Məmməd İsmayılın tərcüməsində Oleq Amiqinin  "Tigin ağacı" hekayəsi

07.07.17

Avanqard.net şair Məmməd İsmayılın tərcüməsində Oleq Amiqinin (Sidorov) Tigin* ağacı hekayəsini təqdim edir.

... Bu yerlərdə yay axşamları sakit və səssiz olur. Və indi yel heç zaman olmadığı qədər daha ruhoxşayıcı əsir. Sakit və ilıq sulu Çay da, məxməri yatağı üzərindən, ləpələrində dincini almaqda olan günəşə baxmaqda, dalğaları üzərində əks olunan səma cisimlərinin görüntülərini atıb-tutmaqda, yırğalan-dırmaqda idi. Sanki Həyat ilk dəfə dövranını buradan sürdürməyə başlamışdı.
Ya da belə deməyimiz daha doğru olar ki, haqqında söhbət açacağımız zamanlarda belə olmuşdur.
Bu Çayın sahilində zamanlar görüb, dövranlar sürənlər zaman-zaman bu Ağac haqqındakı dillərdə dastan olan məsəli tez-tez xatırlamalı olurlar.
İnsanların və təbiətin həyatında geri dönülməz dəyişikliklərin yaşıdı və şahidi olan Tigin Ağacıyla bağlı həzin bir məsəlidir bu.
Belə ki, zamanların qədimində bu Çayın bolsulu dik dalğaları ilə yaladığı daşlı, qumlu gözəl sahillərindən birində əvvəlcə sanki qamış, sonra pöhrə, sonra da güclü və cüssəli bir Ağac boy göstərdi. O ağac haqqında olacaq bundan sonrakı hekayətimiz.
Burda, bu yerlərdə böyük Çayı süsləyən üç vadi var. O vadilərdən birisi sonralar Orta, Böyük və Çoxsaylı adlandırılacaq vadilər bu çayın orta axarına şahidlik edir. Çay, elə bil ürək dolusu nəfəs ala bilmək üçün aradığı genişliyi sonunda tapır. Hər yaz susuzluğunu yatırmaq üçün Ona can atan geniş münbit torpaqlara su verməkdən usanmaz. Vadilər həyatın doğulması üçün yaradıldı.
Əsrlər boyu Çayın cənub münbit torpaqlarından dalğalarına qatıb gətirdiyi şirə çöküntülərlə ana dünyəvi varından ehtiyat yığaraq hər il bu yerlərin gücünə qeyri-adi güc qatır.
Əzəmətli Çayın sahilində “uşaqlıq” və “yeniyetməliyini” keçirən Ağac, verimli, münbit torpaqlarının şirələrini əmici kökləri ilə əmərək hər il qeyri-adi güc qazanıb möhkəmdən möhkəm olmağa başlamışdı.
İnadcıl, güclü Çay, sahil qonşuluğunda böyüyən və təbii fəlakətlər mübarizəsindən hər zaman bərkimiş və yetkinləşmiş çıxan Ağacın möhkəm gövdəsinə axan gücünün fərqindəydi.
Həyat üçün arzu - böyük gücdür. Hər bahar və yay açıq yaşıl iynə yarpaqlarını açmasıyla Ağac daha gözəl və güclü olurdu. Budaqlarının boyu beş-altı metrə çatmış və toprağa düşən kölgəsi böyüyüb daha geniş yer tutmağa başlamışdı. Ətrafa yayılan budaqlarının qoruyucu kölgəsi altına yayın yandırıcı istisində yaraşıqlı marallar və cüyürlər,quşlar, bütöv bir həşarat buludu, məxmər qanadlı kəpənəklərdən tutmuş eşşək və bal arılarına qədər böyük bir məxluqat sığınırdı…
Həyatsa yerində durmur, davam edirdi. Kənardan baxanlara olmasa da, Vadinin sakinləri üçün mühüm hadisələr bir-birini izləyirdi. Uğurlu həyat mərhələlərini uğursuz hadisələr əvəz edir, bu dəyişkən tale hardasa bir-birinin yerini alan ilin mövsüm dəyişikliklərinə bənzəyirdi. Yayı gah quraq, gah yağışlı, qışı qarlı, çovğunlu… Zaman isə ildən ilə acımasızca o Ağacı da, o Vadini də
başqa bir həyat üçün hazırlayırdı...
