Gülnar Səma - Elşad Ərşadoğlunun poetik dünyası
25.09.17

Tələbəlik illərimizi eyni qrupda paylaşdığımız Elşad Ərşadoğlu "taleyinin iş vaxtında" yeni bir kələfin ucunu açmağa çalışıb.
 
Üçüncü minillikdə çap olunan "Yarsan mənim ürəyimi", "Kələfin ucu"nu tapmağa yardım edir. İkinci kitabı olan "Kələfin ucu"nun özəlliklərini elə yazarın öz sözləriylə varaqlayaq: "Bu boyda Azərbaycan türkcəsində mən Ona bir söz tapıb deyə bilmirəm"- söyləyən Elşad poetik tapıntılar etməkdə heç bir çətinlik çəkmir, sanki o özü tapıntıların əlinə keçir. Elə bu səbəbdən də "kəsilib özümə qənim taleyim" - deyir, ona görə ki, "Yaman qəribədir mənim taleyim". Hərdən olur ki, həmin tale "Zülmətdə yaşayır yuxular kimi".

Bəzən, doğrudan da, Elşad öz gerçəkliklərini poeziyaya təslim edir. "Qaçıb tənhalığın əlindən hər gün, Girdim xəyalların qucağına mən" - etirafını etsə də, "Xəyal hava deyil, xəyal su deyil, Nə qədər xəyalla yaşamaq olar?" - sualı ətrafında baş sındırır. Gəldiyi qənaət isə poetik şəkildə əks olunur:  "Xəyalınla birgə yatıb dururam, İndi tənhalığın acığına mən". Şair qəribə səmimi etiraflarını da əsl poeziya dilində çatdırmaq istəyir: "Sən məndən səadət umma, əzizim, Mən özüm səadət dilənçisiyəm". Özünütəsdiq səbəbi də çox inandırıcı şəkildə ifadə olunur: "Mən sənə qəm-kədər verə bilərəm,  O da çox çətin ki, gərəyin olsun". Başqa bir tutarlı səbəb də odur ki, "Ürəyimdə yaman darısqallıqdı, Yarısın söz tutub, yarısın Allah". Elşad hətta günahsızlığın cəzasını da özünəməxsus formada verir: "Yalandan özümə məhkəmə qurub, Sonra bağışlayıb, əfv edəcəyəm".

Şair "amansız hakim" olmaqla yanaşı, hərdənbir razılığa gələn həssas aşiq də olur: "Sənə bundan yaxşı nə təklif edim, Dörd otaq verirəm öz ürəyimdə". Şərtini də qoyur ki, müqavilədən boyun qaçırmaq fikrinə düşsən "Səni öldürüb öz əllərimlə mən, Sonra dəfn edəcəm düz ürəyimdə". Müəllif əsərlərində səmimiliyə o qədər aludə olur ki, "Səadət dilənçisi"nin gileylərini də şeirləşdirir: "Dünən həsrətimin bir yaşı oldu, Zəng edib təbrik də eyləmədin heç". Belə məqamlarda tələbkar aşiq olan şair müvəqqəti insanların adını "fəxri qonaqlar kitabı"na yazır. Müəllif bir şeirində ürəyə gedən yolların ayrıclarının özəlliklərini göstərir. Onun da ürəyinə yol tapmaq istəyirlər, o da bir ürəyə yol tapmaq istəyir, lakin hədəf seçdiyi şəxs "Ürəyinin hər yanına "Giriş qadağandır..." yazıb".

Elşadın yaradıcılığında dərin mənalar olduğuna görə, bəzən fikirləri dolayısı ilə çatdırır. Sadəcə bir kəlmə ölüm və ya intihar məsləhəti yerinə; "Bir kəndir, bir ağac, bir də cəsarət məni unutmaqçün edər kifayət" - deyərək mükəmməl köçürmə edir. Poetik düşüncələrində tələbkar olduğu qədər də məsuliyyətli olan müəllif son görüşdə "səni gözlərimə köçürüb gəldim"- söylədiyi andan "Gözlərimi qırpmamışam o vaxtdan, Birdən gözlərimdən düşərsən deyə" - ehtiyatsızlıq etmədiyini nümayiş etdirir. Nümunədəki ikibaşlı sözlər müxtəlif məna çalarlığı yaradır. Bəllidir ki, gözdən düşmək frazeminin məcazi mənası məhəbbəti sıfıra endirir. Şair, təxəyyülünün məhsulu olan gözəllə qeyri-müəyyən bir məkana getmək arzulayır. Elə bir yerə ki, oranın mövcudluğu məkansızlığa bərabərdir:

Gəl batmamış bu dünyada
biz günaha, şərə gedək.
Şirin-şirin arzuların
çin olduğu yerə gedək.  

Elşad sevgi tutumlu misralarla yanaşı, digər mövzularda da tapıntılara üstünlük verən müəlliflərdəndir. Qələmlə dostluqdan şikayətlənir ki, "Girib ürəyimin qılığına o. Qoymadı bir dənə sirr qala məndə"- buna görə də, yeganə çıxış yolu qalır ki, səmini etiraf etsin ki, "Mən yazıq aldandığımı Bilə-bilə aldanıram". Bu aldanışın bünövrəsi çox uzaqlara-uşaqlıq nağıllarına gedir: "Kül başıma işıq gələn səmt qaldı, İt səsinin marağına gəlmişəm". Folklorun təsiri hiss olunan bu misraların davamı fəlsəfi düşüncələr axarına düşür: "Bu dünyaya gəlmək fikrim yoxuydu, O dünyanın acığına gəlmişəm". Bu dünyadakı missiyasında sözün hörmətini saxlayan şair, sözdən də bunun  qarşılığını görərək deyir: "Varağın üzünü qaraldan qələm, Hər yerdə üzümü ağ etdi mənim". /525.az/

Yenililklər
04.05.24

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.