“Azərbaycan” jurnalının noyabr sayı
20.11.17
“Azərbaycan” jurnalının yeni sayı nəşr olunub.
“Poeziya” bölümündə Firuzə Məmmədli, Nisə Bəyim, Cavad Zeynal, Faiq Hüseynbəyli, Təvəkkül Goruslu, Əli Rza Xələfli, Balayar Sadiq, Eldar Həsrət, Zülfiyyə Yaqubqızı və Mayisə Əsədullaqızının şeirləri verilib.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə” adlı xüsusi rubrikada Bədirxan Əhmədlinin “Cümhuriyyətin üç formulu” məqaləsi yer alıb.
Vaqif Bəhmənlinin Cabbar Qaryağdıoğludan bəhs edən “Cabbar qalası” portret-povesti və Nazim Əhmədlinin “Gəl bu sudan keç” hekayəsi “Nəsr” bölümündədir.
“Yeni tərcümələr” rubrikasında Vilayət Hacıyevin tərcüməsində İlze Ayxinqerin “Güzgü əhvalatı”, Knyaz Qoçağın tərcüməsində Arsen Titovun “Zınqırovlu dəvə” hekayələri çap olunub. Rubrikada Andrey Pastorquyevin “Əbdül Qasımın karvanı” şeiri də verilib.
“Molla Pənah Vaqif - 300” adlı xüsusi rubrikada “Vaqif və Vidadi dünyagörüşü “savaşlarında” məqaləsi ilə Təyyar Salamoğlu çıxış edib.
“Dünya səndən kimlər keçdi” rubrikasında Sevda Əlibəyli “Şəkərəm, bir ömür sürdüm...” yazısında şair Şəkər Aslanın poeziyasından söz açıb.
Vaqif Yusiflinin son illər mətbuatda dərc olunan hekayələr barədə qələmə aldığı “Yeddi hekayə” məqaləsi “Tənqid və ədəbiyyatşünaslıq” bölümündədir. Bölümdə Nərgiz Cabbarlının tarixi roman haqda “Tarixi fakt bolluğu, xronologiya, yoxsa tarixi şəxsiyyətə rakurslanma”, Afət Rəfiyevanın akademik Rafael Hüseynovun elmi yaradıcığına həsr etdiyi “Vaxtdan uca” məqalələri də işıq üzü görüb.
|