"Ana layla"sı ilə dünyanı ağladan, qarmonuyla İrana qarşı savaşan Rəhman Əsədullahi kimdir? - FOTOLAR
13.11.17

Sehrbazın əlləri…

Təsadüfən bir mahnı parçası dinləyəsi oldum. Qarmonda  elə bir ifa eşitdim ki, sözün düzü, mənim kimi musiqiyə həssas bir adamı təəccübləndirdi. İfa deyildi, nəsə başqa  bir şey idi.

Barmaqlar dillərə toxunduqca, yaylılan musiqi sadəcə könlümü  oxşamadı, qəmgin notlara yüklədi. Kino lenti kimi aldı-apardı, apardı…

Elə bil türkün dərdini çalırdı…

Bakıdan Təbizə, Ərdəbildən Gəncəyə, Şirvandan Urmiyaya, Dərbənddən Kərkükə, Borçalıdan Göyçəyə, Suriyadakı Türməndağına və hətta qədim Türk yurdlarına kimi yayılan şərqi….

Onun üzündəki həyəcan kövrək sözlərə düzülür, aramla deyilən üsyan dolu fikirlər akkordlar kimi səslənirdi.

“Mən azərbaycanlıyam, Tehranda doğulmuşam, Almaniya pasportu gəzdirirəm. Öz vətənimə isə dəvətlə gəlirəm”.

Onun haqqında 1990-cı ildə gedən yazıda  belə də yazılmışdı:

“Bəli, hardasa uyğunlaşdığımız bu bəla təkcə bununla bitməz. Artıq on bir ildir ki, Azərbaycan yenidən işğal olunub. Artıq on bir ildir ki, Təbrizin küçələrini hərbiçilərin çəkmələri döyəcləyir, hərbi vəziyyət qurtarmaq bilmir ki, bilmir. Xalqın mərd, cəsur oğulları, qızları təqib edilir, hamının gözü önündə güllələnir, edam olunur. Başqa ölkələrə, dünyanın bir çox şəhərlərinə üz tutan, qaçan azərbaycanlıların sayı-hesabı yoxdur. Öz evindən-eşiyindən didərgin düşənlər qürurunu itirməsə də, sınıq gəzir. Elə buna görədir ki, Rəhman bəyin barmaqlarından qopan fəryad dolu muğamlar özünün dediyi kimi,  “təslim qəmi”  deyil, xalqın fəryadıdır, xalqın üsyanıdır. Rəhman bəy çox yaxşı deyir ki, mən “Yanıq Kərəmi”ni qarmonla ifa edəndə, ona yalnız melodiya kimi baxmamışam və ya o təslim olmuş hisslərin yığnağı deyil, mənim nəzərimdə bunun alternativi var. Belə ki, cəmiyyətə etiraz, qələbəyə aparan yol kimi səslənir mənim üçün bu muğamlar. Bundan başqa deyim ki, “Yanıq Kərəm” nota bağlana bilmir. Deyərdim ki, Kərəmi namusa, qeyrətə bağlanır”.

Belə deyirdi azman kişi.

Uzun axtarışdan sonra sənətkarı tapa bildim.

Rəhman Əsədullahi…

O ağ saçlı, nurani kişinin görünüşü heç də ifasından az təsirli deyildi. Simasından çənəsinin bir hissəsi götürülsə də, əsəri, yaradıcılığı bütöv  idi, Azərbaycan idi, ən əsası milli musiqimizin ladı idi.

…1988-ci ildə AzTV ilə “Vətən” cəmiyyətinin xüsusi buraxılışı olur.

Cəmiyyət sədri ilk dəfə Azərbaycan ictimaiyyətinə Almaniyada yaşayan Rəhman haqqında məlumat verir, videolentləri göstərilir, ifaları eşitdirilir.

Orda işləyənlər qeyd edirlər ki,  AzTV bəlkə də fəaliyyətdə olduğu müddətdə bu qədər oxucu məktubu almamışdı.

Tamaşaçılar fenomenə çevirilən Rəhman haqda daha  çox bilgi istəyirlər.

Bir müddət keçir, Rəhman Bakıya, ikinci vətəninə gəlir. Təbriz kimi Bakı da qan gölündə üzür, rus işğalının acı sonluğu, dəhşətverici mənzərəni böyük sənətkarın gözünün qabağında canlandırır.

Bakıda xeyriyyə konsertləri verir, əldə etdiyi pulları qaçqın fonduna, şəhid abidələrinin ucaldılmasına sərf edir.

Kim  idi Əsədullahi Rəhman?

Güney Azərbaycan dərdi minlərlə oğlunu ölkədən didərgin salıb, Avropanın, Amerikanın elə bir nöqtəsi yoxdur ki, orda Güneydən, Təbrizdən bir türk tapmayasan.

