“Türkiyə ədəbiyyatı antologiyası” ictimaiyyətə təqdim olundu
07.06.17

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) kitabının təqdimat mərasimi keçirilib.

Bakıdakı Yunus Əmrə İnstitutunda baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı təmsilçisi xanım Ufuk Arca Turganer, Avrasiya Yazarlar Birliyinin sədr müavini, yazıçı Osman Çeviksoy və digər qonaqlar, eləcə də Azərbaycanın tanınmış ziyalıları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud açıb. O, XIX–XXI əsr Türkiyə ədəbiyyatının mənzərəsinin ilk dəfə belə bir akademik formatda təqdim edildiyi, kitabın Türkiyə ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində nəzərdə tutulan növbəti ciddi layihələrin ilki olduğu haqqında söz açıb, hazırda Mərkəzdə “Türkiyə şeiri antologiyası” üzərində də işlərə başlanıldığını qeyd edib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri cənab Erkan Özoral çıxış edib. Səfir hər iki qardaş ölkənin ədəbiyyatlarının tanıdılması və təbliği istiqamətində Mərkəzin gördüyü işləri yüksək qiymətləndirərək, bu fəaliyyətin davamlı şəkildə həyata keçirilməsinə böyük ehtiyac duyulduğunu, Mərkəzin ərsəyə gətirdiyi bu kitabın Türkiyə-Azərbaycan qardaşlığının və doğmalığının önəmli timsalı olduğunu qeyd edib.

Türkiyədən tədbirə təşrif buyurmuş Avrasiya Yazarlar Birliyinin sədr müavini Osman Çeviksoy antologiyanın tərtibindən və bədii məziyyətlərindən danışıb. O, kitabın keyfiyyətli tərcüməsi və nəfis tərtibinə görə təmsil etdiyi qurumun rəhbərliyi adından Tərcümə Mərkəzinə təşəkkürünü bildirib və Avrasiya Yazarlar Birliyinin fəxri diplomunu Afaq Məsuda təqdim edib.

Tədbirdə iştirak edən qonaqlar da öz növbəsində Tərcümə Mərkəzinin iki qardaş ölkə arasında ədəbi əlaqələrin qurulması istiqamətində səmərəli fəaliyyətindən söz açaraq layihənin əhəmiyyətdən danışıblar.

Yenililklər
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.