Çox keçməyəcəkdi ki, Çay və Ağac insan tayfaları ilə də danışacaqdı.
Gedib-gələn insanların ayaq izləri Ağacdan və sahildən azacıq uzaqda yola dönmüşdü. Adamlar əvvəlcə hələ pöhrə olan Ağacı fərq etmədən yanından keçib gedərdilər. Hər yayın gəlişi ilə Ağac Vadi sakinlərinin daha çox diqqət mərkəzində olmağa başlayırdı. Bir dəfə önəmsiz isti yay günlərinin birində Ağacın yanına dörd adam: iki yaşlı kişi və qadın, iki uşaq - oğlan və qız yaxınlaşacaqdı. Atlarından enib tələsmədən, kımıs dolu yol tuluğunu, çeşidli yeməkləri çıxaracaq, bütün əşyalarını yerbəyer edəcəkdilər.
Sonra onlar ağacın altını özlərinə məskən seçdilər.
Qadın başını qaldırıb çevrəyə göz gəzdirdi. Ağacın gövdəsinə nəzər saldı, güclə seziləcək bir him-cimlə uşaqlara artıq vacib bir iş görməyin zamanı gəldiyini işarət etdi. Və ağcaqayın kökündən düzəldilmiş kasanı götürüb kımısla doldurdu. Sayğıyla Ağacın kökünə doğru əyilib güclə eşidiləcək bir səslə bir şeylər pıçıldadı, sonra kımısı Ağacın kökünə töküb, ağacın ruhu üçün bir parça çörək və ət qoymağı da unutmadı. Sonra hörüyünün bir parçasını kəsib başındakı uzun, sarı-yaşıl lentlə birilikdə Ağacın gözəgəlimli budaqlarından birinə bağladı.
Gülümsədi və özü-özünə düşündü: "Ey Ağac - Sən Ana təbiətin yaratdığı ən güclü varlıqsan. Sən yerin şirəsi ilə qidalanır, günəşin hərarətini və küləyin təzə nəfəsini qoruyursan. Mən sənə ruhumun bir parçasını - qızlıq çağlarımda nənəmin hördüyü qızlıq bantımı sənə bağışladım. İndi isə qəlbimizi sənə etibar edirik, ey Ağac. Qəbul et bu hədiyyəmizi. Məni və ailəmi qoru!”.
İlk baxışdan əhəmiyyətsiz görünən bu hadisə Ağacın həyatında yeni mərhələnin başlanğıcı oldu. Bütün yolçular Ağacın yanına gəlməyi özlərinə borc bilib, ona hədiyyələr gətirdilər. Tezliklə onun ətrafa yayılmış budaqları al-yaşıl lentlərlə, bezlərlə, parçalarla süslənmiş oldu.
Qışda, soyuq olmasına baxmayaraq, yolçular üzərini qar bürümüş Ağacın qözqamaşdıran gözəlliyi qarşısında heyrətdən donub qalırdılar. Sərt qış küləklərindən iynə yarpaqları buz bağlayan Ağac, donmuş və tərk edilmiş didərginə bənzəyərdi. Amma təzə doğan günəş və yeni yağan qar ona şahanəliyini və gözəlliyini geri gətirirdi.
Mal-qaraları üçün daha verimli torpaq və otlaq axtarışında Orta Vadiyə gəlib çıxanlar da çox keçmədən bu Ağacın hansısa sehirli, qeyri-adi yüksək məqsədlər üçün yaradılmış olduğunu fərq edəcək, burada məskunlaşacaq və bu Ağacı sevəcəklərdi. Ona insan nəsillərinin və onların mal-qarasının müdafiəsi üçün yaradılmış təbiətdən gələn gücün və gözəlliyin təcəssümü kimi baxacaqlardı. İnsanlar inanırdılar ki, bu Ağacda Orta Torpağın çox sayda Böyük Vadilərin sahibinin ruhu yaşayır. Ağac çəmənləri, otları, gülləri, gölləri və çayları isti və soyuqdan qoruyur.