Pişəvərinin qurduğu Azərbaycan dövlətinin dəfn edilməsindən sonra cəllad Pəhləvi şahı bizim azadlıq mübarizlərinə qanlı divan tutur, Azərbaycanı qan içində boğurlar. Daha sonra mənhus 1979-cu il molla inqilabı.

Onun özü bu haqda deyir: “Bilirsiniz, bizə nə divan tuturdular, 9 yaşında uşaq, 99 yaşında ixtiyar, hamilə qadın edam olundu. Bacımı, qardaşımı görməz  oldum. Qardaşım elə nağara çalırdı ki, elə bil inqilab eləyirdi”.

Və sonra Təbrizdən Tehrana böyük  köç başlayır.

İllər sonra, 1951-ci ilin Novruzunda, 20 martda Əsədullahi Tehranda dünyaya göz açır. Mükəmməl musiqi duyğusu və istedadı sayəsində az bir vaxtda məşhur olur.

Azərbaycanın məşhur qarmonçalanı Əli Əkər əfəndi Tehranda yaşayırdı. Balaca Rəhmanın musiqiyə olan tükənməz meylini hiss edən valideyinləri onu ustadının yanına şagird qoyurlar. Bir müddətdən sonra Rəhman artıq məşhur qarmonçalana çevrilir.

Şah devriminin ardından hakimiyyətə sahib olan molla rejiminin hədəflərindən biri də musiqiçilər olur.

Rəhman 1986-cı ildə İranı tərk etməyə məcbur qalır. O gündən sonra bir müddət  virtouz sənətkar Hamburqda yaşayır. Dünyanın 4  tərəfində: İngiltərədə, Fransada, Danimarkada, İsveçdə, Avstraliyada konsertlər  verir. Fitri istedada malik musiqiçinin babası Əbdürrəhim bəy adlı – sanlı qarmonçuymuş.

Tanınmış professor İlham Rəhimliyə müsaibəsində deyir ki,  Dayım Məmişin çalğısını xatırlayıram. Məlik dayım müharibədən əvvəl Bakıda yaşayıb, sonrakı taleyindən xəbərsizik…

(Söhbət məşhur nağara ustası Məlik Qurbanovdan gedir – 90-cı illərdən sonra Bakıda iki böyük- qohum sənətkar görüşə bilir –  Onların ayrılığının tarixi 1828-ci ilin Türkmənçay müqaviləsinin yaşı qədərdir, minlərlə qohum, qardaş, bacı sərhəddin bu tayında- o tayında qaldılar-  red.) Atam Süleymanla anam Məsturə müsiqişünast idi və çoxlu şer bilirdilər.

Azərbaycan muğamlarının hamısını sevə-sevə, yana-yana, göz yalarını ürəyinə axıda-axıda ifa edən ustad, Xalq mahnılarına, el el havalarına böyük rəğbət bəsləyir.

“Özümün Təranələr toplusundan ibarət üç bölümlü “Savalan poeması” şah jejiminin qurbanları Səməd Behrəngi ilə şair Əlirza Nabdilin (Oqtayın) xatirəsinə həsr etdiyim “Vətən” ,”Anama ithaf” əsərlərimi  demək olar ki, hər yerdə çalmışam. İranda yaşayan dostum Türkoğlunun “Bülbülüm” şerinə bəstələdiyim təranə konsertlərimin bir növ uverturasıdır. Nə qədər ki, Araz torpağımızın bağrından “sərhəd” kimi axıb, gözümüzə göz dağıdır, həmin şeir dilimizdən düşməyəcək. Həmin musiqi də barmaqlarımızdan süzüləcək…”. Hamburqda yaşayan 15 mindən artıq azərbaycanlı onun konsertləri zamanı zalları ağzına  kimi doldururmuş.

Unudulmuş illər və nəsillər

90-cı illərdə babasını axtarmaq üçün gəldiyi Bakı səfərindən sonra Rəhman Əsədullahi unudulur.

İrandan basqılar, deyilənə görə, o illərin qarşıqlığında Azərbaycana belə buraxılmaması ustadı sanki həyatdan küsdürür. Qardaşları Tehranda elitar musiqiçi sayılır. Onlar İrana gətirmək istəsələr də mümkün olmur.

İrandan qaçır, Azərbaycana qoyulmur, yaşadığı Hamburqdakı evini ermənilər yandırır. Çarəsiz qalan ustad sənətkar, Kanadaya köç edir. Burda da taleyi ondan əl çəkmir. Boğazından əməliyyat edilir və amansız xərçəngə qalib gələ bilir.

Onun haqqında bu yazını oxuyun, amma ifalarını dinləyə-dinləyə. Qarmon sanki göz yaşı tökür, barmaqlar sanki faciənin tablosunu çizir. Ağ saçları fələyə qarşı məğrurcasına dalğalanır. Tanrı ömür versin, ustad. Nəğmələrin parça-parça edilmiş xalqın himnidir, birliyinə çağırışın marşıdır.

Pərvin Abgül

Əziz Əlibəyli  /A24.az/ 

Yenililklər
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.