləşməyən və zaman dolandıqca keçiləsi mümkün olmayanlardır. Amma mənim məqsədim, məramım insan həyatını, insan taleyini şişirtmədən, necə varsa, o cür də göstərməkdən ibarətdir. Mən özümü  böyük mütəfəkkirlərə bənzətməməklə, bəşəriyyətə sensasiyalı hər hansı bir məlumat çatdırmaq fikrindən daim uzaq olmuşam.  Bununla belə, mən həyatı son dərəcə yaxşı tanıyır və min cür müxtəlif nöqtələrdən onu göstərirəm.
          Mən heç vaxt qəhrəmanlarımı özüm seçməmişəm, əksinə qəhrəmanlarım özləri məni seçiblər. Bir çox sələflərim kimi mövcud vəziyyəti, ətraf mühüti özünə tabe etməyi bacaran güclü insanlarla fəxr etmişəm. Bu mövzu o dərəcədə məni cəzb edib ki, özümü başqa nəyəsə həsr etməyi bacara bilmirəm. İlham pərisi də sevgi, məhəbbət kimi ehtiraslı olarmış.
         Romanlarımın mövzusu ürəyimin dərinliklərindən və şəxsi təcrübəmdən götürülmüşdür. Bununla belə, mən onları asan və etinasız  çap etdirməkdən məmnun olmuram. Mənim yazıçılıq vərdişim çox sadədir:  uzun müddət ətraflı düşünüb götür-qoy etmək, qısa müddətə yazmaq.
           Əsərlərimin çoxunu mən beynimdə formalaşdırıram. Fikirlərim qaydasına düşməyincə heç vaxt yazmağa başlamıram. Yazarkən tez-tez ucadan dialoqlardan parçalar səsləndirirəm: axı, qulaqlar yaxşı senzordur. Mən hər kəsin anlayacağına ta ki, əmin olmamış cümləni heç vaxt kağıza etibar etmirəm. 
        Bununla belə, bəzən fikirləşirəm ki, mənim hekayətim açıq söyləməkdən daha çox eyham vurur. Əsərlərimi mütaliə edərkən oxucu çox vaxt öz təxəyyülünün köməyinə müraciət etməli olur, əks təqdirdə o, fikrin məna incəliklərini əldən qaçırmış olacaq.
          Mən əsərlərimi yorulmadan ixtisarlar etmək və yenidən işləməklə böyük zəhmət bahasına qələmə alıram. Onların hər birinin qazandığı uğur, müvəffəqiyyət mənə çox əzizdir. İntəhasız qayğı ilə mən əsərlərimi, ta ki, onlar brillianta çevrilməyənə qədər, yonub təraş edir, cilalayıram.  Əksər müəlliflər əsərlərinin daha böyük həcmdə olmalarına üstünlük verdikləri halda, mən özümkülərimi bambalaca cəvahirətə çevirirəm.
        Mən qeyri-adi zəkaya, istedada malikəm: əsərlərimi işlədiyim zaman özümün tənqidi bacarıqlarımı onların üzərində tətbiq etməyə üstünlük verirəm.                                                                                                       
        Əgər bilirsən ki, yazdıqların sənə sevinc, xoş əhval-ruhiyyə bəxş edəcəksə,  onda oturub yazmağa dəyər. Mən yazanda özümü xoşbəxt sayıram, amma yazdıqlarımdan heç də həmişə razı qala bilmirəm.
        İnanmıram ki, nə vaxtsa kitablarım mənim abidəmə çevrilə bilsinlər – mən vicdanla özümü doğru-düzgün dəyərləndirməyə cəhd göstərirəm. Mənim yazıçı olmağıma istedaddan daha çox inadkarlığım səbəb olmuşdur – mən ədəbiyyatda yalnız özünə minnətdar olan ən parlaq insan nümunəsiyəm. Amma  bununla belə, layiq görüldüyüm ağlagəlməz müvəffəqiyyət və şöhrətə özümü heç vaxt layiq bilməmişəm.
        Mənim heç bir kitabımı oxumayan çoxlu coşqun pərəstişkarlarım olmuşdur. Lakin ictimai rəy mənim əməyimi yüksək dəyərləndirməyə, eyni zamanda bunun əhəmiyyətini lazımi qədər qiymətləndirməməyə həmişə  meyl göstərmişdir. 
        Kitablar əbədiliyə məxsusdur.  Onlar insan əməyinin ən davamlı və  möhkəm məhsullarıdır. Məbədlər xarabalığa çevrilir, rəsmlər və heykəllər məhv olur, amma kitablarsa yaşamaqda, nəsildən – nəslə ötürülməkdə davam edir. Zaman kitab üzərində hökmranlıq etməyə qadir deyil. Kitablar çox əsrlər bundan oncə olduğu kimi, bu gün də təzədir. Onlar öz müəlliflərinin təfəkküründə, şüurunda əmələ gəliblər. O zamanlar deyilmiş və düşünülmüş fikirlər hətta bu gün də çap vərəqləri üzərindən bizə özünün ədəbiyyatda olan əvvəlki güclü təsirini göstərməkdə davam edir. İllər yalnız pisləri alaq otu kimi kökündən çıxarıb atır. Çünki sözün həqiqi mənasında layiq olan əsərlər  ədəbiyyatda uzun müddət yaşamağa qadirdir.