Və insanlar burada Ağacın kölgəli budaqları altında, barış, əmin-amanlıq, istilik və sərinlik tapırdılar. Onların hər biri təsadüfən və ya hansısa münasibətlə buraya yenidən dönərkən, xoş gələcək arzusuyla özləri və yaxınları üçün Ağacın budaqlarına niyyət lentləri bağlayar və beləcə, ruhlarının bir parçasını ağaca etibar edib gedərdilər. Ağac onların bu etibarını yetərincə dəyərləndirər və onların əmanətini göz bəbəyi kimi qoruyardı...
Bu yerlərin insanları üçün Çay və Ağac əfsanələrdə yazılan, nəğmə və olonxolarda tərənnüm edilən Müqəddəs Ağacın - Aal Luuk Masın yerüstü təcəssümü idi.
Ağac bütün Müqəddəs Vadinin həyat mərkəzi olmuşdu. Ağacın ətrafında Vadi sakinlərinin müxtəlif həyatları dönüb dolanırdı. Eyni gücdən qidalanan yaşıl otlar, meşələr, göllər Ağacla bənzər ritmdə yaşayırdılar. Solanda ondan üzr istəyir, çiçəkləyəndə onun xeyir-duasını gözləyirdilər. Ağac Ana Təbiət tərəfindən elə yaradılmışdı ki, hər budağı ayrı-ayrı talelərə himayədarlıq edirdi...
Uzaq diyarlardan uçub gələn quşlar Ağacın zirvəsinə qonardılar. Vadidə yaşayan quşlar üçün fərqi yoxdu, Ağacın hansı budağında yer tapsalar, sevinərdilər. Axı, onlar ən yaxın çevrənin təmsilçiləri idi.
Və bir dəfə bədəni və ruhuyla hər kəsdən güclü olan qəbilə başçısı Ağacın yanına gəldi. Baxışları sərt və təkəbbürlü idi. Böyük çay sularının genişliyinə və yaxın-uzaq çevrələrdə çiçək çiçəyi çağıran yaşıl təpələrə nəzər saldı. SonraAğaca təzim edib dibinə yaxınlaşdı. Gövdəsini oxşadı. Baxışlarının sərtliyi keçsə də, hələ də bir az narahat və düşüncəli idi. Bir müddət səssizcə ağac budaqlarının kölgəsində nəfəs dərib sonra diz üstə çökdü. Qalın dəri çantasından gətirdiyi hədiyyələri-yağda qızardılmış şirin çörəkləri ağacın dibinə qoydu. Dəri tuluqda köpüklənən kımısı köklərinə tökdü.
Sonra dodaqlarından sükutun səssizliyindən gələn gözəl səslər eşidildi: "Ey ağac! Sən əzəmətli və müdriksən! Sənin çoxəsrlik budaqların, güclü gövdən əsrlərin yaddaşını yaşadır. Sənin yanından sadəcə illər keçməmiş, həm də mənim soyumdan və başqa soylardan olan adamların da taleləri keçib getmiş.
Buz kimi soyuq qar fırtınası da, onlar kimi. Qəribə bir yuxu gördüm. Ağ patlarlı qədim əcdadım yanıma gəldi və söylədiyi sözlər ruhumu oxşadı: “Bizə elə gəlir ki, kökləri yerin şirəsindən güc alan, başına gələn hər sıxıntıdan bir az da möhkəmlənən Ağacı heç bir qüvvə yenə bilməz. Amma bəlli ki, sonsuza qədər yaşamaq mümkün deyil. Gərək başa düşək ki, Ağac haçansa yıxılacaq və yerində böyük bir boşluq qalacaq. Amma vaxt və həyat boşluğu sevməz. Və ətrafda olan nə varsa, hamısı yox olmaq təhlükəsi altındadır… İnsanlar da yetimləşir. Və yalnız Ağac haqqındakı xatirələri onlara sərinlik gətirir, günəşin yandırıcı istiliyindən, qışın soyuq küləklərindən örtərək qoruyur”.
