Mübariz Örənin "Balıq gülüşü" kitabının təqdimatı keçirilib
14.07.17

"ATV Kitab" və "Hədəf Nəşrləri"nin yeni "Çağdaş nəsrin ustaları" seriyasından ilk kitab işıq üzü gördü. Bu töhfə yazıçı Mübariz Örənin "Qazanılmış günün siestası, yaxud balıq gülüşü" adlı ilk povest və hekayələr kitabıdır. 13 iyul 2017-ci ildə Dövlət Gənc Tamaşaçılar Teatrında həmin kitab oxuculara təqdim olundu. Yazıçının çoxdan bəri gözlənilən kitabının təqdimatı elə teatr diliylə desək, böyük anşlaqla keçdi. Qeyd edim ki, kitabın Naşiri Müşfiq Xan, redaktoru Səlim Babullaoğludur. Tədbiri şair Səlim Babullaoğlu açdı:
  "ATV Kitab" və  "Hədəf  Nəşrləri"nin  birgə layihəsi olan "Çağdaş nəsrin ustaları" seriyasından ilk kitabı işıq üzü görüb. Bu həm də yazıçı Mübariz Örənin ilk kitabı – "Qazanılmış günün siestası, yaxud balıq gülüşü" adlı ilk povest və hekayələr kitabıdır. Bu gün həmin kitabın imza və təqdimat günüdür. Mübarizin ilk kitabı olsa da, ədəbi mühit onu çoxdan tanıyır və ciddi imza kimi qəbul edir. Kitabda tənhalıq, mistika, əxlaq, deqradasiya, texnologiya, eşq və ehtiras, uşaqlıq... bir sözlə çox mövzulara toxunulub. Əminəm ki, kitab oxucular tərəfindən maraqla qarşılanacaq. Mən "ATV Kitab" və "Hədəf" nəşrləri adından Mübarizi kitabının çap olunması və əlli illik yubileyi münasibətiylə təbrik edirəm”. 
  Tədbirin aparıcısı və kitabın ön söz müəllifi professor Cavanşir Yusifli davam etdi:
  "Yeni layihədə ilkin olaraq məhz Mübariz Örənin kitabının çap olunması heç də təsadüfi deyil. Məncə, bu tale, qismət, onun istedadına bağlı olan məsələdir və çox xoş bir haldır. Əvvəla mən onu kitabının işıq üzü görməsi və əlli illik yubileyi münasibəti ilə təbrik edirəm. Yer üzündə milyonlarla insan yaşayır. Amma onların heç də hamısı zəngin insan deyil. Daxili zənginliyi, istedadı olanlar çox azdır. Zəngin təcrübəsinə güvənib yazanlardan biri Mübariz Örəndir. O, müsahibəsində deyir ki, nə vaxtsa şeir də yazmışam, amma onları heç vaxt üzə çıxarmaram. Mən onun on altı yaşında yazdığı hekayəsini oxudum. Düşündüm ki, bu yaşda insan bunları necə görüb, necə yazıb?! Bayaq dediyim daxili zənginliyin bir qismi insana gördükləriylə, həyat təcrübəsiylə, bir qismi isə genlə, qanla keçir. Müəyyən təmiz və xeyirxah qüvvələrin köməyi ilə ötürülür. Buna dünyanın bütün dillərində istedad deyirlər. 
 
 

  Mübariz müasir Azərbaycan nəsrinin istedadlı nümayəndələrindəndir. Özünəməxsus təhkiyəsi, baxış bucağı olan yazıçı yaşadıqlarının, gördüklərinin dərininə nüfuz edərək yazdığı əsərlərdə göstərməyi bacarıb. Hekayələrində təhkiyə havası,  başqa sözlə desəm, iqlim anidən dəyişir. Kiçik mətnlərdə bu cür qəfildən yox, ritmin anidən dəyişməsi onun srtukrunun  orijinallığının göstəricidir. Müxtəlif mətnlərdə seçmə detallar nəzərdə qaçmır. Bunlar elə detallardır ki, çox kritik bir məqamda yazıçıya hislərini konkret sözlə yazmağı qadağan edir, "mənanın çevrilməsini" göstərməyi məcbur edir.
 

 
  Son günlərdə oxucuların heyranlıqla qarşıladığı "Ağ buludlar” povesti Mübarizin digər mətnlərindən kəskin şəkildə fərqlənir. Janr dəyişikliyi kəskin hissi qavrayışlar oyadaraq təhkiyədə yeni atmosfer yaradır. Mən Mübarizi bu dəyərli kitabın nəşri və əlli illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm və sözü onun gənc dostu şair Fərid Hüseynə verirəm:
 
 

  "Bizim ədəbi nəsil ədəbi prosesin içində böyüyüb. Bəzilərimiz 17-18, bəzilərimiz 20 yaşından yazmağa başlamışıq və bu ədəbi mühitin içində böyüyüb formalaşmışıq. Amma Mübariz Örəndə bu tərsinə baş verib. Bu mənada ki, Mübariz ədəbiyyatı içində böyüdüb yazmağa başlayıb. Buna görə də, əsərlərinin belə püxtəliyə, səriştəli dilə malik olması heç də təsadüfi deyil. Mübarizin əsərlərində elə ideyalar ortaya qoyur ki, o, təkcə Azərbaycan oxucusu üçün deyil, dünya oxucusu üçün də həmin məsələlər düşündürücüdür. O, təkcə əsərləri ilə yox, insanlarla münasibiylə, xoş rəftarı, insani keyfiyyətləri və yazıçılıq istedadıyla da fərqlənir və oxucularının, həmkarlarının qəlbinə yol tapır. Mən Mübarizi əlli illik yubileyi münasibəti ilə təbrik edir və bütün yuvarlaq yaşlarının öz ifadəsini belə kitablarla tapmasını arzulayıram”.
 
