Cəlil Cavanşir -Bismillahla haqq yeyənlər və saxtakarlığı legitimləşdirənlər
04.05.17

“Qızıl Kəlmə” Mükafatının qaliblərinə sevgilərlə…

Ədəbi mükafatların verilməsi, ədəbi müsabiqələr mədəniyyətin və ədəbiyyatın inkişafı naminə vacib adddımdır. Bütün dünyada –ya da söhbətin coğrafiyasını çox böyütməyək –  örnək götürdüyümüz qardaş Türkiyədə, təsirindən çıxa bilmədiyimiz Rusiyada biz yüzlərlə belə gözəl nümunə görürük. Təəssüf ki, bizdə belə nümunələr demək olar ki, yoxdur.

İllərdir bu ölkədə keçirilən elə bir müsabiqə yoxdur ki, bir əmması çıxmasın. Hansı birini deyəsən, hansı birini nümunə göstərəsən?

Deyəsən bunu bir dəfə demişəm, bu ölkədə adamın haqqını “bismillah”la yeyirlər.

Azərbaycanda müsabiqələrin hansı formada, hansı meyarlarla keçilməsi heç kəsə sirr deyil. Hamı, hər şeyi bilir. Hamı hər şeyi bilsə də, heç nə düzəlmir. Əksinə, “hər şeyi bilən” “hər kəs”lər tədricən hər şeyi unudur, “balıq yaddaşlı” yaradıcı adamlar  təcrübəsiz balıq kimi tora düşür, düşdüyü torda bir müddət çabalayır və sonda ovçu tavasında qızarır. Beləcə bütün davalar, mübarizələr, müqəddəs amallar, bir sözlə hər şey məhv olub gedir. Bir də görürsən ki, hər şeyi bilən unutqan  “can-ciyərlərimiz”, özünü qoyub nadanlığa əli mükafat paylayanların, təqaüd verənlərin, müsabiqə keçirənlərin cibindən çıxır. Ədəbiyyat da, sənət də, mədəniyyət də dönür alver predmetinə. Alan da, satan da, satılan da məmnunluqla gərnəşir, şellənir, hətta yediyi haqqın qazı mədəsini qıcıqlandıranlar iyrənc-iyrənc üstümüzə gəyirir. Yenə də olan sözə olur, olan düzə olur, olan bizə olur…

Müsabiqələri, mükafatları, təqaüdləri tənqid edənlər beyqafıl təqaüd alır, müsabiqələrdə qalib olur, mükafat alıb tənqid etdiyi adamlarla sevincək şəkillər çəkdirir,  bəxtəvərliklə böyük-böyük adamlara, yekə-yekə təşəkkürlər edir və…xırda-xırda xırdalanır, kiçilir, cılızlaşır.

Beləcə adamlar “div”lərin əlində alətə çevrilir, kiçikləşir, cırtdanlaşır…

Bax bu bir qədər adamı yandırır, təəssüfləndirir, ruhdan salır. Ona görə təəssüflənirik ki, bu zərərdidələrin əksəriyyəti tanışlarımız, dostlarımızdır.

Mətləbi çox uzatmayacam, çünki yuxarıda qeyd etdiklərim yenə də hamının bildiyi, amma çoxlarının razılaşmayacağı, qəbul edə bilməyəcəyi sadə həqiqətlərdir.

İstəyirəm sizlərə Mədəniyyət və Turizm Nazirliyinin bu yaxınlarda təqdim edilən “Qızıl Kəlmə” Mükafatından danışam.  Bəri başdan deyim ki, bu mükafatın obyektivliyinə zərrə qədər də inanmıram. “Qızıl Kəlmə” qalibləri elan olunandan dərhal sonra aşkar və gizli müzakirələr başladı. Qaliblərin arxasınca asıb-kəsənlər tədricən susdu, sakitləşdi və növbəsini gözləmək üçün kənara çəkildi.

Təsadüfə baxın ki, bu mükafatın müxtəlif nominasiyalarında qalib gələnlər arasında nə az, nə çox düz  6 nəfər dost-tanışım, xətrini istədiyim, istedadına güvəndiyim samballı qələm adamları var. Rastlaşanda hər birini təbrik etmişəm, daha böyük uğurlar arzulamışam. Hətta aldıqları mükafatdan qonaqlıq vəd edənlər də var…

Qaliblərin mükafata layiq olub, olmaması başqa mövzudur. Çünki qaliblər arasında çox ciddi, samballı, ədəbiyyatımızda xidməti olan imzalar var. Söhbət müsabiqənin imicindən və dostlarımızın bu xoşagəlməz imicdən xəbərdar olduqları halda, bu müsabiqəyə qoşulmalarından gedir. Heç şübhəsiz ki, bu adamların mükafatlandırılması mükafat ətrafında yaranan söz-söhbəti kompensasiya etməyə hesablanıb. Dostlarımız, bu böyüklükdə saxtakarlığı “legitimləşdirib”…

Dəqiq bilirəm, bu sahədə az çox təcrübəsi olan hər kəs də bilir ki, bu mükafat sövdələşmə olmadan, “dayday”sız, tapşırıqsız verilmir. Bu barədə çox ciddi mənbələrdən, çox ciddi adamlardan məlumatlar almışam. Bilirəm, vallah bilirəm ki, siz də hər şeyi bilirsiniz.

Amma mən susub, mükafat, təqaüd, nominant növbəmi gözləmirəm. İstəyirəm deyəm, yazam siz də biləsiniz ki, sizin və çoxlarının bilib  üstündən keçdiklərinizi mən də bilirəm. İnanmaq istəmirəm ki, mənim sevimli dostlarım, sevdiyim qələm adamları bu sövdələşmələrdə, alış-verişlərdə iştirak edib və ya adlarından, imzalarından sövdələşməyə gedənlərə imkan yaradıb.

Əslində susmalıyam, çünki dostlarımı incitməyi sevmirəm.

Susmalıyam, çünki mənim də ehtiyac ucbatından geriyə çəkilməyə məcbur edildiyim məqamlar olub.

Susmalıyam, çünki mən özümü hamıdan daha çox uduzmuş hesab edirəm.

Amma susmuram, susa bilmirəm, susmaqdan utanıram. Susmuram, çünki öz həqiqətlərimə sadiqəm.

Dostlarımdan, onların yazdığı şeirlərdən, hekayələrdən, romanlardan, yazılardan utanıram.

***

Məncə uzun çəkən mübarizə dostlarımızı yordu, usandırdı.

Bəziləri yorulub getdi…

Bəziləri yorulub qaçdı…

Bəziləri yorulub öldü…

Bəziləri yorulub təslim oldu…

Bəziləri də yorulub mükafat aldı, təqaüd aldı, ev aldı, rüşvət aldı, vəzifə aldı.

Hamı yoruldu, hamı…

 

Və mən də yorulmuşam və bütün gözəl şeylərə rəğmən mən bu yorğunluqdan ölmək istəyirəm…

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.