Ağac cavabında bütün budaq və iynə yarpaqlarını əsdirərək onun sözlərinin doğru olduğunu təsdiqlədi. Və səs-küy içərisində Ağacın gizli sevinci eşidildi: "Mən nə haqda danışdığını və unudulmaz əcdadınızın nəyə işarət etdiyini də yaxşı başa düşürəm. Sən yaxşı olar ki, soyundan olan bütün insanları qanadlarının altına yığ və onlara gələcəkdə yaşaya bilmələri üçün ümid və inam ver”.
Ağac və ötkəm adam Çayın sahilində beləcə yan-yana dayandılar, gövdə-gövdəyə, zirvə-zirvəyə. Qəbilə başçısı Tiqin Ağacın kölgəsində elə bir ruhi hal keçirdi ki, bir anlığa xalqının gələcək taleyini də görə bildi.
Ağac və Tiqin o andan birləşib tək vücüda və gücə döndülər. Çay vadisindəki bu görüş üçün onlar Zaman və Tale tərəfindən seçilmiş, güc və xarakterlərinə görə hikmət sahibi olmuşdular.
Həyat dinc və sakit axarıyla davam edirdi. Amma heç bir şey zaman qədər qırılğan və kövrək olmur. Və burda, bu vadidə Zaman maddiləşib özünün uçucu, keçici, dəyişkən mahiyyətini ifadə etməkdəydi. Ola bilər ki, Zaman, durğun həyatın dəyişmə vaxtının gəldiyinə qərar vermişdi.
Şübhəsiz ki, həyat Yer üzünün Ortasında dərədən axan sel kimi döngələri dönərək, bəzən ləngiyə, bəzən quruya, amma yaz yağışlarının suyunu içərək yenidən qabararaq, yaşam coşgusuyla, qayaları dəlib qarşısındakı əngəl sədlərini keçib coşur və yalnız bundan sonra sakit vadilərdə rahatlıq tapır. Sahilində böyüyən bitkiləri sulayan dərə suyu kimi hər hansı bir həyat da yeni və fərqli həyatları yaşatmaq üçün yaradılmışdır.
O da dərə suları kimi böyük çaya tökülür və elə həmin anda da özünün azadlığını büsbütün itirərək yeni bir anlam qazanıb onun bir hissəsinə çevrilir.
Bir dəfə Atəş oxu ilində ağlagəlməyən bir hadisə baş verdi. Gələcək dağıdıcı fəlakətləri hiss eləyən Çay, qışın uzun gündüz və gecələrində yığmış olduğu güclə ayaqlanıb ətrafda nə varsa, süpürüb suları altına alıb uddu. Yalnız Ağacın ətrafında kiçik bir quru adası qaldı. Bəlkə, bunula da o Qərbdən açıqda özünü dost kimi göstərib, amma kinli düşmən kimi davranacaq yad gücün gələcəyini xəbər vermək istədi.
Yeni bir zaman gəlmişdi. Bu yerlərin ruhu narahat olub uzun sürə Ağacın iynə yarpaqlarında titrəyib əsdi: nə etməli? Nəyi gözləməli? Bunlar Çay vadisində yaşayan bütün sakinlərin əsas sualı idi.
Yadlar, yeni gələn tayfalar ruhlarını, fiziki və mənəvi xəstəliklərini də özləri ilə birlikdə gətirdilər. Yad ruhlar və onların gətirdiyi belə fəlakətlər indiyə qədər bu Vadidə görünməmişdi. Burda məskunlaşan ya da buradan keçib gedən tayfalar təbiətin qanunları ilə tanışdılar və yalnız Ana Təbiətin Həyat Kitabını oxuyurdular. Ağac insan tayfalarından gələn enerjini, fikri və duyğunu qəbul edir, zaman tərəfindən çevrələnən gövdəsində həyəcan keçirmiş; onların təşvişlərini, yalvarışlarını, niyazlarını, sevinclərini, göz yaşlarını ağac yaddaşına yazmışdı. Ağac onların qəmlərindən xəstələnirdi, əzab çəkirdi və bəlkə, buna görə də insan tayfalarının qurtuluşu olurdu.
Amma Ağac nə qədər güclü olsa da, Vadiyə Qərbdən gələn yad tayfaların fikirləri və hərəkətləri ilə bacara bilmirdi. Ağacın həyəcan və çağırışlarına yadların duyğuları kar və kor idi.