         Müasir romançıda səbir və təmkinlə işləmək xüsusiyyətləri olmaqla yanaşı, müstəsna uydurma və uyğunlaşdırma qabiliyyəti də çox vacibdir. Fikrən eyni zamanda həm keçmişə, həm də müasir dövrə baş vurmaq,  təsvir etdiyi hadisələrin dərinliklərinə varmaqdan ötrü o, həm də təxəyyül sahibi olmalıdır. İnsanlar və hadisələr barəsində doğru-düzgün mühakimə yürütməkdə, səbəb və məqsədləri üzə çıxarmaqda isə tənqidi intuisiya ona kömək edir. İnsan davranışlarının motivlərini dəqiq və aydın təsəvvür etdiyi təqdirdə yazıçı həqiqətən də yaxşı əsər yazmağa başlaya bilər.
         Az roman tapılar ki, onda  mübarizə, təqib, zorakılıq, seks, güclü xarakterlər, tank qoşunlarının hücumu kimi inkişaf edən hərəkət, həmçinin öz qəhrəmanlarına və həqiqətə hörmət hissi olsun.
        Sonrakı dövrlərdə bir çox müəlliflər tərəfindən yazılmış əsərlər isə onlardan əvvəlki ədəbiyyat nümunələrində təsvir olunmuş səhnələrin, xarakterlərin və hadisələrin sadəcə yeni variasiyasına bənzəyir. Bunların bir-birindən fərqi yalnız sonuncularda sənətkarlığın, gücün və atəşin az olmasındadır.
         Xeyli sayda müasir romanlar heç bir tərbiyəvi əhəmiyyətə malik olmadıqları  kimi, həm də heç bir məqsədə xidmət etmirlər. Onları mütaliə edərkən adamda daxilən heyvani hislər oyanır, damarlarda qan donur. Naməlum müəllifin yeni romanını oxuyarkən acılıq hiss etməyəndə, onun xeyirxah, ağıllı kitab olduğunu görəndə özümü xoşbəxt sanıram.
          Yaxşı kitabın qiyməti və cazibəsi onun sadəliyində, səmimiliyində, həmçinin xarakterlərin və hərəkətin motivlərinin gözlənilməyən çılpaqlığındadır. Belə kitabların dili və ifadə olunan fikirlərin sadəliyi, qeyri-süniliyi onu  şüurlu ədəbi zordan azad etmişdir. Amma bilərəkdən özünü çətinliyə salmaqdan daha çox açıq ürəkli sadəliklə yazmaq müşkül məsələdir.
           Yazıçının üslubu doğrudan-doğruya, həm də məxsusi xüsusiyyətlər kəsb etməklə yanaşı, obrazları zəngin və istiqanlı, sözləri isə sadə və enerjili olmalıdır. Böyük yazıçılar  parlaq müxtəsərlik istedadına malikdirlər.  Onlar inadkar zəhmətkeşlər, diqqətcil alimlər, gözəl üslubu  və mahir  qələmi olan adamlardır.
           Xoşbəxt yazıçılar çox məharətlə, demək olar ki, heç nədən bəhs etməyən   maraqlı, cəlbedici hekayələr yaza bilərlər. Müasir yazıçıların  ən böyük ədəbi günahları zahiri bəzəyə çox əhəmiyyət vermələri və xarici parlaqlığa məhəbbətləridir.  Şəxsən mən kitablarını professional ustalıqla yazan ədəbiyyatçılara  ehtiyatla yanaşıram.
           Hazırda çapdan çıxan kitabların əksəriyyəti inkişaf etməmiş və bədii cəhətdən zəif olan əsərlərdən ibarətdir. Müəlliflərin çoxu tez və başdansovma yazır, mətnlərdə çox nadir hallarda düzəlişlər edirlər. Nəticədə isə belə yazıçılar yetərincə üslub xətaları buraxırlar. Qəhrəmanların dialoqları qeyri-təbii səslənməklə bərabər, ifadə edilən sözlər yanlış, dil isə qüsurlu olur. Əksər kitablar süjetin və hərəkətin tamlığından, bütövlüyündən məhrumdur. Çox hallarda təhkiyə o dərəcədə uzadılır ki, adam bu cəfəngiyyatdan, boşboğazlıqdan lap usanır. Belə təsəvvür yaranır ki, yazıçı romanın sonrakı fəsillərində nədən bəhs edəcəyini heç özü də bilmir.  Bəzən onlar hər hansı bir səbəb və məqsəd kəsb etməyən, tamamilə anlaşılmaz və lazımsız səhnələr qurur, kitabın sonunda isə yeni iştirakçılara meydan verirlər.  Belə müəlliflərin personajları iyrəncəsinə təsvir edilmiş yırtıcıya, ya da mələyə bənzəyir.
       Bu tip qəhrəmanlarda həyat əlamətləri yox dərəcəsindədir,  əməlləri pis əsaslandırılmışdır. Onlar hansısa varlığın qeyri-müəyyən, fantastik probleminin həllindən ötrü sadəcə  simvol rolunu oynayırlar.  Qışqır-bağır salan və həqiqətə uyğun olmayan süjetləri də bura əlavə etmək yerinə düşərdi.

 Tərcümə edəni:
 Ağaddin Babayev
 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.