 

  Bu kitabın ortaya, ərsəyə gəlməsində nəşriyyatın da böyük rolu var. Tədbir kitabın naşiri Müşfiq Xanla davam edir:
  "Mən bu gün kitabsevərləri, kitab ətrafında yığışan adamları bu kitabın işıq üzü görməsi münasibətiylə təbrik edirəm. Mübarizin son dövrlərdə çap olunan və ona ən çox səs gətirən, xal gətirən "Ağ buludlar" povestini mən çox ehtiyatla, fasilələrə oxuyurdum ki, tez bitməsin. Ümumiyyətlə, Mübariz bəyin əsərləri bugünkü nəsil üçün, mənim fikrimcə, artilleriya yarada biləcək mətnlərdir. Hərçənd ki, Mübarizin oxucuları göründüyü kimi çoxdu, mən ona daha çox oxucu və müvəffəqiyyətlər arzu edirəm. Bundan başqa, "ATV kitab" və "Hədəf nəşrləri"ni də bu kitab münasibətiylə təbrik edirəm”. 
 
 

  Sonra yazıçı Zahid Sarıtorpaq fikirlərini bölşüdü:
  "Mən Mübarizin hekayələrini oxuyub belə bir qənaətə gəldim, ki, çağdaş Azərbaycan ədəbiyyatında çox gözəl bir yazıçı yetişir. Və çağdaş ədəbiyyatdan umduğumuz istiqamətləri, yönləri özündə birləşdirir. Əsərin dəyəriylə bağlı tənqdiçilər daha yaxşı danışar. Amma mənə elə gəlir ki, Mübarizin əsərləri günümüzlə səsləşir. Ədəbiyyatımız tarixən ehtiyac duyduğu mətnlər var burada. Mən onu Azərbaycan ədəbiyyatına işıq salacaq bir yazıçı kimi görürəm və buna əminəm. Mübarizi yubileyi münasibəti ilə də təbrik edirəm.” 
 
 
 

  Zahid Sarıtorpağın ardınca tibb elmləri doktoru, professor Fazil Abbasov Mübariz Örəni təbrik etdi:
  "Mən Mübariz Örəni çoxdan bəri gözlədiyimiz bu gözəl kitabın işıq üzü görməsi ilə bağlı təbrik edirəm. Ona uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Mübariz dəyərli yazıçıdır və əsərlərində insanları düşündürməyi bacarır. Yaradıcılığında yeni-yeni uğurlar arzu edir, yubiley münasibətilə ürəkdən təbrik edirəm”.
  Filologiya elmləri doktoru, yazıçı, tənqidçi Rəhim Əliyevin də fikirləri maraqla qarşılandı:
  "Mübariz əlli yaşında ilk kitabını çıxarıb. Amma bu çox dəyərli kitabdır. Sonuncu əsəri "Ağ buludlar" povesti çox gözəl əsərdi. Mən çox bəyəndim. Xüsusilə də, yazıçı üslubu və dili mənim olduqca xoşuma gəldi. Bilirik ki, Mübariz uzun illər Rusiyada yaşayıb. Bu əsərdə Mübarizin gördükləri yaşadıqları müəyyən miqdarda öz əksini tapıb. Öz dediyinə görə əsərdə avtobioqrafik heç nə yoxdur (gülür). Hər halda bu əsər hər şeydən vacibi ədəbiyyat üçün çox mühüm bir hadisədir. Kim ki ədəbiyyatı söz sənəti, söz kimi, həyat kimi, həyat haqqında elm kimi sevir, həmin povesti oxusun. Peşman olmaz.  Mən Mübarizi bir daha təbrik edirəm, həm yubileyi, həm də kitabının nəşri münasibətilə”. 
 
 

  Yazıçı Rövşən Asifoğlu Nurani də çıxış etdi: 
 "Mən böyük həvəslə, sevinclə Mübariz qardaşımı təbrik edirəm, müvəffəqiyyətlər arzu edirəm. Çünki yazıçının uğuru, müvəffəqiyyəti bütün xalqın, bütün toplumun, cəmiyyətin uğurudur. "Biz kitab əhliyik", bu o deməkdir ki, biz Allah tərəfindən kitab verilmiş qövmük.  Bizim müqəddəs kitabımız var. Mən sizin kitabla kamilliyə getmək inancınızın kamilləşməsini arzu edirəm. Həmişə cəmiyyətdə problemlər var. Çıxış yollarının da kitabda olduğunu bilirik. Kitaba doğru getsək bu çatışmazlıqları, əyri-əskikləri aradan götürə bilərik. Kitab ən yaxşı işıq yoludur. Bu gözəl gündə burda sizinlə olduğuma görə çox şadam. Özümü də, sizi də bu gözəl gün – kitabın doğuluşu münasibəti ilə təbrik edirəm”.
 
 

  Tədbir qaynar müzakirələr, söhbətlərlə davam etdi. Oxucularla yanaşı bir çox tanınmış simalar da tədbirin qonaqları vardı: Rüstəm Kamal, Qulu Məhərrəmli,  Aqil Abbas, Fəxri Uğurlu, Baba Vəziroğlu, Əli Şirin Şükürlü, Qismət, Qan Tural, Səxavət Sahil, Mirmehdi Ağaoğlu, Azər Qismət və başqaları.
  Qeyd edim ki, Mübariz Örənin "Qazanılmış günün siestası, yaxud balıq gülüşü" kitabında on hekayə və bir povest yer almışdır. Hekayələr bir-birinin ardınca ta "Qar Tanrısı"ndan tutmuş "Göyqurşağı"na qədər ucadır, rəngarəngdir. /Artkaspi.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.