Atrıq hər şey bu vadidə yaşayan insanlara qalmışdı. Bu yad tayfaları onlar necə qarşılayacaqlardı? Yad tayfalar Vadinin və Ağacın qanunlarını qəbul edəckdilərmi? Ya da bu yerləri, onda yüz illər boyu məskunlaşmış olan sakinlərinin sevdiyi sevgi ilə sevə biləcəkdilərmi? Ağacın səsinə, Ağacın ruhuna qulaq asacaqlardımı?
Bu suala kim cavab verə bilər ki?
Çay vadisinə gəlib yerləşən yeni gücün öz qanunları vardı və bu qanunları da izləyəcəklərdi.
Bir dəfə Vadinin yeni sakinləri ilə mübarizədən yorulub əldən düşən Tigin yenidən Ağacın yanına gəldi. O, ağacın qüdrətli gövdəsinə yaslanıb bütün bu illər ərzində ilk dəfə göz yaşı tökdü. Göz yaşları Ağacın çopur gövdəsindən kökünə doğru axıb toprağa qarışıb yox olurdu. Bəlkə də, heç yox olmurdu, Ağac, dostunun dərdini bölüşmək üçün, onun göz yaşlarını içinə çəkirdi. Tigin
diz çöküb səsləndi: “Olanlar oldu. Qərbdən gəldilər və bizi yendilər”.
Məğlub olsa da, sınmış deyildi Tigin. Ağac bunu yaxşı bilirdi…
Tigin babasından ona qalan gümüş işləməli sərt dəmirdən hazırlanmış bıçağı çıxarıb kəskin bir hərəkətlə Ağacın ayağı altındakı torpağa sapladı: “Saxlamaq üçün bunu sənə əmanət edirəm!”.
Beləcə hər zaman keçmiş rifahın, sərvətin, gücün, birliyin, bərəkətin təcəssümü olan bu Yakut bıçağı yerüstü sahibini itirdi. Tigin ata-babalardan gələn əmanəti Ana-Təbiətin ümidinə buraxdı. Ayağa qalxıb, qədim Saysar Gölünün yanındakı komasına doğru yol aldı.
Bu dar gündə iynə yarpaqlarıyla Ağac uzun zaman səslənə-səslənə qaldı. Sanki etibarlı və yaxın dostu kimi Tiqinlə vidalaşırdı. Sonralar insanlar onu “Tiqinin Ağacı” adlandıracaqlardı. Və yalnızca Ağacı yaradan Təbiətin hikmətinə deyil, eyni zamanda xalqını birləşdirməyi bacarmış, Ana-Təbiəti başa düşən və onun gücündən güc alan Tiginin xatirəsinə də baş əyəcəklərdi.
Ağac haradansa güc alaraq aşağı budaqlarını əsdirərək hayandansa əsən gözlənilməz küləkdə qurumuş çör-çöpünü və iynə yarpaqlarını dibinə tökürdü.
Hər şey deyilən kimimi olmuşdu? Bizə məlum olan budur ki, Ağac öz əvvəlki görkəmini aldığı zaman sıx yaşıl otların içindəmi, yoxsa yaxından axan Çayın sularındamı, bilinməz, amma o zamandan bu yana Tiqinin bıçağını gördüm deyən olmadı. Artıq Ağaca da növbə çatmışdı. Yad tayfalar Ağac gövdəsinin möhkəmliyini görüb öz ehtiyacları üçün ondan faydalanmaq istədilər. İti dəmir balta ilə gövdəsindən kəsib taxta çəkdilər. Sonra o taxtalardan qayıq düzəltməyə başladılar. Və beləcə möhkəm bir qayıq alındı.
Ağac Vadinin uğursuz günündə sanki bu amansız dəyişikliyin qarşısının alınmasının mümkün olmadığını hiss edərək hər otu, hər yarpağı solub ixtiyarını taleyin uğursuzluğuna verdi. Amma yenə də təbiətin Qanunlarına boyun əyən Ağac, kökündə yeni həyat cücərtiləri verməyə hazırlaşacaqdı.
Bəlkə, bu tumurcuqlar və fidanlar Tigin Ağacının gücünə ulaşmayacaqdı.
Amma onların hər biri təşəbbüskarlarının yaradıcı ruhunu və gücünü mənimsəyərək öz hədəflərini yerinə yetirəcəkdilər. Onlar itirməyi bacarmazlar, əgər belə bir iş baş versə, yenə də onların özlərinə məxsus həyatı idarəetmə təcrübələriylə ayaqda qalacaqdılar.
Çayın və Ağacın bütün sakinləri üçün meydana gələn bu hadisələrə bəhanə və bəraət tapmaq çətindi. Lakin bir şey aydın idi ki, bunlar qaçınılmazdır. Sanki bütün hava hissəcikləri bu yeni hisslərlə doldurulmuşdu: qaçınılmazlıq və acımasızlıq!
Ağacın Ruhu da istisna deyildi. Səssiz axşamların birində dərin-dərin içini çəkib Ağacın yuvasından uçmuş, bir zamanlar mişarla parçalanmış, qayığa dönmüş Ruhu böyük Ağacın yanına qayıtmağa qərar verdi. Ruh üçün çox fərqli zamanın yeni bir həyatı başlamışdı. Bunun üçün həyata yenidən nəfəs vermək, əldən çıxanları yenidən əlaqələndirmək, parçalanmış Ağacı yenidən bir vücudda birləşdirmək lazımdı. O zaman Ağacın Ruhu Ağacın bədəninə qayıtdı, o özü və onu əhatə edən Vadi və Çay başa düşdülər ki, qayığa döndərilən Ağac yaşamağa davam edir.
Çayın suyu qayığa dönən Ağacı yenidən oxşamağa başladı. Amma nə zaman ki, dalğalar qəzəblə ona hücum çəkib içindəkilərlə birlikdə batırmaq istədi, Ağac Çay tərəfindən bu hərəkətin onun yetirmələrinə qarşı ədalətsiz olduğunu düşünüb bu haqsızlığa qarşı durmağa çalışdı. Bu mübarizədə Çay üstünlük qazanacaqdı. Amma bu qələbə deyildi. Sadəcə Çay öz sarsılmazlığını
sübut etmiş olacaqdı: həyatda hər kəsin bərabər yaşamaq haqqı var! Əsası olan budur ki, istədiyin kimi dəyişə bilməzsən! Həyat axışı sonsuzdur, onu qandırmaq olmaz. O özü hər şeyiyerbəyeredir. Zamanınaxışı sürəklivə acımasızdır.
Bəsbukeçənvaxtərzində qayığanə oldu? QayıqolanAğacbir çoxyeniliklərlə qarşılaşdı, Çayınkeçdiyiyerlərdə yeni-yenitorpaqlargördü. Həttabirdəfə ŞimalBuzluokeanınınböyükgeniş səthinə də çıxdı. Buzparçaları sağından,solundankeçibonatoxunubəzməyə çalışdı. Və sonraAğachəyatınyalnızmüxtəlifyönlü və təhlükəliolduğunudeyil, şərtlərə görə onaitaətetməklazımgəldiyinidə başadüşdü. Onudabaşadüşdü ki, ənbaşlıcası onunözünün - yəniAğacruhunungüclü olması gərəkdir. Yalnıztəsadüflərə boyunəyməkdeyil, həttalabüd çətinlikvə qəzadandaqorxmaqlazımdeyil. Həyatgüclə yenilir, ammaruhlayaradılır. İstər İnsanolsun, istərsə də Ağac! OrtaDünyanınyaratdığı buTəbiətqanunuhərkəs üçünkeçərlidir. Hər şeyidəyişdirməklazımdır. Görüntüsünü dəyişibqayıqolanAğacəslində mahiyyətinidəyişməmişdir: onunvaroluşuətrafdacanlı nə varsa, hamısınaxeyirvə faydagətirir. İnsanlaronanəyietibaretmişdilərsə, hamısını yaddaşınındərinliklərində qoruyubsaxlamışdır: pıçıltıylamı, bağırmaqlamı, budaqlarını əskiparçası bağlayaraq, içlərindəkimüqəddəsəmanətləri, dərdinsınağındankeçəndə, sevincinqanadlarındauçmaqlarını, hıçqıraraq, yadaqəh-qəh çəkərəknə varsa, onungövdəsinə etibaretdiklərininhamısını.
... Zamanla məruz qaldığı suyun, günəşin və küləyin təsiriylə qayıq yararsız hala gəldi. Artıq insanlara fayda gətirəcək vəziyyətdə olmadığına görə onu  Çayın qumlu sahilinə tərk etdilər. Ağacın uzun həyatı beləcə bu fani yerlərdə sona çatdı. Yavaş-yavaş çürüyərək, yeni vəziyyətə düşərək, ola bilər ki, o yeni bir görüntü, yeni bir həyat qazanırdı. Həyatında çox şeylər yaşamış Çay isə öz qüruru ilə barışıq içində sakitcə Ağacla vidalaşırdı. Dalğaları ilə Ağacın son qalıntılarını da sahildən ağuşuna çəkib dərinliyində batırıb yox edirdi. Kim bilir, bəlkə də, Çayın Ağaca ehtiyacı varmış?! Ya, bəlkə, Ağac özü də Çaya qovuşmağın həsrətini çəkirmiş?!
Göy üzü birdən birə təmizləndi. Buludlar uçub dağıldı. Göylərin dərinliyindən Çayın ayna kimi səthinə düşüb rəqs edən gün şəfəqləri ətrafda nə varsa, hamısının gözünü qamaşdıraraq rəqs edib Ağacın qalıqları üzərində dayandı.
... Zaman keçir. Çox şeylər unudulur. Ammaeyniyerdə, Çaysahilində nə zamansabitibböyümüş Ağacındumanlı siluetiniinsanlarzaman-zamangörəcəklərdi. Yox, bu, xəyalətdeyil, əsrlərinsisindənboygöstəribyalnızxüsusiadamlarıngözünə görünənAğacınobrazıdır: böyükvə güclü! Yenə də əvvəlkikimi, onuniynə yarpaqlarındarüzgarlar ötüşməkdədir.Və elə ozamandagörə bilərsinizonayaxınlaşandördnəfərlikailəni. Oğlaninaldaağacınköklərində Həyatıngücü və hikmətiolanTigininbıçağını, qızisə yaşıl şamgövdəsində və onubürüyənbudaqların çevrəsindəkiiynə yarpaqlararasındaAğacınruhunuaxtarır.
Həyat özaxarı ilə davamedirmi?
Ağac əlbəttə daha yaxşı bir tale istərdi. Amma istər insan ol, istər ağac, fərq etməz, bütün canlı varlıqlar üçün elə bir vaxt gəlir ki, soyuq arteriyalara qandal vurur, dünya ətrafda dəyişir, daha amansız və acımasız olur... O zaman başqa bir dövran gəlmişdir deməkdir. Ola bilər, bu axardan həyat dəyişməsin.Yağış və qar! Doğum və ölüm! Su və qan! Gül qırmızı ləçəklərini açır. Tutqun havaları günəşli günlər əvəz edir. Çaylar heç vaxt tərsinə axmayacaq. Və ilk dəfə özünün və əcdadının həqiqətini dərk edən oğlan Tiginin o dəyərli bıçağını nə zamansa Həyat Ağacı-All Luuk Mas adlandırılan əfsanəvi Tiqin Ağacının ayaqları altında, kökləri arasında axtarmaqdan yorulmayacaq! Tək arzusu bıçağı tapar-tapmaz xalqını xoşbəxt etmək üçün onları bu münasibətlə ağacın kölgəsinə yığmaqdır.
... Çayın sahilinə çıxır oğlan. Və indi böyük Çayın dalğaları şahanə taxtında oturmuş günəş şəfəqlərinin əksini oxşayıb oynatmada…
 
 
--------------
* Tigin Darhan yaqutların Hanqal boyundan olan çox saylı əfsanələrində adı keçən ünlü
Yaqut qəhrəmanı və XVI-XVII əsrlərdə yaşamış, rus işğallarına qarşı savaşmış, Yaqut boylarını
bir bayraq altında birləşdirməyə çalışmış Yaqut xanıdır.

/azyb.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.